İngiltərənin qəribə idman növləri

İngiltərənin qəribə idman növləri

Siz düşünə bilərsiniz ki, futbolun nə olduğunu bilirsiniz. Ancaq icazə verin, bunun belə olmadığına sizi əmin edək.

Futbolun vətəni olan İngiltərədə bu idmanın bir neçə növü var. Misal üçün, qaydasız futbol. Demək olar ki, qaydasız.
Artıq üç əsrdən çoxdur ki, hər bahar Derbyshire qraflığının Ashbourne şəhərində iki sutkayadək davam edə bilən futbol matçı keçirilir. Qaydalar sadədir. Bu matçda hamı iştirak edə bilər, söhbət yüzlərlə, hətta minlərlə oyunçudan gedir. Onlar şəhərin hansı hissəsində yaşadıqlarından asılı olaraq iki komandaya bölünür - "yuxarıdakılara" və "aşağıdakılara" . Qapılar bir-birindən təxminən beş kilometrdə olan şəhərin bir-birinə əks ən ucqar nöqtələrində qurulur. Şəhərin mərkəzində toplaşmış kütlənin içinə top atılandan sonra matç başlayır və oyunçular istənilən üsulla həmin topu rəqibin qapısına çatdırıb qapıdan keçirməlidirlər. "İstənilən üsulla" o deməkdir ki, topu qapmaq, əllə tutmaq, topa zərbə endirmək, atmaq, əldə tutaraq aparmaq və bu kimi digər hərəkətlər icazəlidir. Matç bütün şəhər boyu getdiyindən yerli dükanlar birinci mərtəbədəki vitrinlərin üzünü faner şitlərlə örtüb mıxlayırlar ki, oyun zamanı şüşələri qıran olmasın.
Topu ələ keçirmək məqsədilə ağaclara dırmaşmaq, pəncərədən asılmaq olar. Şəhərin içindən kiçik bir çay axır, odur ki, topu qovalayan kütlə vaxtaşırı həmin çaya düşməli olur. Amma bir neçə qadağa var: heç kəsi öldürmək olmaz (hətta təsadüfi də), topu çantaya, torbaya və ya maşına qoyub rəqibin qapısına aparmaq olmaz. Eləcə də oyun zamanı kilsə və qəbirstanlıqlara qaçıb girmək olmaz, qalan hər şey icazəlidir.
Matç bəzən axşam saat 10-dək davam edir. Əgər tərəflərdən birinə axşam saat 6-dək qol vurmaq nəsib olursa, matçın ikinci raundu başlayır. Qol axşam saat 6-dək vurulmasa oyun dayandırılır və gələn gün yenidən başlayır. Deyilənə görə, yerli sakinlər bu növ futbol oyununu XII-ci əsrdən oynamağa başlayıblar, lakin arxivlər yandığından, biz yalnız XVII əsrdən başlayaraq belə futbol matçlarının keçirildiyini əminliklə deyə bilərik.

İdmanın vətəni

İngiltərəni əminliklə kütləvi idmanın vətəni adlandırmaq olar. Məhz burada futbol, reqbi, kriket, tennis və bu kimi digər idman növlərinin qaydaları icad edilərək təsbit olunub. İngiltərənin özü bu idman növlərində elə də böyük uğur qazanmır, lakin İngiltərə futbol klublarının və idman meydançalarının adı (Wembley, Wimbledon) dünya boyu çoxlarına məlumdur. Amma ingilislər dünyada hələ böyük populyarlıq qazanmamış xeyli sayda digər idman növlərini də icad ediblər. Ola bilsin ki, nə vaxtsa onlar da populyarlıq qazanacaq.

