Hindistanda Nə Üçün İnəklər Müqəddəsdir?
Hindistan dünyanın ən çox mal-qaraya sahib ölkəsidir. Bunun səbəbi isə, inəklərin bu ölkədə müqəddəs sayılmasıdır. Hinduizm dininin başlanğıcından toxunulmaz sayılan inəkləri incitmək qadağandır və hətta istəmədən bu heyvanlara ziyan vurmaq belə günah olaraq qəbul edilir. Dini açıqlaması isə, inəklərin insanlara süd, ət, yağ, pendir, müalicə üçün idrar və təzək verməsi qarşılığında onu bir tək ət üçün kəsmək yanlış qəbul edilir.
Bu dinin ilk illərində vegeterianlıq ən yüksək səviyyəyə qədər qalxmış və hətta meyvənin içindəki qurd çıxarılıb azad edildikdən sonra meyvə yeyilirmiş. Sonradan bəzi düşüncələr dəyişsə də, inəyə olan qayğı hələ də qalmaqdadır. Misal olaraq desək
Hindistanın Rajastan əyalətində qəribə hadisə olub. İnək qaçaqmalçılığında şübhəli bilinən bir qrup şəxs kütlə tərəfindən linç edilib.
Hindistanın "Xalq Partiyası"ndan olan millət vəkili Qyan Dev Ahuja hadisədən xəbər tutar-tutmaz bölgəyə gəlib. O, üzünü qaçaqmalçılara tutaraq "inəklər bizim anamızdır. Əgər inək qaçaqmalçılığı etsəniz, onları kəssəniz, öldürüləcəksiniz" deyib.
Qeyd edək ki, Hindistan polisi içərisində 8 ədəd inək olan yük maşınını Pakistanla sərhəddə saxlayıb. Avtomobildə olan 4 nəfər həbs edilib. Qəzəbli kütlə magistral yolda polis maşınının önünü kəsərək həbs edilənləri yerə endirib və döyməyə başlayıb.
Xatırladaq ki, oxşar hadisə 2017 ci ilin aprel ayında da olmuşdu. İnək qaçaqmalçılığı edən bir nəfər şəxs linç edilərək öldürülmüşdü.
Mənbə. Sputnik Azərbaycan "Timeturk" və bilgibazarı.com