Çağrı filmi haqqında bilinməyənlər

Çağrı filmi haqqında bilinməyənlər

Film İslamın doğulduğu və Məhəmməd peyğəmbərin rəhbərliyi ilə yayıldığı tarixindən bəhs edir. Filmin demək olar ki, böyük bir hissəsi Liviyada və digər hissəsi Mərakeşdə çəkilib. Filmdə Məhəmməd peyğəmbərin üzü heç göstərilməmiş, yalnız bəzi hadisələr onun gözləri ilə göstərilmişdir.
Çünkü Film bütün dünyada bir çox hadisəyə səbəb olub . Amerikadakı bir kinoteatrda Məhəmmədin filmdə göstərildiyi səbəbi ilə tamaşaçılar bəzi insanlar tərəfindən girov götürüldü. Daha sonra film El-Ezher Universiteti tərəfindən bəyənildikdə və Məhəmmədin göstərilməməsi barədə məlumat verildikdə bu hadisə sonlandırıldı. Bundan əlavə, Ar Risâlah adlı filmin ərəb versiyası Çağrı filmi ilə eyni vaxtda çəkilmişdir. Türkiyə də bu filmi o qədər sevildi ki, Təxminən bir il sinemalarda göstərildi və zamanın ən çox qazandıran filmlərindən oldu.

1)Filmdə Peyqəmbərin əmisi Həmzənin vəhşi rolunu canlandıran Qamalı Salem Gedara tərəfindən öldürməsinə görə ölkəsində iş tapa bilmədi. Həmzəni necə öldürdün? deyə zənglər alan Qamalı aktyor ölüm təhdidləri belə aldı

2) Filmdə o zmanki Məkkə şəhərinin setinin qurulması üçün 4 ay yarım çəkdi. Seti quraşdırmaq üçün 300 nəfər ilə çalışılmışdır. Bununla yanaşı Filmin çəkilişi zamanı 28 fərqli ölkədən aktyor və heyət ilə çalışılmışdır. Təbii ki bu cür böyük bir heyətin işləmə səbəblərindən biridə yuxarda qeyd etdiyimiz kimi, həm İngilis, həm də Ərəbcə olan filmin iki variantı eyni anda və eyni setdə fərqli aktyorlarla birlikdə çəkilməsidir.

3)Filmin yayımlanması bir çox Yaxın Şərq ölkələrində, dini liderlərin dediyi kimi"Peyğəmbərin həyatını böyük ekrana və sinemalarda göstərilməmlidir ". əsasları ilə qadağan edildi.

4) Filmi Finansörləri yəni Maliyyələşdirənlər filmdən dəstəyini geri götürdükdə, çəkiliş qrupu və aktyorlar pis şəraitdə qalmağa başladılar. Onlar Mərakeşdəki bir otelə rəsmən sıxışmış vəziyyətd idilər. Liviyanın o zamanki prezdenti Qəddafidən başqa bu film dəstək verən olmadı, filmi bitirmək üçün böyük vəsait ayırdı . Hətda, Qədafi filmə və setə dəstək üçün Liviya ordusunun əsgərlərini Bedr döyüşünün çəkilməsi üçün iştirak etməyinə şərait yaratmışdır.

5) Əfsanəvi boksçu Muhammed Ali Bilal Habeşi rolunu oynamaq istədi. Ancaq rejissor Mustafa Akkad bu istəyi rədd etdi, çünki belə bir hərəkət filmin mesajının verilməməsinə önünə cıxa bilərdi. Yəni film kölələşdirmə və qara dərili insanları o zamanki, çəkdiyi zülümlərin əslində islam sayəsində yox olduğun anlatmaq istəyirdi. Lakin Məhəmməd Əlinin ora qatılması demək bu mesajın əhəmiyyətini azalmasına səbəb ola bilərdi.

6) Uğurlu aktyor və dublyaj sənətçisi Maykl Meşanın (Michael Forest) oynadığı Halid bin Vəlidin xarakteri, Amerikan aksanına görə bir İngilis aktyor tərəfindən səsləndirimişdir.

