Qərbi Avropa dünya iqtisadiyyatında

Qərbi Avropa dünya iqtisadiyyatında

Avropanın müharibədən sonrakı iqtisadi inkişafının ilkin mövqeyi. II dünya müharibəsindən sonra dünya iqtisadiyyatında ABŞ aparıcı yer tuturdu.Avropa ölkələrinin iqtisadiyyatı tamamilə dağılmışdır. Dünya dövləti statusuna uyğun olaraq ABŞ bu illərdə yeni dünya quruculuğunun ümumi sisteminin işlənib hazırlanmasına başladı.Bu sistem ənənəvi liberal prinsiplərə əsaslanırdı. İqtisadi planda yeni dünya quruluşunun əsasını maliyyə və ticarət sahəsində razılaşmalar təşkil edirdi.Maliyyə sahəsində müharibədən sonrakı  yeni dünya valyuta sisteminin əsası 1944-cü ildə Bretton-Vuds şəhərində keçirilən beynəlxalq konfransda qoyuldu.Bu sistemin prinsipləri aşağıdakılardan ibarətdir:
  1. Beynəlxalq valyuta münasibətlərinin yaradılmış mexanizmini qızıl valyuta standartı təmsil edir,lakin özünəməxsus formada qızıldan başqa daha iki valyuta rəsmi valyuta rezervlərinin tərkibinə daxil edildi. Bu BVF üzv ölkələrinin “qızıl payı”və ya başqa sözlə BVF-nin rezerf payıdır.
  2. Milli valyutaların qızıla mütənasibliyi (uyğunluğu) qeyd olunmuş qızıl paritetləri ilə bağlı idi. Qızılın dünya valyutası ilə rabitəsi dolların köməyi ilə həyata keçirildi ki, dollar faktiki olaraq əsas dünya valyutası idi.
  3. Qızılın nisbətən ucuz dollarlı qiymətinin saxlanılması planlaşdırıldı (1 unsiya qızıl= 35 dollar)
II dünya müharibəsindən sonra ABŞ beynəlxalq ticarət təşkilatının yaradılması məqsədilə beynəlxalq konfrans təşkil etdi. Bu konfransda dünya iqtisadiyyatının yeni liberal prinsiplərinin hazırlanmasını irəli sürdü. Konfrans 1947-ci ildə başladı.1946-cı ildə Cenevrədə 23 dövlətin iştirakı ilə gömrük tarifləri barəsində danışıqlar aparıldı. İkitərəfli ticarət razılaşması imzalandı ki, gömrük haqqlarının kifayət qədər azaldılması məsələsi nəzərdən keçirildi. BMT-nin iqtisadi və sosial şurası Cenevrə görüşünün sənədlərinin nəticələrini vahid sənəddə birləşdirilməyi təşkil etdi. Beləcə tarif-ticarət haqqında baş razılaşma (QATT) meydana çıxdı. Avropanın yenidən dirçəldirilməsi prosesində “Marşal Planı” əhəmiyyətli yer tutur. Bir neçə kəlmə bu planın yaradılması haqqında qeyd edək. Almaniya və Yaponiyanın məğlub olunması Avropada keçmiş SSRİ-nin güclənməsinə səbəb oldu. ABŞ anladı ki, bu cür davam etsə onların müstəmləkəçilik mövqeyi təhlükə altında qalar. Belə reaksiya hiss olınmadan Doktorina Qrumena formasını aldı ki, bu da soyuq müharibınin əsasını qoydu. Əvvəlcə ABŞ Avropa ölkələrinə qısa müddətli kreditlər verməyilə Avropanın iqtisadi intibahı problemini həll etmək istədi. Lakin bu bir səmərə vermədi.Odur ki, yeni ideya meydana çıxdı. Marşal planı 4 ilə hesablanmışdır.Bu ildə istehsalın həcminin artırılması və ilk növbədə metallurgiya və energetika sahələrində yüksəliş nəzərdə tutulurdu; infrastrukturun modernləşdirilməsi,  kənd təsərrüfatı və səviyyənin modelləşdirilməsi;maliyyə və pul sabitliyinə nail