Suda futbol

İngiltərənin qərbində, Cotswolds ərazisində kiçik bir Bourton-on-the-Waterkəndi var. 100 ildən artıqdır ki, avqustun son günündə 5-6 nəfər hər birinin tərkibində olan iki komanda buradan axan çay sahilinə gəlir. Çayda futbol qapısı qurulur və elə çayın içində də oyun başlayır.
Qaydalar adi futbol qaydalarına ümumilikdə bənzəsə də, bəzi fərqliliklər də var. Belə ki, oyunçuların qarşısında duran vəzifə qol vurmaqla yanaşı, tamaşanı seyr edən azarkeşlərə də su sıçratmaqdır.
Şəhərdən axan Windrush adlı çay dərin deyil, su topuq səviyyəsindədir. Matç 30 dəqiqə davam edir. Azarkeşlər bu futbola tamaşa etmək üçün pul ödəyir və nəticədə, matçdan sonra paltarları yaş olur. Futbol klubu isə kiçik də olsa qazanc əldə edir. Bu əyləncə barədə yerli balıqların nə düşündüyünü isə, əgər onlar həqiqətən də varsa, heç kim bilmir.

Dayazlıqda kriket

Top oyunlarında ingilislərin fantaziyası hüdudsuzdur. İngiltərənin cənubunda Wright adasını sahil xəttindən ayıran Solent boğazı var. İldə birdəfə itimiqyaslı su çəkilməsi zamanı boğazın tam ortasında dayazlıq əmələ gəlir. Bu zaman entuziastlar bütün işlərini kənara qoyub qayıqlarda, kater və yaxtalarda həmin yerə yollanırlar. Nə üçün? Kriket oynamaq üçün. Oyun su qabarması başlayanadək davam edir.
Kriket qaydalarına görə, əlində kriket ağacı olan oyunçu topu elə uzağa vurub göndərməlidir ki, rəqib komandanın oyunçusu topu tuta bilməsin. Odur ki, Solent boğazının dayazlığında keçirilən oyunun iştirakçıları tez-tez topu tutmaq üçün suya tullanmalı olurlar.

Arxda üzmək

İngilislər daha bir əyləncəli su idman növü icad ediblər. Bu, su polosu və ya hövuzdə üzgüçülük deyil. Söhbət snorkeling-dən gedir - arxda, çirkli və bulanıq suyun altında, lüləli dalğıc maskasında üzgüçülük yarışından. Bu idman növü İngiltərədə yox, Uelsdə icad olunub, snorkeling çempionatları isə Uelsin Llanwrtyd Wells adlı kiçik şəhərində keçirilir. Bu növ idmanda yarışın ideyası sadədir. Kənd tarlasına çəkilmiş arxlardan biri seçilir. Aydındır ki, belə arxın içərisiyosun və palçıqla dolu olur. Start və finiş nöqtələri seçilir. Üzgüçülər lüləli maska (və eləcə də last) taxıb növbə ilə bulanıq suya girib finişə doğru üzürlər. Finişə daha tez çatan yarışın qalibi elan olunur.
Bu idman növü İngiltərədə yox, Uelsdə icad olunub, snorkeling çempionatları isə Uelsin Llanwrtyd Wells adlı kiçik şəhərində keçirilir. Bu növ idmanda yarışın ideyası sadədir. Kənd tarlasına çəkilmiş arxlardan biri seçilir. Aydındır ki, belə arxın içərisiyosun və palçıqla dolu olur. Start və finiş nöqtələri seçilir. Üzgüçülər lüləli maska (və eləcə də last) taxıb növbə ilə bulanıq suya girib finişə doğru üzürlər. Finişə daha tez çatan yarışın qalibi elan olunur.
Bu idmanda dünya rekordu Neil Rutter-ə məxsusdur. O, 2018-ci il avqustun 26-da arxı 1 dəqiqə 18,81 saniyəyə üzüb keçib.

