Qurban duası
Qurbanlıq kəsərkən heyvanın başını kəsən insan kəsici aləti heyvanın boğazına qoyduqdan sonra aşağıdakı duanı oxuması müstəhəbdir. Əgər heyvanın başını kəsən duanı oxumağı bacarmırsa, duanı oxumağı bacaran şəxs əlini qurbanlıq heyvanın boğazına qoyaraq duanı oxuya bilər.
Bismillahir rəhmanir rəhim
Vəccəhtu vəciyə lilləzi fətərəs səmavati vəl ərzə hənifən muslimən və ma ənə minəl muşrikin.
İnnə səlati və nusuki və məhyayə və məmati lilləhi rəbbil aləmin. La şərikə ləh. Və bizalikə umirtu və ənə minəl muslimin.
Əllahummə təqəbbəl minni kəma təqəbbəltə ən ibrahimə xəlilik. Və Musa kəlimik. Və Muhəmmədin həbibik.
Səlləllahu ələyhi və alihi və ələyhim əcməin.
Tərcüməsi:
"Tək tanrıya inanan müsəlman şəxs kimi göyləri və yeri yaradana (Allaha) üzümü tuturam. Mən müşriklərdən deyiləm. Mənim namazım, qurbanlığım, həyatım və ölümüm aləmlərin Rəbbi olan Allah üçündür. Onun şəriki yoxdur. Mən buna (yəni iman gətirməyə) əmr olunmuşam və mən müsəlmanlardanam. Allahım, bu qurbanlıq Səndəndir və Sənə görədir. Allahın adı ilə kəsirəm, Allah hər şeydən ucadır. Allahım, (bu qurbanı) məndən qəbul et".
P.S: İmam Əlidən (ə) rəvayət olunmuş bu duanı hər bir niyyət üçün Qurban kəsəndə, o cümlədən də İsmayıl (ə) qurbanı kəsəndə oxumaq savabdır.