olmaq. Avropa ölkələrinin xidmətində maliyyə yardımları ilə yanaşı Amerikan iqtisadi təcrübəsi və peşəkar ekspertlərin təcrübəsi geniş rol oynayırdı. Marşal planına görə iqtisadi yardım bütün Avropa ölkələrinə, o cümlədən keçmiş SSRİ-yə də də təklif olundu. Lakin keçmiş SSRİ və Şərqi Avropa ölkələri bu köməkdən imtina etdilər. Avropanın 16 ölkəsi 1947-ci ildə Paris konfransında Avropanın iqtisadi cəhətdən bərpası komitəsinin təşkili məqsədilə və Paris konvensiyasına hazırlıq məqsədilə müsbət cavab verdilər. Beləcə Avropa İqtisadi əməkdaşlıq təşkilatı yaradıldı (yəni ümumi bazar ölkələri). Bu təşkilat Avropanın bərpası proqramını hazırladı və onun reallaşdırılmasına nəzarət etdi. Marşal planının I-ci mərhələsinin (1947-1949) nəticələri əhəmiyyətli oldu. Sənaye istehsalının həcmi 30% artdı, əmək məhsuldarlığı müharibə ərəfəsində olan səviyyəni ötərək 10%-ə çatdı. II-ci mərhələdə (1949-1951) Avropa ticarətinin liberallaşdırılmasına diqqət artırıldı və Avropa daxili əməkdaşlara səylər gücləndirildi. Marşal planının ikinci mərhələsində amerkan yardımının tədricən ixtisar edilməsi nəzərdə tutulurdu. Lakin, yardım davam etdirilirdi. Dövlət Departamentində Avropanın iqtisadi vəziyyəti nəzərdən keçirilirdi. Marşal planının gedişində Şərq və Qərb dövlətləri arasında qarşıdurma gücləndirildi. Beləliklə, müharibədən sonrakı illərdə Avropada vahid iqtisadi və siyasi güclü Avropanın formallaşdırılması üçün bütün zərurı şərait yaradıldı.Bu isə kifayət qədər qısa zaman kəsiyində Avropanın iqtisadi qüdrətinin yenidən dirçəlməsinə kömək etdi. İqtisadi inteqrasiya və Avavropanın inkişafı üşün onun əhəmiyyəti. Avropanın iqtisadi inteqrasiyanın ideyası hələ II dünya müharibəsi başa çatmamış həyata vəsiqə almağa yaxın idi. Hələ 1944-ci ildə eliqrasyada olan Belçika, Hollandiya, Lüqsemburq kimi dövlətlər gömrük ittifaqı haqqında saziş imzaladı ki,sonradan o, ”Benilyuks” adı ilə məşhurlaşdı.Gömrük ittifaqı uğurlu alındı. Bu üç ölkə arasında xarici ticarət dövriyyəsi sürətli templə inkişaf etdi. Avropa üçün daha əhəmiyyətli hadisə 1952-ci ildə Avropa kömür və polad cəmiyyətinin yaradılması oldu. Bu müqavilə Asiya, İtaliya, AFR və “Benilyuks” ölkələri arasında imzalandı. Böyük Britaniya bu təşkilata üzv ola bilmədi, 1957-ci ildə Romada Avropa iqtisadi birliyinin yaradılması haqqında müqavilə imzalandı. Bunun ilkin məqsədi ümumi bazarın formalaşdırılmasından ibarət idi. Müqavilənin imzalanması zamanı altı ölkə: Fransa, AFR, Belçika, Hollandiya, Lüksemburq və İtaliya iştirak etdi. Ümumi Bazarın üç mərhələdə yaradılması nəzərdə tutlurdu: I mərhələ - ümumi gömrük ittifaqının yaradılmasını nəzərdə tuturdu ki, gömrük resurslarının və ölkələrarası digər qeyri-marif  tədbirlərinin məhdudlaşdırılması ön planda durdu. II mərhələ - iqtisadiyyatın digər sektorları ilə harmoniya təşkil etməklə nəqliyyat və kənd təsərrüfatı sahələrində ümumi iqtisadi siyasətin yürüdülməsi nəzərdə tutulurdu. III