Real sehrbazlıq

İngiltərədə idman növləri bəzən heyvanların iştirakını da nəzərdə tutur. Söhbət yalnız at və ya it yarışlarından getmir. Qaçış yarışları vaxtaşırı olaraq toyuq və ilbizlər üçün də təşkil edilir. Amma bir idman növü əsl sehrbazlığa bənzəyir. Belə ki, İngiltərənin Cheshire qraflığının Willastone ərazisində hər il yay mövsümündə qurdların tilsimlənməsi üzrə dünya çempionatı keçirilir. Yarışın hər iştirakçısı üçün kvadratlara bölünmüş tarlanın bir sahəsi ayrılır. Qurdu tilsimləyən iştirakçı özü qurda toxunmaq istəmirsə, özü ilə "sekundant" gətirə bilər Yarışın məqsədi qurdları torpağın üst qatına çıxmağa inandırmaq və bundan sonra onları xüsusi vedrəyə yığmaqdan ibarətdir. Yarış günorta, təxminən saat 2-də başlayır və 30 dəqiqə davam edir. Oyunun şərtləri də var: Torpağı sulamaq və qurdları torpaqdan qazıb çıxarmaq qadağandır. Qurdları necəsə tilsimləmək lazımdır ki, onlar torpağın alt qatından üzə çıxsınlar. Adamların çoxu qurdları elə aldatmaq istəyir ki, onlar yağış yağdığını düşünüb torpağın alt qatından üst qata çıxsınlar. Bəziləri yaba ilə torpağı yüngülcə döyəcləyir ki, torpaq qatı bir az titrəsin. Həmin effekti əllə, ayaqla və digər yollarla da etmək mümkündür. Bəzi adamlar isə musiqi ilə ilan tilsimləyən sehrbazları təqlid edərək, çalışırlar qurdları müxtəlif musigi alətlərində çalmaqla qurd tilsimləsinlər. Bu idman növündə dünya rekordu 567 qurda bərabərdir - 2009-cu ildə 10 yaşlı qız bu sayda qurdun torpağın üst qatına çıxmasına nail ola bilib.
Yarışın hər iştirakçısı üçün kvadratlara bölünmüş tarlanın bir sahəsi ayrılır. Qurdu tilsimləyən iştirakçı özü qurda toxunmaq istəmirsə, özü ilə "sekundant" gətirə bilər. Yarışın məqsədi qurdları torpağın üst qatına çıxmağa inandırmaq və bundan sonra onları xüsusi vedrəyə yığmaqdan ibarətdir. Yarış günorta, təxminən saat 2-də başlayır və 30 dəqiqə davam edir. Oyunun şərtləri də var: Torpağı sulamaq və qurdları torpaqdan qazıb çıxarmaq qadağandır. Qurdları necəsə tilsimləmək lazımdır ki, onlar torpağın alt qatından üzə çıxsınlar. Adamların çoxu qurdları elə aldatmaq istəyir ki, onlar yağış yağdığını düşünüb torpağın alt qatından üst qata çıxsınlar. Bəziləri yaba ilə torpağı yüngülcə döyəcləyir ki, torpaq qatı bir az titrəsin. Həmin effekti əllə, ayaqla və digər yollarla da etmək mümkündür. Bəzi adamlar isə musiqi ilə ilan tilsimləyən sehrbazları təqlid edərək, çalışırlar qurdları müxtəlif musigi alətlərində çalmaqla qurd tilsimləsinlər.
Bu idman növündə dünya rekordu 567 qurda bərabərdir - 2009-cu ildə 10 yaşlı qız bu sayda qurdun torpağın üst qatına çıxmasına nail ola bilib.

Gen şalvar

Əgər qurdlar sizi cəlb etmirsə, yarışlarda istifadə etmək üçün başqa heyvanlar da var, misal üçün - evdə saxlanılan sansarlar. Əsrlər boyu onlardan ovçular ov itləri kimi istifadə edirdi: sansarlar dovşan yuvasına girib onları oradan qovurdu. Sadə camaata belə qiymətli heyvanı saxlamaq qadağan edilirdi. Odur ki, əfsanəyə görə, Yorkshire qraflığındakı brakonyerlər əldə sansarla tutulmamaq üçün bir yol fikirləşib tapmışdılar. Deyilənə görə, onlar sansarı gen şalvarlaında gizlədib meşələri və tarlaları gəzirdilər, dovşan yuvaları axtarırdılar.
Image captionSansarın iti dişləri və caynaqları var
Deyəsən sansarı şalvarda saxlamaq idmanı da elə burdan başlayıb. Onu da nəzərə almaq lazımdır ki, sansar yerində sakit duran heyvan deyil, xüsusilə qapalı məkanda vaxt keçirməyi sevmir. Bundan əlavə sansarın iti dişləri və caynaqları var və bu heyvanları öz bədəninin həssas sahələrinə yaxınlaşdırmağa hazır olan qoçaqlar dünyada elə də çox deyil. İngiltərədə isə belə qoçaq adamlar kifayət qədərdir. Yarışın qaydaları sadədir - sansarı şalvarında daha çox vaxt saxlayan iştirakçı qalib elan edilir. Bu idman növündə rekord vaxt beş saat yarımdır.

