Kəşf edilməyi gözləyən12 film

Kəşf edilməyi gözləyən12 film

Bunların bəziləri ilk 100-lüyə daxil olmasa da, bu, onların böyük əsərlər olmadıqlarını deyil, kəşf ediləcəklərini gözlədiyini göstərir.
Qara Orfey (Orfeu Negro / Black Orpheus, Marcel Camus, 1959 - Braziliya)
Filmdə Trakyalı Orfey ilə Evridika arasındakı sevgidən bəhs edən yunan mifologiyası, karnaval zamanı Rio de Janeyronun bir gecəqondu səmtində baş verənlərə uyğunlaşdırılıb. Camus-un bu rəngli tragediyası 1959-cu ildə Cannes Film Festivalında Qızıl Palma, daha sonra isə Oscar, Britaniya Akademiyası Film Mükafatı (BAFTA) və ən yaxşı xarici film kateqoriyasında Qızıl Qlobus qazanıb. Film həmçinin Antonio Carlos Jobim ilə Luiz Bonfa-nın samba ritmlərini dünyaya tanıtdı. Lakin film eyni zamanda problemli də qəbul olunur… Məsələn, Barack Obama "Atamın arzuları" adlı xatirə kitabında yazır ki, anası filmi çox bəyənsə də, filmdə qara dərililərin uşaq kimi təsvir olunması onu narahat edib.
Fotonun müəllifiMOVİE POSTER IMAGE ART
1964-cü ildə çəkilən "Mən Kubayam" filminin Rusiyada nümayişi üçün hazırlanan afişası
2. Mən Kubayam (Soy Cuba / I Am Cuba, Mikhail Kalatozov, 1964 - Kuba) 1964-cü ildə çəkilən, amma 1995-ci ildə bərpa edilənə qədər çox da seyr edilməyən film, Mikhail Kalatozov-un insanı hipnoz edən növdən bir təbliğat filmidir. Film Batista rejimi devrilmədən əvvəl və sonra Kubadakı həyatdan bəhs edir. Filmin "Şirin həyat"a yoldaşlıq edə biləcək ilk səhnələrində bir yanda varlı turistlərin təmtəraqlı hovuz ziyafətlərini, digər tərəfdə isə Kuba xalqının yoxsulluğunu görürük. Daha sonra şəkər qamışı istehsalçılarının çarəsizliyinə, inqilabçı bir tələbənin öldürülməsinə və bir kəndlinin inqilabçıya çevrlməsinə şahid oluruq. Bütün bunlardan filmin ortaq sovet əməkdaşlığının məhsulu olduğunu anlaşılır. Lakin ağ-qara filmin kamera görüntüləri Soy Cuba-nı siyasətdən çox uzaqlara aparır. Martin Scorsese bu film üçün "ona baxdıqdan sonra film çəkilişi ilə bağlı yeni bir həyəcan hiss etdim" deyirdi.
Çexoslovakiyalı rejissor Milos Forman 1967-ci ildə çəkdiyi "Yanğınsöndürənlər topu" filminin afişası qarşısında xanımı Martina ilə şəkil çəkdirir
3. Yanğınsöndürənlər topu (The Firemen's Ball, Miloš Forman, 1967 - Çexoslovakiya) Bu il vəfat edən rejissor Milos Forman daha çox Oscar mükafatı qazanan Amadey və Qu Quşu filmləriylə tanınır. Lakin Çexoslovakiyadan ABŞ-a köçməzdən əvvəl çəkdiyi "Yanğnsöndürənlər Topu" adlı filmini Forman kiçik bir qəsəbədə, daha əvvəllər heç bir təcrübəsi olmayan yerlilərlə çəkmişdi. Bir yanğınsöndürən heyəti rəhbərinin təqaüdə getməsi münasibətiylə təşkil olunan ziyafətdə sərxoşlar arasında keçən əyləncəli kadrlara daha sonra sovet bürokratiyasını təmsil edən bacarıqsız və rüşvətxor bir rəhbərlə bağlı fikirlər əlavə olunur. Hökümət buna görə filmi qadağan edir. 4. Mühasirə (Siege, Gilberto Tofano, 1969 - İsrail) Film paraşütçü həyat yoldaşı 1967-ci ildəki Altı Gün Müharibəsində həlak olan Tamar adlı gənc bir dul qadının həyatından bəhs edir. Ərinin qohum və dostları Tamar-dan ömrünün sonunadək dərdli dul rolunu oynamağını istəyirlər. Tamar isə bütün bunları rədd edərək, yenidən sevgini və xoşbəxtliyi tapmağa cəhd göstərir. Cannes Film Festivalında ilk nümayişindən 50 ildən artıq vaxt keçsə də Yeni Dalğa təsiri altındakı bu film həm forma, həm də məzmunca klasik bir film olmağa davam edir.