mərhələdə -işçi qüvvəsinin, kapitalın, əmtəə və xidmətlərin sərbəst hərəkətini təmin etmək məqsədi qoyulurdu. Həmin dövrdə Böyük Britaniya Avropada azad ticarət zonasının yaradılmasını təklif etdi. Onun cəhdləri 1960-cı ildə uğurla başa çatdı.Stokholm konvensiyası təsis edildi ki, İsveç, İsveçrə, Danimarka, Avstriya, Portuqaliya, Böyük Britaniya daxil olmaqla Avropa Azad Ticarət Assosasiyası (EAST) yaradıldı. Assosasiyanın funksiyasına təkcə sənaye məhsulları deyil, həm də iqtisadiyyatın digər sahələri də aiddir. Lakin təriflərin iqtisad olunmasına baxmayaraq,EAST öz fəaliyyətində uğur əldə edə bilmədi. 1972-ci ildə Böyük Britaniya, İrlandiya, Danimarka, Norveç AİB-nın üzvü oldu. Norveç bu təşkilatı öz ölkəsindəki referendumun nəticəsinə görə tərk etdi, 1981-ci ildə Yunanıstan,1986-cı ildə İspaniya və Portuqaliya,1994-1995-ci illərdə Avstriya, Finlandiya, İsveç bu təşkilata qoşuldular. Beləliklə “Avropa Altılığı” “Avropa Onbeşliyinə” çevrildi və Avropa İttifaqı (ES) adlandırıldı. 70-80-cı illərin sonlarında vahid valyuta iqtisadiyyatına doğru addımlar atıldı.1978-ci ildə valyuta sisteminin tətbiqi haqqında razılaşma imzalandı.Ona  vahid Avropa valyutasının yaradılması və tətbiq edilməsi daxil idi. Inteqrasiyanın əsas istiqamətlərindən biri də elmi-texniki tərəqqi sahəsində əməkdaşlıqdan ibarətdir.Qərbi Avropada dövlətlərarası elmi tədqiqat mərkəzləri yaradıldı və birgə elmi proqramların icrasının reallaşdırılması nəzərdə tutuldu.Bu mərkəzlərin maliyyələşdirilməsi ES büdcəsi hesabına aparıldı.1985-ci ildən bu kompaniya səviyyəsində həyata keçirildi. Qərbi Avropa ölkələrinin iqtisadi inteqrasiyasının yeni mərhələsi 1992-ci ildə Maastrixt Müqaviləsindən sonra oldu. Bu müqaviləyə görə Avropa valyuta ittifaqının formalaşdırılmasına başlandı.Ölkələr üçün meyarlar qəbul olundu: dövlət büdcəsinin defisiti YDM-un 3%-dən çox olmamalı,dövlət borcunun kəmiyyəti YDM-un 60%-dən çox olmamalı,infilyasiyanın tempi aşağı səviyyədə olmamalı, milli valyutanın kursu isə sabit qalmalıdır. 1999-cu il 1 yanvar tarixindən pərakəndə pul dövriyyəsində bütün Avropa valyutalarını əvəz edən ümumi pul vahidi –evro dövriyyəyə buraxıldı.Beləliklə, aşağıdakı nəticələrə gəlmək olar:
  1. Aİ-in yaradılması ittifaqın üzvləri arasında ticarətin inkişafında önəmli rol oynadı;
  2. Bazarların genişlənməsi beynəlxalq əmək bölgüsünün daha da dərinləşməsinə şərait yaratdı və üzv ölkələrin ixtisaslaşmasının və kooperativləşdirilməsinin inkişafına meydan açdı.Bu yeni istehsal növlərinin yaradılmasını stimullaşdırdı, idarəetmə texnikasını təkmilləşdirdi, xarici investisiyaları,ilk növbədə ABŞ-dan sərmayə axınını cəlb etdi;
  3. Müştərək elmi mexaniki tədqiqatlar elm tutumunun yaradılması üçün Qərbi Avropa ölkələrində istehsal olunan əmtəələrin rəqabət qabiliyyətinin və keyfiyyətinin yüksəlməsi üçün yeni imkanlar açdı.

Müəllif Ə.BƏDƏLOV A.AĞAYEV, S.TAĞIZADƏ Mənbə Dünya İqtisadiyyatı

kayzen.az

568 Views