Zinəddin Zidanın həyatı
Zinəddin Zidan, gerçək adı Yezid Zeynuddin bin İsmail Zidane olan, Cəzayir əsilli Fransız futbolçu 1972-ci ildə Marseldə doğulub. Futbol həyatına “Kann” klubunda başlayan Zidan ordan “Bordo”-ya transfer oldu.
“Bordo”-da uğurlu futboluyla diqqət çəkən yarımmüdafiəçi Zizu 1996-cı ildə 3 Milyon avro qarşılığında “Yuventus”a transfer oldu.
“Yuventus”dakı uğurlu futbolunu milli komandaya da əks etdirən Zidan Fransanın FIFA 1998 Dünya Kubokunu qazanmasında böyük pay sahibi oldu. Finalda Braziliyaya atdığı 2 baş qolu kuboku Fransaya qazandırdı. O il FIFA tərəfindən Dünyanın Ən Yaxşı Futbolçusu Mükafatına layiq görülən Zidan, 2000-ci ildə ölkəsinin Avropa Çempionluğuna sahib çıxmasında yenə böyük rol oynadı. Bu uğurlarına görə 2-ci dəfə Dünyanın Ən Yaxşı Futbolçusu seçildi. 2001-ci ildə “Yuventus”dan 81 milyon dollar qarşılığında “Real Madrid”ə transfer oldu. İlk getdiyi mövsümdə komandası “Real Madrid” ilə Çempionlar Liqası kubokunu qazandı. Finalda “Bayer Leverkusen”ə atdığı gözəl qol UEFA-nın rəsmi saytında jenerik oldu. 2002-2003 ilində “Real Madrid”lə İspaniya Liqası Çempionluğu yaşayan Zizu, eyni il FIFA tərəfindən 3-cü dəfə Dünyada İlin Futbolçusu ünvanını qazandı. Fransa Milli Futbol Komandasının 2004 Avropa Çempionatındakı pis nəticələri ardından milli
komandaya vida etdi. Amma, Fransanın özünə ehtiyacı olduğunu anlayınca geri döndü. Zidan “Real Madrid”lə 7 mayda “Villareal” qarşısında son dəfə meydana çıxdı. Klub komandaları kariyerasına son verdiyini, professional futbol həyatına da 2006 FIFA Dünya Kuboku sonrasında nöqtəni qoyacağını açıqladı.
2006 FIFA Dünya Kubokunda da nüfuzlara görə yüksələn bir qrafik cızıb uğurlu olan Zidan, final matçında Marko Materazziyə baş zərbəsi endirərək qırmızı kartla oyundan atıldı və dünya kubokundan əvvəl aldığı qərar gərəyi kariyerasına son nöqtəni qoydu.
https://www.youtube.com/watch?v=KDY2qUc94i4
Futbolçuluq kariyerasından sonra…
1 iyun 2009 tarixində, “Real Madrid” idarə heyətinə gətirilərək, “Kral” komandasının başçısı Florentino Perezin məsləhətçisi və “Real Madrid”in elçisi olaraq vəzifəyə başlamışdır. 2013-ci ildə “Real Madrid”in başına Carlo Ancelottinin texniki direktor olaraq gətirilməsindən sonra Zizu köməkçi məşqçi olaraq vəzifə almağa başlamışdır. 4 yanvar 2016 tarixində Rafa Benitez vəzifədən alındıqdan sonra “Real Madrid”in başına gətirildi. 09 yanvar 2016 tarixində baş məşqçi kimi “Real Madrid”in başında “Deportivo La Coruna” klubuna qarşı ilk oyununa çıxdı. İlk matç Zizunun komandasının 5:0 hesablı qələbəsi ilə nəticələndi.
