NƏYİ, NECƏ SÖYLƏMƏLİ... hekayə

NƏYİ, NECƏ SÖYLƏMƏLİ... hekayə

Ä°lgili resim Bir Padşah, bir gecə yuxusunda bütün dişlərinin töküldüyünü, yemək belə yeyə bilməyəcək hala gəldiyini görür. Həyacan və qorxu içində oyanır. Vəzirini çağırıb, sarayın yuxu yozanlarını dərhal hüzuruna çağırmasını əmr edər. Yuxu yozanlar gəlir. Padşah gördüyü röyanı yuxu yozanlara ( Təbirçilərə ) nəql edir və təbirçiyə deyir: "..Ey təbirçi, de görək bu yuxu xeyirdimi şərdimi..? " Təbirçi fikirləşir, sonra qorxu və utanc içində: — Şərdir Hökmdar. Uzun yaşayacaqsınız, amma çox təəssüf ki,  bütün yaxınlarınızın gözlərinizin qarşısında bir-bir ölüb, sizi yap yalnız buraxdıqlarını görəcəksiniz. Bir an səssizlik çökür saraya,  ardından padşah kükrəyərək: - Tez atın bunu zindana, fəlakət xəbərçisi olmaq nəymiş öyrənsin..! Təbirçini həmən zindana atırlar. Padşah bir başqa təbirçidən yozum istəyir. Hüzura gətirilən təbirçiyədə, yuxusunu danışıb: — Xeyirdimi, Şərdimi..? — deyə sual edir. İkinci təbirçi əvvəl bir az düşünər, ama sonra üzü gülüb gözləri işıqlanar. - Xeyrdir, Padşahım — deyər. - Bu yuxu, bütün yaxınlarınızdan daha uzun yaşayacağınızı göstərir. Daha neçə illər boyu ölkənizi idarə edə biləcəksiniz. Padşah, həmən buyurar : - Bu təbirçiyə iki kisə qızıl verin. Hadisəni əvvəldən sonunadək izləyən saray əyanları təəccüb içində Təbirçidən sorağ edərlər ki: - Əslində sən və digər zindana atılan təbirçi, ikinizdə eyni şeyi söylədiniz. Nə üçün onu cəzalandırdı, səni isə mükafatlandırdı..?! Təbirçi gülərək: - Əlbəttə eyni şeyi söylədik, ama əhəmiyyətli olan odur ki, insanlara NƏ söylədiyin yox, nəyi NECƏ söylədiyin önəmlidir. Mənbə. kayzen.az
568 Views