Sosial şəbəkələrdə "filtr qadağası" qoyulacaq

Sosial şəbəkələrdə "filtr qadağası" qoyulacaq

Məlumata görə bu qadağa sponsorlu paylaşımlara aid ediləcək.
Norveç sosial şəbəkələrdə istifadə olunan filtrlər barədə yeni qadağa qoymağa hazırlaşır.
“Ölkə.az” BBC-yə istinadla xəbər verir ki, yeni qanuna görə bundan sonra sosial şəbəkələrdə foto paylaşmazdan əvvəl filtrdən istifadə edən şəxslər bu barədə məlumat verməlidir. Hökumətin internet sayında yayımlanan məlumatda sözügedən qanun layihəsinin reklamçılıqda ideallaşdırılan insanların cəmiyyətdə formalaşdırdığı təzyiqləri azaltmaq məqsədilə hazırlandığı bildirilib. Qanunda deyilir ki, müdaxilə edilmiş və ya manipulyasiya edilmiş paylaşımlardakı şəxslər bədənlərinin forması, ölçüləri və dəri baxımından reallıqdan uzaqlaşarsa, işarələmə məcburiyyəti olacaq. Məlumata görə, bu qadağa sponsorlu paylaşımlara aid ediləcək. Parlamentdə qəbul edilən yeni qanun layihəsinin nə vaxt qüvvəyə minməsi ilə bağlı yekun qərarı Norveç kralı verəcək. Yeni qayda “snapchat” və instaqram effektləri ilə yanaşı bədənin formasına və ölçülərinə edilən bütün dəyişiklikləri əhatə edəcək. Norveç Uşaq və Ailə Nazirliyinin parlamentə göndərdiyi ilk təklifdə qidalanma probleminin gənc qızlar arasında ən çox yayılan üçüncü ölüm səbəbi olması xatırladılıb: “Gənclər digər şeylərlə yanaşı reklam və sosial media vasitəsilə yaxşı görünmək üçün böyük təzyiqlərə məruz qalır. Sərgilənən modellərə adətən rəqəmsal olaraq müdaxilə edilir. Bu, gəncləri imkansız olan gözəllik ideallarına məruz qoyur”, – məlumatda qeyd edilib. Yazar. Billurə Yunus Mənbə. ölkə.az
568 Views