Fotonun müəllifiGETTY
Image caption"Mapantsula" cənubi afrikalılar üçün, onlar haqqında və onlar tərəfindən çəkilmiş irqçiliyə qarşı ilk film sayılır
5. Mapantsula (Oliver Schmitz,1988 - Cənubi Afrika) Rejissor Oliver Schmitz ağdərili olsa da "Mapantsula" cənubi afrikalılar üçün, onlar haqqında və onlar tərəfindən çəkilmiş irqçiliyə qarşı ilk film sayılır. Ssenarist Thomas Mogotlane filmdə həm də Panic rolunu canlandırır. Kiçik miqyaslı bir quldur olan Panic-in siyasətlə heç bir əlaqəsi yoxdur, ta ki həbsə olunana qədər. Oradakı nəzarətçilərin və digər məhbusların rəftarı onu müqavimət göstərməyə məcbur edir. Qəhrəmanın sorğusu ilə Johannesburg-un ticarət mərkəzləri və rəqs salonlarındakı keçmiş həyatı arasında gedib-gələn film elə canlıdır ki, sankı Soveto küçələrinin qoxusu gəlir burnumuza. 6. Sərxoş Atlar üçün Vaxt (A Time for Drunken Horses, Bahman Ghobadi, 2000 - Kürdistan / İran) Bahman Ghobadi-nin ürək parçalayan filminin açılış səhnəsində bu yazı görünür: "Mədəni irsimizə acizanə ehtiramla: Burada gördüyünüz insan təxəyyülünün məhsulu deyil". Gözəl hazırlanmış və yaxşı çəkilmiş bu film Ghobadi-nin kəndində baş verir, kürdlərin həyatını olduğu kimi əks etdirir. Ona görə də insanın ürəyinə toxunur. Filmin qəhrəmanı Eyüp-un anası, atası yoxdur. Əlil qardaşı Madi-yə əməliyyat pulu tapmaq üçün sərhəddə qaçaqmalçılıq edən bir qrupa qoşulur. Qarlı dağları aşarkən hava o qədər sərtləşir ki, qatırların yola davam etməsi üçün onlara spirtli içki qatılmış su içizdirilir. Filmin adı da buradan götürülüb. Filmi seyr edənlər də sonda belə bir şeyə ehtiyac hiss edə bilərlər. 7. Sürətli qaçan (Atanarjuat: The Fast Runner, Zacharias Kunuk, 2001 - Kanada) "Qurtuluş" (The Revenant) filmində baş rolun ifaçısı Leanordo Di Caprio vəhşi təbiətdə həyatda qalmaq üçün mübarizə apararkən ən azı bir kürkə sahib idi. Amma "Sürətlə qaçan" filmində baş qəhrəman çılpaq bir vəziyyətdə Arktikada qar və buzların içində qəbilə başçısının qatil oğlundan qaçmağa çalışır. Bir Eskimos əfsanəsindən ilhamlanan filmdə rejissor Zacharias Kunuk-un Shakespeare-ə yaraşan tərzdə bir xəyanət, qəzəb, düşmənçilik və ənənə hekayəsi qarşımıza çıxır. Bu eskimoslar tərəfindən və eskimos dilində çəkilən ilk film oldu. 2015-ci ildə Toronto Film Festivalında keçirilən sorğuda "Sürətli qaçan" filmi ərsəyə gələn ən yaxşı Kanada filmi kimi qeyd olunmuşdu.
Fotonun müəllifiGETTY
Image captionÇadlı rejissor Mahamat Saleh Haroun "Quru mövsüm" filmiylə 2006-cı ildə Venesiya Film Festivalında xüsusi münsif mükafatını qazanıb
8. Quru mövsüm (Daratt / Dry Season, Mahamat Saleh Haroun, 2006 - Çad) Filmin qəhrəmanı gənc Atim-ə babası bir silah verib 20 il əvvəlki daxili savaş zamanı atasını öldürən insandan intiqam almağa göndərir. Ancaq Atim atasını öldürən insanı tapdığında yaşlı çörəkçi ilə qarşılaşır. Həmin adam ona iş və qalmaq üçün yer verir. Rejissor Mahamat Saleh Haroun-un bu təsirli intiqam və kəffarə (günahların bağışlanması ) hekayəsi, bir neçə xarakterin hissləriylə bağlı sakit bir fərdi hekayə olsa da, filmin əsas mövzusu məhv edilmiş Çadın müharibənin təsirlərindən xilas olub-olmayacağıdır. Filmin çəkilişləri zamanı daxili müharibə yenidən başlamışdı.