Pendir və pivəyə çatmaq yarışı

May ayının son bazar ertəsi Gloucestershire qraflığında, Coopers-Hill kəndindəki təpəyə camaat toplaşır. Onların əksəriyyəti tamaşaçıdır. Təpə - hündür təpədir, bəzi yerlərdə sıldırımlıdır. Siqnal veriləndə, təpənin zirvəsindən aşağıya dairəvi Gloucester pendiri buraxılır, yarış iştirakçıları isə pendirin dalınca düşürlər ki, onu tutsunlar.
Hər bu yarışlar zamanı iştirakçıların əli-qolu sınır, lakin bu, heç kimi dayandırmır, baxmayaraq ki, yerli hakimiyyət belə yarışların keçirilməsini qadağan edib. Kütləni xüsusi adamlar idarə edir, lakin təşkilatçılığa dair onlara verilən suallara həmişə mənfi cavab verirlər. Təpənin aşağısında isə azı bir təcili yardım maşını durur, elə orada da, qadağan olunmuş pendir yarışını görməməzliyə vuran polis nəfərləri də gözə dəyir. Pendiri tuta bilən qalib elan olunur. Yarışın mükafatı da elə həmin pendir olur.
Leicestershire qraflığında Hallathon və Medborn adlı iki qonşu kəndin sakinləri Pasxa bayramını əsas küçələrlə yürüş edərək qeyd edirlər. Camaat əlində içi dovşan ətindən hazırlanmış iki böyük piroq və üç pivə çəlləyi aparır. Bu idman növü "butulka təpikləmə" adlanır. Pivə çəlləklərinə iş qəlib çatmaqdan əvvəl kütlə Hallathon-da kilsə qarşısına toplaşır. Oradan keçiş çıxıb piroqun yeyilməsinə xeyir-dua verir. Bundan sonra piroqlar kiçik paylara bölünür və kütləyə atılır. Belə hesab olunur ki, piroq payını tutanın yarışda bəxti gətirəcək. Piroqu dadandan sonra hamı "Dovşən ətli piroqlar təpəsinə" qalxır. Kütlənin mərkəzində yer tutan təşkilatçılar pivə çəlləklərini mümkün qədər hündürə atmağa başlayırlar - və bu zaman xaos başlayır.
Bu oyunda cəmi qaydaya əməl olunmalıdır - iştirakçılar bir-birinin gözünü çıxarmamlıdır, bir-birini boğmamalıdır və silah işlətməməlidirlər. Qalan hər şeyi etməyə icazə verilir. Oyunun məqsədi - iki kənd arasında axan çayın üzərindən oyunçular öz sahillərinə ən azı iki çəlləyi çəkib gətirməlidirlər. Matç hərdən bütün gün ərzində davam edə bilər. Oyun başa çatandan sonra iştirakçılar yerli pabda yığışıb qalibləri təbrik edirlər.
Təbii ki, İngiltərədə başqa idman növləri də var - ekstremal şəraitdə paltarın ütülənməsi və yunla dolu torbaların təpənin zirvəsinə qaldırmaqdan tutmuş dəmir vannada üzgüçülüyə qədər. Odur ki, fikir çəkməyin - futbol, tennis və digər ənənəvi idman növləri bezdirəndə, hansısa fərqli ingilis idman növü ilə maraqlanmaq imkanınız həmişə olacaq. Mənbə. bbc.com
568 Views