İnsanı Ən Çox Xoşbəxt Edən nədir (video animasya)
İnsanı xoşbəxt edəbiləcək bir sıra səbəblər var. Əksər insanlar bu səbəbləri yeni paltar almaq, mobil telefonunu dəyişmək, yeni işə başlamaq, məşhur biri ilə görüşmək olaraq qəbul edir. Ancaq, istər tarixə nəzər salsaq, istərsə də pisixoloqların araşdırmalarına nəzər yetirsək bizi ən xoşbəxt edəcək amilin tam başqa tərəfdə olduğunu görərik. Ən azından onlar belə deyir. Məqalənin davamını oxumaq sizi daha realist düşünməyə kökləyəcəkdir.
Başqalarına yaxşılıq etmək bizi daha xoşbəxt edir.
Tarixə nəzər salsaq bu yolu seçmiş bir sıra insanlara rast gələbilərik. Bəhsolunan fikrin tərədaşlarından olan keçmiş ABŞ prezidenti Benjamin Franklin bir dostuna borc pul verərkən bu sözləri yazaraq qeyd edərmiş. “borcumu bir gün ehtiyacı olan birinə verməklə ödəyə bilərsən”. Bir başqa nümunə isə, dünya mədəniyyət beşiklərindən olan Napoli (İtaliya) şəhərinin əhalisi ilə bağlıdır. O zamanlar yüksək təbəqənin rəmzi hesab edilən qəhvəni sifariş verən biri eyni zamanda bunu imkansız biri üçün də edərmiş.
Harvard Universitetindən Michael Norton 130 fərqli ölkədən eldə etdiyi məlumatlarla tədqiqat həyata keçirmiş və kimliyindən aslı olmayaraq (varlı ya da kasıb) hərkəsin öz əməkhaqqısının bir hissəsini başqaları üçün xərclədiyində özü üçün xərclədiyindən daha xoşbəxt olduğunu üzə çıxarmışdır. O, bunu hər hansı bir mədəniyyətin deyil, insan genetikasının dəyişməz təməli olduğunu da qeyd etmişdir.
Lancashire Universitetindən Pisixoloq Mann bununla bağlı araşdırma həyata keçirən müasir dövrün tədqiqatçılarındandır. Yaxşılıq etməyin domino təsiri (zincirvari davam edən yaxşılıq) üzərində təkidlə duran pisixoloq bir başqasına edilən xoş əməlin insanı olduqca xoşbəxt etdiyini vurğulamışdır. O, öz təcrübələrini ilk öncə özü üzərində həyata keçirərək ictimai nəqliyyatda bir başqasına yer vermək, yağışlı havada insanlara çətir təklif etmək kimi yollara baş vurmuşdur. Ancaq, Pisixoloq Mann əksər insanların ona qarşı şübhə ilə yanaşdığını, bu yaxşılığın altında bir başqa niyyətin varlığını düşünən insanların yetəri qədər olduğunu üzülərək qeyd etmişdir. O, dünyanın və qəlblərin nifrət, şübhə, paxıllıqla dolduğunu da təəssüf hissi ilə vurğulamışdır. Xüsusi ilə, depressiv xəstələrinə “bir başqasına yaxşılıq et” şəklində məsləhət görən Mann bunun bəhsolunan xəstəlikdən ən tez və asanlıqla yaxa qurtarma yolu olduğunu təkidlə dilə gətirir.
Bu baxımdan bacardıqca insanların sizə xırda da olsa yaxşılıq etməsinə icazə verin. Sizin buna ehtiyacınız olmasa da, onun olabilər.
Maraqli animasiyaları izləyin bəyənəcəksiz
https://youtu.be/DlXispWLq9I?t=130
https://youtu.be/AnA0utSXGVk?t=45
Qaynaq: bbc future
Mənbə.bilgibazarı.com