Fotonun müəllifiGETTY
Image captionTailandlı rejissor Apichatpong Weerasethakul "Əmim əvvəlki həyatlarını xatırlayır" adlı filmi ilə Qızıl Palma qazanıb
9. Əmim əvvəlki həyatlarını xatırlayır (Uncle Boonmee Who Can Recall His Past Lives, Apichatpong Weerasethakul, 2010 - Tailand) Boonmee Əmi Cannes Film Festivalında Qızıl Palma mükafatını qazanan ilk Tailand filmi oldu və aldığı müsbət rəylərlə özünü tanıtdırdı. Beləliklə insanlar ilk dəfə olaraq bir Tailand filminin dadını hiss etmiş oldular. Rejissorun ölməkdə olan bir insanın meşədəki son günlərini əks etdirən film bir çox əsassız və sürreal elementlər təşkil edur. Kino tarixinə və texnologiyaya istinadlar edilir. Lakin eyni zamanda tamaşaçını antik və mifoloji bir keçmişə də göndərir. Ruhların yeməkdə iştirak etdiyi, bir şahzadənin som balığı ilə intim münasibətdə olduğu, qırmızı gözlü, canlıya bənzər bir məxluqun ortaya çıxdığı bir filmdir. 10. Vəcidə (Wadjda, Haifaa el-Mansour, 2012 - Səudiyyə Ərəbistanı) "Vəcidə", Səudiyyə Ərəbistanında çəkilmiş ilk uzunmetrajlı film olmaqla yanaşı həm də ilk qadın Səudiyyə rejissoru tərəfindən çəkilən film xüsisiyyətini daşıyır. Haifaa el-Mansour Ər-Riyad küçələrindəki səhnələri bir mikroavtobusun arxasında gizlənərək çəkmişdi. Filmin qəhrəmanı ağır təbiətli 10 yaşlı qız uşağı xəyallarındakı velosipedi alacaq pulu toplamaq üçün Tom Sawyer qədər bacarıqlı və qətiyyətli olduğunu sübut edir. "Vəcidə" Səudiyyə Ərəbistanında qadınların qarşı-qarşıya olduqları təzyiqlərdən bəhs edir, amma hər xalqdan olan qadınlara ilham verəcək müsbət və insanını daxilini isidən yumoristik bir dillə. 11. Tarixin sonu (Norte, the End of History, Lav Diaz, 2013 - Filippin) 250 dəqiqə davam edən və statik kameraların uzun çəkilişlərinə əsaslanan filmdə Lav Diaz bir çox filmə daxil olmayan gündəlik, adi xırdalıqalara yer verməklə, həm də pislik, qlobal kapitalizm, mənəviyyat və ateizm kimi ciddi mövzuları da işləyir. Diaz üçün dörd saatlıq film belə qısa sayılır. BBC-nin film tənqidçiləri ilə keçirdiyi sorğuda siyahıya daxil olan bu tək Filippin filmi, bir cinayət törədən intellektual bir tələbənin, buna görə həbs olunan bir kəndlinin və əri ömürlük həbsə məhkum olmuş və ailəsinin ayaqları üzərində qalması uğrunda mübarizə aparan bir qadının hekayəsindən bəhs edir. Tənqidçilər filmi Tolstoyun və Dostoyevskinin romanlarına oxşadırlar. Lakin bu bənzəri olmayan bir filmdir.
Fotonun müəllifiGETTY
Image caption"İlanın qucağında" filminin afişası və rejissor Ciro Guerra
12. İlanın qucağında (Embrace of the Serpent, Ciro Guerra, 2015 - Kolombiya) Oscar-a namizəd göstərilən filmdə Amazon meşələrində ovsunçu Karamakate müstəmləkəçilərin kökünü kəsdiyi bir qəbilənin tək təmsilçisidir. Onun 1909-cu ildəki gənclik, 1940-cı ildəki yaşlılıq dövründəki kadrlarla qarşılaşırıq. Ağdərili alimlər tropik meşələrdə əfsanəvi bir bitkinin axtarışında onlara bələdçilik edirlər. Rejissor Ciro Guerra-nın ağ-qara bu epik hekayəsində çay səfərləri Qiyamət (Apocalypse Now) və Tanrının qəzəbi: Aguirre filmlərində olduğu kimi insanı özünə çəkir. Amma bu dəfə film çəkənlər və qəhrəman uzaqlardan gələn deyil, mövzunun bəhs etdiyi ölkədəndir.
  • Bu yazının iİngilizcə əslini BBC Culture səhifəsində oxuya bilərsiniz.
  • bbc.com  araşdırmaları
568 Views