Həzrət Peyğəmbərin (s) Ramazan ayı ilə bağlı xütbəsi

Həzrət Peyğəmbərin (s) Ramazan ayı ilə bağlı xütbəsi

ramazan ile ilgili görsel sonucu
Şeyx Səduq İmam Rzadan (ə) və o, da İmam Əlidən (ə) nəql edir ki, buyurub: “Bir gün Peyğəmbər (s) bizə xütbə oxudu və buyurdu: “Ey insanlar! Bərəkət, rəhmət və bağışlanma ayı bizə doğru üz tutmaqdadır. Bu, elə aydır ki, Allah yanında ən yaxşı aydır. Günləri - ən yaxşı gündüzlər, gecələri - ən yaxşı gecələr, saatı - ən yaxşı saatlardır. Bu, o aydır ki, sizi Allah qonaqlığına çağırıblar. Orada Allahın kəramət əhlindən olmusunuz. Bu aydakı nəfəsləriniz təsbih savabına, yuxularınız ibadət savabına malikdir, əməlləriniz qəbul olar və dualarınız yerinə yetər.
Allahınızdan sadiq niyyət və günahdan pak olan ürəklə istəyin ki, sizə bu ayda oruc olmağı və Quran tilavətini tofiq versin. Həqiqətən bədbəxt və pis aqibətli o kəsdir ki, bu böyük ayda Allahın bağışlanmağından məhrum olar. Bu ayın aclıq və susuzluğunda Qiyamət gününün aclıq və susuzluğunu yadınıza salın. Yoxsullara və əldən düşmüşlərə sədəqə verin. Qocalara təzim edin, uşaqlara mehribanlıq rəva bilin. Qohumlarınızı nəvaziş edin və dillərinizi demək olmayan şeylərdən qoruyun. Gözlərinizi görməyin rəva olmadığı şeylərə görə yerə dikin. Qulaqlarınızı o şeyi ki, eşitmək sizə layiq olmaz, ondan bağlayın. Yetimlərlə mehribanlıq edin. Günahlarınıza görə tövbə edin. Namaz vaxtı əllərinizi dua üçün açın. Çünki namaz vaxtı - ən yaxşı saatlardır. Allah Təala bu vaxtı bəndələrinə rəhmətlə nəzərə salar. Nə zaman onları çağırsa, onlara cavab verər. Nə zaman Onu çağırsalar, yerinə yetirər.
Ey insanlar! Həqiqətən sizin varlığınız rəftarlarınızın girovudur. Ona görə də onu Allahdan bağışlanma diləyərək, girovdan azad edin. Beliniz günahdan ağır olmuşdur. Ona görə də onu səcdəni uzun edərək yüngülləşdirin. Bilin ki, Allah Öz izzət və cəlalına and içmişdir ki, bu ayda namaz qılanlara və səcdə edənlərə əzab verməyəcəkdir. Onları Qiyamət günü cəhənnəm atəşi ilə qorxutmayacaqdır.
Ey insanlar! Sizlərdən hər kim bu ayda oruc tutan möminə iftar verər, onun üçün Allah yanında qul azad etmək və keçmiş günahlarının bağışlanması savabı vardır”. Səhabələrdən bəzisi dedilər: “Ya Rəsulallah! Bizim hamımızın iftar vermək üçün gücümüz yoxdur”. Həzrət (s) buyurdu: “Oruc tutanlara iftar verərək, atəşdən çəkinərsiniz. Hətta əgər xurma dənəsinin yarısı və ya bir qurtum su ilə olsa belə. Həqiqətən Allah hər kim bu qədər iftar verər, həmin savabı verər.
Ey insanlar! Hər kim bu ayda əxlaqını gözəl edərsə, Siratdan rahat keçər. Hər kim bu ayda nökər və ya kənizinin işini asan edərsə, Allah Qiyamət gününün hesabını asan edər. Hər kim bu ayda öz şərini insanlardan saxlayarsa, Allah Təala Qiyamət günü Öz qəzəbini ondan saxlayar. Hər kim bu ayda atasız yetimə nəvaziş edərsə, Allah Qiyamət günü onu əziz tutar. Hər kim bu ayda öz qohumlarına sileyi-rəhm və ehsan edərsə, Allah Qiyamət günü Öz mehrinə qovuşdurar. Hər kim öz qohumlarından ehsanı kəsərsə, Allah Qiyamət günü rəhmətini ondan götürər. Hər kim bu ayda müstəhəb namaz qılarsa, Allah onun üçün cəhənnəm atəşindən bəraəti qeydə alar. Hər kim bu ayda vacib namazlarını əda edərsə, Allah ona başqa aylarda qıldğı 70 vacib namazın savabını əta edər. Hər kim bu ayda mənə çoxlu salavat göndərərsə, Allah əməl tərəzisini ağır edər. Hər kim bu ayda Qurandan bir ayə oxuyarsa, o kəsin savabına malik olar ki, başqa ayələrdə Quran xətm etmişdir.
Ey insanlar! Bu ayda İlahi rəhmət qapıları açıqdır. Allahdan istəyin ki, sizin üzünüzə bağlamasın. Cəhənnəmin qapıları bu ayda bağlıdır. Allahdan istəyin ki, sizin üzünüzə açmasın. Şeytanları bu ayda zəncirə vurarlar, Allahdan istəyin ki, onları sizə hakim etməsin”".
Mənbə. maide.az
568 Views