Qəribə Göy qurşağı dağları - FOTO
Çinin Şimal qərbində yerləşən Qansu bölgəsində “Hangye Danxia Landform Geological Park” adlanan geoloji park səyahəti və qeyri-adi yerləri görmək istəyən insanların marağını cəlb edir.
Bu bölgənin ən önəmli özəlliyi ərazidəki dağların göy qurşağı kimi rəngarəng olmasındadır.
Burada dağlar qırmızı, narıncı, yaşıl, sarı rəng çalarlarında olub, möhtəşəm mənzərə yaradır. 24 milyon il əvvəl tektonik hərəkətlənmə nəticəsində müxtəlif minerallar səthə çıxıb və min illər ərzində küləklərin, yağışların təsiri ilə minerallar qayaları bu şəkildə bəzəyib.
2010-cu ildə UNESCO Dünya Maddi Mədəni İrsi elan edilən Göy qurşağı dağları turistlərin diqqətini cəlb edir.
Mənbə.oxu.az