Vikipedia Məlumatına görə
Valideynləri İsmayıl və Malikə 1953-cü ildə Əlcəzairin Kabiliyə bölgəsindən Fransanın paytaxtı Parisə miqrasiya edib. Atası burada iş tapa bilmədiyi üçün Marselə köçüblər. Zinəddin Yazid Zidan 23 iyun 1972-ci ildə Fransanın Marsel şəhərində anadan olub. Zidan valideynlərinin beşinci uşağı olub. Atası Marseldə mağazada gecə gözətçisi işləyib.Zidan berber xalqının nümayəndəsi olub. Zidan valideynlərinin beşinci övladı olub. Zidan Marselin La Castellane bölgəsində böyüyüb. Uşaq yaşlarından Zidan futbola maraq göstərib, ilk vaxtlar küçələrdə qonşularla futbol oynayıb. Daha sonralar yerli "Sen-Anri" klubunda məşqlərə başlayıb. 2 il burada məşq elədikdən sonra 14 yaşına qədər Setem-le-Vallon klubunun heyətində məşq edib. 14 yaşında Fransa Futbol Federasiyasının keçirdiyi seleksiya toplanışında Kann klubunun agenti Jan Varraudun diqqətini cəlb edib. Zidan növbəti üç ilini Kann klubunun aşağı yaş qrup komandalarında keçirib. 28 may 1994-cü ildə Veronike Fernandez-Lentisko ilə evlənib. Dörd uşaqları var.Enzo Alan Zidan Fernandez (d. 25 mart1995), Luka Zinəddin Zidan Fernandez (d. 13 may 1998), Zeo Zidan Fernandez (d. 18 may 2002), və Elyaz Zidan Fernandez (d. 26 dekabr 2005). Enzo, Luka və Zeo Real Madrid Akademiyasının üzvləridir. Enzo Yuvenil A-nın yarımmüdafiəçisi, Luka Cadete A-nın qapıçısı və Zeo Alevin A-nın hücumçusudurFutbol Karyerası Vikpedia saytınagötürülən məlumatlara əsasən
Zinəddin Zidan peşəkar karyerasına Fransanın "Kann" klubunda başlayıb. Zidan hələ 17 yaşı olmamış 18 may 1989-cu ildə Fransa Çempionatında "Nant" ilə oyunda debüt edib.1988–1989 mövsümündə futbolçu cəmi 2 oyunda meydana çıxıb. Sonrakı illərdə yarımmüdafiəçi öz oyunu ilə məşhurluq qazandı. Zidanın topla davranışı, manevrlər edərək rəqib komandanın müdafiəsini keçməsi, öz komanda yoldaşlarını başa düşməsi digər futbolçulardan fərqlənirdi. 1990-cı ildən başlayaraq "Kann"ın əsas heyət üzvlərindən birinə çevrilib. Zidan 8 fevral 1991-ci ildə baş tutan oyunda ilk qolunu da Nant klubuna vurub. Klub prezidenti Zidana avtomobil alacağını söz verib və sözünə əməl edərək qırmızı Clio alıb. 1990–1991 mövsümündə 28 oyunda meydana çıxıb. Növbəti mövsüm Zidan 32 oyunda meydana çıxdı və 5 qol vurdu, lakin bu klubun aşağı liqaya düşməsinə mane ola bilmədi. Belə vəziyyətdə Zidan klubdan ayrılmağı qərara aldı.1988-1992-ci illərdə bu klubda oynayıb.Bordo
1992-ci ildə digər fransız klubu "Bordo" ilə müqavilə imzalayıb. Bu transfer 3 milyon franka başa gəlib. Zidan Bordonun heyətində Kristofe Duqarri və Bixente Lizarazu ilə tanış olur və onlar gözəl üçlük təşkil edirlər. "Bordo"da ilk mövsümdə 35 oyunda meydana çıxıb və 10 qol vurub. 28 sentyabr 1993-cü ildə UEFA Kubokunun ilk təsnifat mərhələsində İrlandiyanın "Bohemyans" klubu ilə qarşılaşmada meydana çıxıb və 22-ci dəqiqədə komandasınını ilk qolunun müəllifi olub, oyun 5-0 hesabı ilə Bordonun xeyrinə başa çatıb. Bu, Zidanın UEFA Kubokunda debüt oyunu idi. 23 noyabr 1993-cü ildə 3-cü təsnifat mərhələsinin cavab oyununda da meydana çıxıb və 77-ci dəqiqədə komandasının yeganə qolunu vurub. 