Qoca dəvənin Peyğəmbərimizə (s) şikayəti

Qoca dəvənin Peyğəmbərimizə (s) şikayəti

O zaman ki, Peyğəmbər (s) Zatəl-riqa döyüşündən qayıdır, Mədinəyə yaxınlaşan zaman bir dəvə görür ki, Həzrətə (s) tərəf gəlir. Dəvə boynunu yerə qoyur və boğazından səs çıxardır. Peyğəmbərimiz (s) buyurdu: “Bilirsinizmi ki, bu dəvə nə deyir?”. Deyirlər: “Allah və Peyğəmbəri (s) daha çox biləndir”.
Buyurdu: “Mənə xəbər verir ki, sahibi onu işlədir o zamana qədər ki, qocalmışdır. Ona ziyan vurmuşdur və onu arıqlatmışdır. İndi də istəyir ki, onu kəssin və ətini satsın”. (Həvzəh) Həzrət Peyğəmbər (s) buyurdu: “Ey Cabir! Sahibinin yanına get və onu mənim yanıma gətir”. Cabir deyir: “Sahibini tanımıram”. Həzrət (s) buyurur: “Dəvənin özü sənə yol göstərəcəkdir”. Cabir nəql edir: “Dəvə ilə getdim və Bəni-Vaqif məhəlləsinə çatdım. Küçəyə daxil oldum və özümü anidən bir məclisin qarşısında gördüm. Məclisdəkilər dedilər: “Ey Cabir! Peyğəmbəri (s) niyə buraxmısan?”. Dedim: “Sizlərdən kim bu dəvənin sahibidir?”. Onlardan biri dedi: “Mənəm”. Dedim: “Peyğəmbərin (s) yanına gedək”. Dedi: “Məni nəyə görə çağırır?”. Dedim: “Sənin dəvən sənin əleyhinə yardım istəmişdir”. Mən, dəvə və dəvənin sahibi Peyğəmbərin (s) yanına gəldik. Həzrət (s) buyurdu: “Sənin dəvən xəbər verir ki, sən onu işlətmisən o zamana qədər ki, qocalıbdır. Ona ziyan vurmusan və onu arıqlatmısan. İndi də onu öldürmək və ətini satmaq istəyirsən”. Dedi: “Elədir”. Həzrət Peyğəmbər (s) buyurdu: “Onu mənə sat”. Dedi: “Dəvə sənin malındır, ey Peyğəmbər!”. Peyğəmbər (s) onu satın aldı və sonra böyrünə vurub, onu azad etdi ki, Mədinənin ətrafında gəzsin”. Cabir deyir: “Bir müddət sonra o dəvəni gördüm ki, belindəki yarası şəfa tapmışdı”.   Mənbə./Deyerler.org/
 
568 Views