Hacksaw Ridge (Savaş Vadisi)  Filmi haqqında

Hacksaw Ridge (Savaş Vadisi) Filmi haqqında

Hamımızın Cəsur Ürək filmindən tanıdığı Mel Gibson 2004 ci ildə cəkdiyi The Passion of the Christ ilə Xiristiyan dünyasında bir çox mübahisəyə yol açmışdər.  Bununla yanaşı filmdə yəhudi xarakteri pis göstərdiyinə görə böyük təpkilər almışdır. Bu eleştirə əhəmiyət verməyən Mel Gibson 2006-cı ildə Apocalypto idarə edərək karyerasını davam etdirdi. Lakin həmin ili Gibson içikili vəziyyətdə maşın sürdüyünə görə polis tərəfindən saxlanılarkən Yəhudiləri söyüş söyməsi və qara dərili insanları təhqir etməsini göstərən bir telfon görüşməsinin səs yazıları ortaya çıxdı. Sırf bu səs yazılarına görə Gibson uzun müddət Hollywood’dan uzaqlaşdırıldı. 2006 ci ildə Apocalypto filmindən sonra heç bir film yönətməyən aktyor həmçinin 2003 ci ildən 2010 ci ilə qədər heç bir filmdə rol almamışdır. Nəhayət 10 il aradan sonra Mel döyüş vadisi filmi ilə sektoruna  möhtəşəm bir giriş etdi. Filmin mövzusunda qısada olsa sizə anlatmaq istəyirəm.  Balaca Desmond T. Doss, müharibə travmasından sağ çıxabilməyən sərt xasiyyətli alkoqollik atası, güclü dini inancı olan anası və qardaşı ilə birlikdə yaşayır. Bir gün qardaşı ilə oynayarkən qardaşının başına vurduğu kərpicdən yaralanmasına səbəb olur. Bu vəziyyət onu çox qorxudur və bu hadisədən sonra o, heç kimə zərər verməyən və anasının təsiri altında güclü dini inancı olan bir insan kimi böyüyür. Adventis Kilsəsinin üzvü olan və həkim olmaq arzusunda olan Desmond, orduda döyüşən gənclərə "dərman" olaraq kömək etmək üçün könüllü olaraq ordu sıralarına yazılır. İlk məşqindən bəri silahdan imtina etdiyi üçün təhqir və psixoloji işgəncələrə məruz qalan Desmond Hərbi məhkəmədə belə mühakimə olunur. Ancaq bütün təzyiqlərə baxmayaraq imtina etmir və istədiyi nəticəni əldə edənə qədər mübarizəsini davam etdirir. Nəhayət ki, müharibə sıralarına qatılmağı başarır. Döyüş Vadisi, II Dünya Müharibəsində ABŞ-Yaponiya müharibəsi əsnasında insanları öldürməkdən imtina edən, bir tibb işçisi olaraq müharibəyə göndərilmiş və 75 əsgəri bir güllə sıxmadan xilas edən vicdani retçi Desmond T. Doss haqqında cəkilmiş bir real həyatdan götürülmə bir hekayədir. Film vicdani retçinin həyat hekayəsi üzərində qurulsa da, bu fikri müdafiə edən bir nöqtənin olduğunu söyləmək mümkün deyil. Məsələyə siyasi nöqteyi-nəzərdən baxmaq əvəzinə, Dossun əslində uşaqlıqda aldığı tıranmaya görə silaha və öldürməyə qarşı olduğunu görürük. Nəticədə Doss insan öldürməyə qarşı olmağəna rəğmən o cəhənnəmdə iştirak edib bir çox insan həyatını qurtarır. Hətda insanlara ümid verərək döyüşü qazanmağa ruhlandırır. Beləliklə, şərəf medalı alan ilk vicdan retçi kimi tarixə düşür. Filmi iki hissədən ibarətdir. İlk hissə Vicdan retçi Dossun ailə həyatı, uşaqlığı ilə əlaqəli flashback səhnələri, ildırım sürrət ilə tez formalaşan sevgi hekayəsi , emosional həyatı və hərbi xidmət zamanı çəkdiyi psixoloji işgəncələri və adaptasya olmaq müddəti göstərilir. Filmin İkinci yarısında isə müharibəyə fokuslanaraq, film çox şiddətli və qanlı bir şəkildə ortaya çıxan döyüş səhnələrində dolu ani ölümlərə dönür. Filmin ikinci yarısı o qədər həycanlıdır ki, Güllə yağışını başlaması bombaları partlaması ilə sanki tamaşıcılara nəfəs almağı unudurur. Bu baxımdan Simon Duqqanın kinematoqrafiyası və Con Gilbertin fantastikasının uğurlu olduğunu söyləmək olar. Bununla birlikdə, bir-birinin ardınca gələn qəfil ölümlər səbəbindən hərəkət səhnələri həddən artıq real görünsür təbii ki bir iki səhnə var ki, üzərində müzakirə edə bilərik amma genel olaraq möhtəşəm cəkilmiş müharibə səhnəsidir .                 Filmin aktyorlarından danışsaq əgər burada  gözə çarpacaq üç aktyorun rolundan danışmaq istəyirəm. İlk Dossun atasını Tom Doss canlandıran (Hugo Weaving) idi. Birinci dünya müharibəsinin Qazisi olan Tom spirtli içki aludəcisir və sərt ata rolunu uğurla təsvir edir. Müharibədən sağ gəlsələrdə əslində nələrin itirdiyin göstərən gözəl personajdır. Desmond Doss canlandıran Andrew Garfield isə məncə danışmağa ehtiyac yoxdu. Zatən bütün film ondan bəhs edir . Lakin bəzi  film eleştermənləri onun bəzi yerlərdə hətdan artıq aktoryluğunu şişirtdiyin söyləsədə biz çox bəyəndik. Üçüncü aktyorumuz isə Smitty Riker Canlandıran Luke Bracey, idi. Həqiqətən film tarixində bu tipdə personaj cox var. Lakin tək fərqi Dossla qurduğu münasibətidir. Mel Gibson, oğlu Milo Gibsonda filmində xırda bir rol  canlandırır. Bunuda bir dip not kimi qeyd etmək istədik. Filmin ən bəyəndiyim tərəfi isə Əsl Desmond Doss ilə reportajın filmin sonuna əlavə edilməsi və sərəf madalının verilməsin göstərməsini çox bəyəndim. Döyüş qazilərinin Dossla bağlı dedikləri isə çox möhtəşəm idi. https://youtu.be/mmNAhz5J1dw?t=24  
568 Views