1993-1994-cü illər mövsümündə 6 dəfə fərqlənib. 27 sentyabr 1994-cü ildə UEFA Kubokunun birinci təsnifat mərhələsində İslandiyanın "Lilleström" klubu ilə cavab qarşılaşmasında 2-ci dəqiqədə hesabı açıb, oyun 0-2 hesabı ilə "Bordo"nun qələbəsi ilə yekunlaşıb və "Bordo" növbəti mərhələyə vəsiqə qazanıb. Növbəti mərhələdə Polşanın "Katowice" klubu ilə hər iki oyunda 90 dəqiqə meydanda olub, "Bordo" iki oyunun nəticəsində 2-1 məğlub olaraq mübarizəni dayandırıb. 1994–1995 mövsümündə Zidan 6 qol vurub. 1995-ci ildə "Bordo" ilə UEFA İntertoto Kubokunuqazanıb. 1995-ci ildə "Bləkbörn Rovers"in baş məşqçisi Kenni Dalqliş Zinəddin Zidan və Kristofe Duqarri ilə maraqlandığını açıqlamışdı. Klubun prezidenti Cek Volker isə belə cavab vermişdi: Bizim Tim Şervurd kimi oyunçumuz olduğu halda siz niyə Zidanla müqavilə bağlamaq istəyirsiniz? UEFA Kuboku 1995/1996-cı illər mövsümündə "Bordo"nun heyətində 6 oyun keçirib və 1 məhsuldar ötürmə verib.1995–1996 mövsümündə Zidan "Bordo"nun heyətində UEFA Kubokunun finalına çıxıb. Zidan "Bordo"nun heyətində 4 uğurlu mövsüm keçirib. 1996-cı ilin əvvəlində 1.2 milyon funt sterlinqə İngiltərənin "Nyukasl" klubuna təklif edilib, lakin "Nyukasl"ın aşağı liqaya düşməsinə görə bu transfer baş tutmayıb.Yuventus
"Bordo"da oyunu "Yuventus" klubunun diqqətini cəlb edib. 1996-cı ilin iyununda 35 milyon franka "Bordo"dan İtaliyanın "Yuventus" klubuna transfer olunub. 8 sentyabr 1996-cı ildə İtaliya A Seriyasının birinci turunda "Redjina" ilə qarşılaşmada "Yuventus"un heyətində debüt edib. Zidan bu oyunu əvəzolunmadan keçirib və görüş 1-1 hesabı ilə başa çatıb. 20 oktyabr 1996-cı ildə İtaliya A Seriyasının altıncı turunda "İnter"lə ev qarşılaşmasında 62-ci dəqiqədə Yuventusun heyətində ilk qolunu vuraraq hesabı 2-0 edib, oyun elə bu hesabla başa çatıb, Zidan oyunu əvəzolunmadan keçirib. 1 dekabr 1996-cı ildə İtaliya A Seriyasında "Bologna" ilə qarşılaşmada 50-ci dəqiqədə oyunda yeganə qola imza ataraq komandasına qələbə qazandırıb. 8 dekabr 1996-cı ildə Qitələrarası Kubokun final oyununda "Yuventus"un heyətində River Pleyt klubuna qarşı oyunda meydana çıxıb, bu oyunda "Yuventus" 1-0 hesabı ilə qələbə qazanıb və kubokun sahibi olub. Bu kubok Zidanın "Yuventus" karyerasında ilk titulu olub. 15 yanvar 1997-ci ildə "Yuventus"un "Pari Sen-Jermen"i 6-1 hesabı ilə qalib gəldiyi və 5 fevral 1997-ci ildə 3-1 hesabı qalib gəldiyi oyunda meydanda olub, bu nəticələrlə "Yuventus" UEFA Super Kubokunun qalibi olub. 6 aprel 1997-ci ildə "Milan"la səfər oyununda 32-ci dəqiqədə 11 metrlik cərimə zərbəsindən qol vuraraq hesabı 0-2 edib, oyun 1-6 hesabı ilə "Yuventus"un qələbəsi ilə yekunlaşıb. 19 mart 1997-ci ildə Norveçin "Rusenburq" klubu ilə UEFA Çempionlar Liqasının dörddə bir final mərhələsinin cavab qarşılaşmasında hesabı 1-0 edərək bu turnirdəki ilk qolunu vurub, oyun "Yuventus"un 2-0 hesablı qələbəsi ilə başa çatıb. 28 may 1997-ci ildə UEFA Çempionlar Liqasının finalında "Borussiya Dortmund"la qarşılaşmada meydanda olub, bu oyunda "Yuventus" 3-1 hesabı ilə məğlub olaraq gümüş medallar qazanıb. İlk mövsümdə 5 qol vurub. 