7) Hz. Həmzə rolunun baş rol ifaçısı Anthony Quinn  3 saatlıq filmin yalnız yarısında görünür. Təbii ki, bu personajı canladıran şəxsin sevilməsində az rol oynamadı. Lakin mənim fikrimcə onun ən çox sevilməsinə səbəb zamanında peyqəmbərin qoruyanların çox az olmasını və Hz Həmzədə bu qoruyanlar içində olmasıdır. Çünkü fikrimcə hər bir müsəlman gənc xəyal dünyasında kaş ki peyqəmbərin zamanında yaşayıbda onu qoruyanlardan biri olmaq istəmişdir. Buna görə Həmzənin orda Peyqəmbəri qoruması bizləri çoşdurmuş və empati qurmağına səbəb olmuşdur. Belə bir xırda bir məlumatda verim, Həmzə xarakterin canlandıran aktyor Antoni Quinnin o qədər sevilirdi ki, müsəlman olduğu barədə fanatlar tərəfindən dedi qodular yayıldı , ancaq rejissor Mustafa Akkad-a verdiyi bir müsahibədə Antonin müsəlman olub olmadığı barədə sual verildi. Mustafa Akkad isə cavabında "Antoni Quinn müsəlman olmadığın deyib, sadəcə bu filmdən sonra İslama və dinə daha çox hörmət etməyə başladım hətda öz dinimdən çox bağlandığını söyləmişdir. Yəni Antonin müsəlman olması barəsində olan idalar sadəcə əsasızdır.

8) Məhəmmədin həyatını və İslamın Yaranmasını təsvir edən bu filmin soundtrackini düzəltmək üçün fransız musiqiçisi Maurice Jarre tərəfindən ingilis filarmonik orkestrası ilə birlikdə 2 ay çadırda çöldə tək başına qalmışdır. Bu film üçün, Suriyalı rejissor Mustafa Akkad Maurice Jarre'yə Çağrı filmin musiqisini düzəltmək üçün təklif etdikdə, Musiqiçi əvəzində çölün atmosferini qəlbinin dərinliyində hiss etməsi üçün İslamın yaradılışını anlamağ üçün o və orekstrasından başqa heç kimin olmadığı çox sakit bir yer qurmalıdır. Təbii ki, bu yer çölü biyabanda olmalıdır. Bundan əlavə İslamın havası tarixini anlatan kitabları özünə gətirməsini xahiş etdi. Maurice Jarre'nin bəstələdiyi musiqi Akademiya Mükafatında 'ən yaxşı film musiqisiı' nominasiyasına namizəd oldu, ancaq çox heyifki, bu bir çox problemlə qarşlaşmağına səbəb olmasın deyə Star wars verildi . Amma tam olaraq hansı problemə və etirazla qarşılaşacağı açığı məndə bilmirəm . Bəlkədə star wars qatı fanatları qgörədi. Çünkü bildiyim qədər o film serisin çox qatı fanatları var. Bəlkədə Xiristiyan ölkəsində müsəlmanlar üçün çəkilmiş bir filmin mükafat almağını istəməmişdilər . Lakin bu filmin məqalsini hazırlayarkən gördüm ki, yazığ Mustafa Akkad çox əziyyətlər və təziqlər çəkmiş lakin əsla məqsədindən dönməmişdir. məncə bu təqdirə layiqdir. Finansörlər, ölkə prezdentləri, din xadimləri, fanatlar, dəyərlər, adətlər, mentalitetlər və maliyə problemləri bu qədər təziqiləri açığı mən görsəm nə yalan deyim çoxdan Peyqəmbər kimi şəxsiyyətin filmini çəkməkdən bəlkədə vaz keşmişdim. Bunun üçün bu Suriya əsili Amerikalı rejissoru ayaq üstə alqışlayıram. Bu Arad bilməyənlər üçün deyim Mustafa Akkad 11 Kasım 2005 vəfat etmişdir. Onun Üçün Allah Rəhmət etsin deməyi unutmayaq.

Cağrı filmi izləmək İstəyənlər üçün film aşağıya qoydum.

https://youtu.be/3neSQxH-UXs?t=2
568 Views