19 oktyabr 1997-ci ildə Bari klubu ilə İtaliya A Seriyasının oyununda 68-ci dəqiqədə komandasının ikinci, 79-cu dəqiqəsində isə üçüncü qolunu vuraraq dubl edib, oyun 0-5 hesabı ilə "Yuventus"un xeyrinə başa çatıb. 25 yanvar 1998-ci ildə "Atalanta" ilə ölkə çempionatı oyununda hesab 1-1 olarkən 71 və 90-cı dəqiqələrdə iki qol vuraraq hesabı 3-1 edib və komandasına qələbə qazandırıb. 18 mart 1998-ci ildə Ukraynanın "Dinamo Kiyev" klubu ilə UEFA Çempionlar Liqasının dörddə bir final mərhələsinin cavab qarşılaşmasında yüz min tamaşaçı qarşısında oynayıb. 20 may 1998-ci ildə Zidan yenidən "Yuventus"un heyətində UEFA Çempionlar Liqasının finalınadək irəliləyib, bu dəfə finalda "Real Madrid"ə 1-0 hesabı ilə məğlub olaraq ikinci yeri tutublar. 24 yanvar 1999-cu ildə "Perudja" ilə çempinoat oyununda 55-ci dəqiqədə "Yuventus"un ikinci qolunu vuraraq hesabı 2-1 edib və komandasına qələbə qazandırıb. UEFA Çempionlar Liqasının 1998/1999 mövsümündə Yuventusun heyətində yarımfinalda İngiltərənin "Mançester Yunayted" klubu ilə oyunlarda meydana çıxıb. İki oyunun nəticəsinə 3-4 hesabı ilə məğlub olan "Yuventus" mübarizəni dayandırıb. Zinəddin 1996-2001-ci illərdə "Yuventus"un heyətində top qovub. Bu müddətdə o, 2 çempionluq və 2 vitse-çempionluq qazanmaqla yanaşı 2 dəfə UEFA Çempionlar Liqasının finalçısı olub. Zidanın hesabında Qitələrarası kubok və Superkubok da var. Yuventusun heyətində 151 oyun keçirib və 24 qol vurub.Real Madrid
2001-ci ildə 76 milyon avroya Yuventusdan "Real Madrid" klubuna keçib. Bu transfer "Real Madrid" prezidenti Florentino Perezin Qalaktikos erası transferlərindən biri olub.Milli komanda karyerası
Zinəddin Zidan millinin heyətində ilk oyununu 17 avqust 1994-cü ildə Çexiya millisinə qarşı keçirib və bu oyunda 2 qol vuraraq dubl edib. 27 fevral 2001-ci ildə Almaniya ilə beynəlxalq yoldaşlıq görüşündə 27-ci dəqiqədə oyunda yeganə qola imza ataraq Fransaya 1-0 hesablı qələbə qazandırıb. 27 mart 2006-cı ildə Meksika ilə yoldaşlıq görüşündə milli komandada 100-cü oyununa çıxıb, bu oyun 1-0 hesabı ilə Fransanın qələbəsi ilə yekunlaşıb. Zidan Fransa millisində 100 oyun həddini keçən dördüncü futbolçu olub. Zidana qədər Desailli, Zuram və Didyer Desçamps 100 oyun həddini keçmişdi. Zidan Fransa milli futbol komandasının heyətində 108 oyuna çıxıb və 31 qol vurub. 108 rəsmi oyunda hakimlər tərəfindən cəmi 13 dəfə sarı vərəqə ilə xəbərdarlıq alıbDünya Kuboku 1998
Avropa Kuboku 2000
Zidan Avro 2000-nin seçmə oyunlarında 6 oyunda meydana çıxıb və 1 qol vurub. 2000-ci il Avropa Çempionatının seçmə oyunlarında 8 sentyabr 1999-cu ildə Ermənistan komandası ilə səfər qarşılaşmasında seçmə mərhələdə ilk və yeganə qolunu vurub. Avro 2000-nin dörddə bir final mərhələsində İspaniya ilə qarşılaşmada 33-cü dəqiqədə cərimə zərbəsindən qol vuraraq hesabı açıb, oyun 1-2 hesabı ilə Fransanın xeyrinə başa çatıb və Fransa yarımfinal mərhələsinə yüksəlib. 28 iyun 2000-ci ildə Portuqaliya ilə keçirilən yarımfinal qarşılaşmasında əlavə vaxtda – 117-ci dəqiqədə 11 metrlik cərimə zərbəsindən qol vuraraq hesabı 2-1 edib və komandasına qələbə qazandırıb. Bu nəticə ilə Fransa turnirin final oyununa vəsiqə qazanıb. 2 iyul 2000-ci ildə Avro 2000-nin final oyununda İtaliya ilə qarşılaşmadanı əvəzolunmadan keçirib, bu oyunda 2-1 hesabı ilə Fransa qalib gələrək kubokun sahibi olub.Dünya Kuboku 2002[redaktə | əsas redaktə]
Koreya və Yaponiyada keçirilən 2002-ci il Dünya çempionatı Fransa millisi üçün uğursuz olub. Qrup mərhələsində 0-1 hesabı ilə məğlub olduqları Seneqal[76] və 0-0 hesabı ilə başa çatan Uruqvayla[77] oyunlarda Zidan zədəli olduğu üçün meydana çıxmayıb,[78] oyunu ehtiyat oyunçular skamyasından izləyib. 11 iyun 2002-ci ildə qrup mərhələsinin sonuncu oyununda Danimarka ilə qarşılaşmanı əvəzolunmadan keçirib, 2-0 hesabı ilə Fransa bu oyunda məğlub olub.[79] Bu nəticə ilə Fransa 1 xalla qrup sonuncusu olub.Avropa Kuboku 2004
Zidan Fransa milli futbol komandasının heyətində Avro 2004-ün seçmə oyunlarında iştirak edib, 7 oyunda meydana çıxıb və 3 qol vurub. Avro 2004-ün seçmə mərhələ oyunlarında 28 mart 2003-cü ildə Malta ilə qarşılaşmada 57 və 80-ci dəqiqələrdə qol vuraraq dubl edib, oyun 6-0 hesabı ilə Fransanın xeyrinə başa çatıb. 2 aprel 2003-cü ildə seçmə mərhələ çərçivəsində İsraillə qarşılaşmada birinci hissəyə əlavə olunmuş 1-ci dəqiqədə qol vuraraq hesabı 2-1 edərək komandasına qələbə qazandırıb.Zidan Fransanın heyətində Avro 2004-ün final mərhələsində də çıxış edib. Qrup mərhələsində 13 iyun 2004-cü ildə İngiltərə ilə oyunda 0-1 məğlub olarkən 91-ci dəqiqədə cərimə zərbəsindən, 93-cü dəqiqədə isə 11 metrlik cərimə zərbəsindən qol vuraraq hesabı 2-1 edib və komandasına qələbə qazandırıb. Zidan UEFA Avropa Kuboku 2004-ün rəmzi yığmasına düşməyi bacarıb.Dünya Kuboku 2006
FİFA Dünya Kuboku 2006-nın seçmə oyunlarında Zidan millinin heyətində 4 dəfə meydana çıxıb və bir dəfə fərqlənib. İlk və yeganə qolu 12 oktyabr2005-ci ildə seçmə mərhələnin son oyununda Malta ilə ev qarşılaşmasının 29-cu dəqiqəsində vurub və hesabı açıb, bu oyun 4-0 hesabı ilə Fransanın xeyrinə başa çatıb. Zinəddin Zidan 2006-cı il dünya çempionatından sonra karyerasını bitirəcəyini açıqlayıb. Zinəddin Zidan millinin heyətində dünya çempionatı oyunlarında iştirak edib. Qrup mərhələsində İsveçrə və Koreya Respublikası ilə oyunlarda əsas heyətdə meydana çıxıb və sonadək meydanda olub. Fransa millisi 5 xalla qrup mərhələsini ikinci yerdə bitirərək 1/8 final mərhələsinə yüksəlib. 27 iyun 2006-cı ildə İspaniya ilə 1/8 final oyununda meydanda olub və ikinci hissəyə əlavə olunmuş 2-ci dəqiqədə komandasının üçüncü qolunu vuraraq oyunda yekun hesabı müəyyənləşdirib, oyun 1-3 hesabı ilə Fransanın xeyrinə başa çatıb. Fransa millisi bu nəticə ilə 1/4 final mərhələsinə yüksəlib. 1 iyul 2006-cı ildə 1/4 mərhələsində Braziliya millisi ilə oyunu Zidan əvəzolunmadan keçirib, oyun 0-1 hesabı ilə Fransanın xeyrinə başa çatıb və Fransa yarımfinal mərhələsinə yüksəlib. 5 iyul 2006-cı ildə Portuqaliya ilə yarımfinal oyununda Zidan 33-cü dəqiqədə 11 metrlik cərimə zərbəsindən qol vuraraq komandasına qələbə qazandırıb, oyun 0-1 hesabı ilə Fransanın xeyrinə başa çatıb. Bu nəticə ilə Fransa turnirin final oyununa vəsiqə qazanıb. 9 iyul2006-cı ildə dünya çempionatının finalında İtaliya ilə oyunda meydana çıxıb, 7-ci dəqiqədə 11 metrlik cərimə zərbəsindən fərqlənənək hesabı açıb, əsas vaxt 1-1 hesabı ilə başa çatdığından oyunda əlavə vaxt oynanılıb. Əlavə vaxtın 110-cu dəqiqəsində Zidan qırmızı vərəqə alaraq meydandan qovulub. Oyun penalti zərbələrində İtalyanın 6-4 hesablı qələbəsi ilə başa çatıb.Zidan-Materatsi qalmaqalı
2006-cı ildə Almaniyada təşkil olunan dünya çempionatının final matçında Marko Materatsinin təxribatına uyan Zinəddin ona zərbə edirmiş və qırmızı vərəqə alaraq meydandan qovulmuşdu. Zidan deyib ki, final oyunundan sonra soyunub-geyinmə otağına gedib və komanda yoldaşlarından üzr istəyib:«Amma ölərəm, Materatsidən üzr istəmərəm. Belə addım atsam, şərəfimi ləkələmiş olaram». |
“O zaman mənə göstərilən qırmızı vərəqə düzgün qərar idi. Buffon hakimi mənim hərəkətim barədə məlumatlandırmaqla, düzgün hərəkət etdi. Bilmirəm, əgər həmin epizoddan sonra meydanda qalsaydım və Fransa dünya çempionu olsaydıq, indi hansı hissləri keçirəcəkdim” - deyə Zidan vurğulayıb. |
"Mən artıq bu barədə çox danışmışam. Ancaq yenə də deyirəm mən həmin vaxt onun anasını deyil, bacısını söymüşdüm. Lakin Zidanın bacısının olduğunu bilmirdim. Zidanın həmin söyüşə belə sərt reaksiya verməsini ilk öncə anlamadım. Ancaq sonra bəlli oldu ki, Zidanın həqiqətən də bacısı var imiş. Təbii ki, burada Zidan məni vurmaqda haqlı idi. Ana söyüşünə gəldikdə isə mən bu kəlməni heç kəsə qarşı işlətmirəm". |
Qazandığı uğurları
FIFA Dünya Kuboku
Çempionluq: 1998
Qatıldıqları: 1998, 2002, 2006
Avropa Futbol Çempionatı
Çempionluq: 2000
Qatıldıqları: 1996, 2000, 2004
“Yuventus” ilə
UEFA Super Kubok: 1996
Qitələrarası Kubok: 1996
Serie A Çempionluğu: 1996/1997, 1997 / 1998
İtaliya Super Kuboku: 1997
“Real Madrid” ilə
UEFA Çempionlar Liqası: 2001/2002
Qitələrarası Kubok: 2002
La Liga Çempionluğu: 2002/2003
UEFA Super Kubok: 2002
İspaniya Super Kuboku: 2001, 2003
Şəxsi Uğurlar
FİFA Dünyada İlin Futbolçusu Mükafatı: 1998, 2000, 2003
Avropada İlin Futbolçusu (Ballon d’Or): 1998
Qızıl Top: 2006
Şəxsi məlumatları | |||
---|---|---|---|
Tam adı | Zinedine Yazid Zidane | ||
Doğum tarixi | 23 iyun 1972 | ||
Doğum yeri | Marsel, Fransa | ||
Boyu | 1,85 m | ||
Amplua | Yarımmüdafiə | ||
Klub kariyerası | |||
Klubu | Real Madrid | ||
Gənclik kariyerası | |||
1982-1983 | Saint-Henri | ||
1983-1986 | Septèmes-les-Vallons | ||
1986-1989 | Kann | ||
Peşəkar kariyerası | |||
İllər | komanda | Matç | (Qol) |
1989-1992 | Kann | 61 | (6) |
1992-1996 | Bordo | 139 | (28) |
1996-2001 | Yuventus | 151 | (24) |
2001-2006 | Real Madrid | 155 | (37) |
Toplam | 506 | (95) | |
Millî komanda kariyerası | |||
1988-1989 | Fransa U-17 | 4 | (1) |
1989-1990 | Fransa U-18 | 6 | (0) |
1990-1994 | Fransa U-21 | 20 | (3) |
1994-2006 | Fransa | 108 | (31) |
Məşqçilik kariyerası | |||
2013-2014 | Real Madrid (Köməkçi məşqçi) | ||
2014-2016 | Real Madrid Castilla | ||
2016- | Real Madrid |