Şah Abbasın həyatı

Şah Abbasın həyatı

Şah Məhəmməd Xudabəndə hakimiyyətinin son dövrü və I Şah Abbasın hakimiyyətə gətirilməsi

XVI əsrin son rübündə Şah İsmayılın yaratdığı və Osmanlı imperiyasının sərhədlərindən Hindistanaqədər uzanan böyük Səfəvi dövləti ağır böhran içində idi. Taxt-tac kor, iradəsiz və zəif xarakterli Şah Məhəmməd Xudabəndənin əlində idi.Dövlətə faktiki rəhbərliyi onun arvadı Məhdi Ülya ləqəbli Xeyrənnisa bəyim və oğlu, osmanlılar üzərində bir sıra parlaq qələbələr qazanmış bacarıqlı sərkərdə Həmzə Mirzə edirlər. Onlar demək olar ki, tam müstəqil olan və bir-birləri ilə daima qanlı düşmənçilik yeridən əmirlərin – qızılbaş tayfaları başçılarının üzərində özlərinin mərkəzi idarəçiliklərini qurmaq üçün uğursuz siyasət yeridirlər.

Xəzinə talanmış, xalq soyulmuşdu.Ölkədə vəziyyətin ağırlığından istifadə edən Osmanlı imperiyası və Krım tatarları tez-tez Şirvan və Azərbaycan üzərinə yürüşlər edirlər.Aparıcı qızılbaş əmirləri ilə Məhdi Ülya arasındakı münasibətlərin gərginləşməsi də qüvvələri müdaxiləçilərə qarşı səfərbər etməyə maneçilik törədirdi. Şahın xanımını türk əmirlərinin hüquqlarını tapdamaqda və rəhbər vəzifələrə fars əyanlarını irəli çəkməkdə ittiham edirlər.Nəhayət, zara gələn əmirlər sui-qəsd təşkil edərək, Məhdi Ülya və onun anasını elə hərəmxanada qətlə yetirir  və yenidən ölkənin tamhüquqlu sahiblərinə çevrilirlər.

Bu zaman Xorasanda da sabitlik pozulur. Şah Məhəmməd Xudabəndə oğlu Abbas Mirzənin tərbiyəçisi və Xorasan hakimi Əliqulu xan Şamlını Herat hakimi təyin etmişdi. Səfəvi dövlətindəki qarışıqlıqdan istifadə edən Əliqulu xan Qəzvindəyerləşən mərkəzi hakimiyyətə tabe olmaqdan imtina edir.Üsyançılar Əliqulu xan Şamlını özlərinin başçısı – "xanlar xanı" elan edirlər. Bundan sonra 1581-ci ildə Xorasan əmirləri şahzadə Abbası şah elan edirlər . Onun müttəfiqləri Mürşüdqulu xan Ustaclı və Qubad xan Qacar idi Sonradan əvvələr müttəfiq olan Şamlı və Ustaclı tayfaları arasında mübarizə kəskinləşir və Mürşüdqulu xan Ustaclı bu mübarizədən qalib çıxır.

Bu vaxt Qəzvin faktiki hökmranlıq Həmzə Mirzənin əlində idi. O, Osmanlı türklərinin və Krım tatarlarınında bir neçə hücumunu dəf etmişdi. 1585-ci ildə osmanlılar Təbrizi ələ keçirirlər. Şəhərdəki binaları, məscidləri, sarayları yerlə-yeksan edir, əhalini süngüdən keçirirlər. Çiçəklənən Təbriz Yaxın Şərqdə özünə tay-bərabər tanımayan bir ictimai-mədəni mərkəzdən ölü şəhərə çevrilir.

Həmzə Mirzənin siyasətindən narazı qalan qızılbaş sərkərdələri ona sui-qəsd hazırlayıb, Xoydan olan bir erməninin əli ilə Həmzəni aradan götürürlər. Bu hadisə 10 dekabr 1586-cı ildə, Gəncə yaxınlığında, böyük Azərbaycan şairi Nizaminin indiki məqbərəsi yerləşən ərazidə osmanlılarla aparılan sülh danışıqları zamanı baş verir. Şahzadənin ölümündən və saraydakı başıpozuqluqdan istifadə eləyən osmanlılar hücumlarını genişləndirərək, az qala bütün Azərbaycanı işğal edirlər. Eyni zamanda özbəklər də Xorasan üzərinə yeriyirlər və Şah Məhəmməd Xudabəndə 1587-ci ildə Qəzvinə daxil olan Abbas Mirzə oktyabr ayının 3-də şah elan olunur

Şah Abbasın həyatı

Şah I Mehdi 1571-ci il yanvarın 29-da Heratda doğulmuşdu. Atası, şahzadə Məhəmməd Xudabəndə və anası Mazandaran valisi Mir Abdulla xanın qızı "Məhd-i ülya" kimi tanınan Xeyrənnisa Bəyimin üçüncü oğlu idi. 1573-cü ildə atası şahzadə Məhəmməd Mirzə Şiraza vali təyin edildiyi üçün yaş yarımlıq Abbas Mirzə Herat valisi seçildi və Şahqulu Sultan Ustaclı onun lələsi təyin olundu. Uşaqlıq illərini Heratda keçirən Abbas Mirzənin ata və anası Şirazda olduğu üçün onun tərbiyəsi ilə bilavasitə lələsi məşğul olurdu.

1578-ci ildə atası Məhəmməd Xudabəndə şah seçilən zaman Abbas Mirzə Herat valisi kimi vəzifəsini davam etdirdi. 1581-ci ildə Xorasanda olan Ustaclı və Şamlı əmirləri Əliqulu xan Şamlını xanlar xanı seçərək Abbas Mirzəni şah elan etdilər. Lakin Məşhəd hakimi Mürşüdqulu xan Ustaclı ilə döyüşdə Əliqulu xan məğlub edildi, Abbas Mirzə isə Mürşiqdqulu xan tərəfindən ələ keçirilərək 1587-ci ilin oktya­brında Qəzvinin Cehelsütun sarayında 16 yaşında Səfəvi taxt-tacına əyləşdirildi.

Daxili problemləri həll etmək üçün vaxt qazanmaq məqsədilə osmanlılarla danışıqlara başlayan Şah Abbas 1590-cı ildə İstanbul sülhünü imzalayaraq Azərbaycanın əksər torpaqları və Səfəvilərə məxsus Gürcüstan ərazisi Osmanlılara verdi.

Səfəvi dövlətini düşmüş olduğu çətin vəziyyətdən qurtarmaq üçün Şah I Abbas üç mühüm vəzifəni həll etməli idi: İlk növbədə ölkədə daxili iğtişaşlara son qoyaraq nizam-intizam bərpa edilməli, maliyyə vəziyyətini yaxşılaşdıraraq güclü nizami ordu yaradılmalı və dövlətin itirilmiş ərazi bütövlüyü bərpa edilməli idi.

1601-1602-ci illər də Səfəvi şahı portuqallara qarşı hərbi əməliyyatlara başladı və İran körfəzinə çıxışları olan qalalar və Bəhreyn adaları ələ keçirildi.

Şah I Abbas dövlətinin tarixi sər­həd­lərini bərpa etmək, xüsusilə dövlət üçün böyük iq­ti­sadi əhəmiyyəti olan Azər­baycan ərazisini Osmanlı işğalından azad etmək üçün müha­ribəyə ciddi hazırlıq gördü. Onun keçirdiyi bütün islahatlar Osmanlı dövlətinin məğlub edil­məsi si­ya­səti ilə sıx bağlı olmuşdu. 1603-1607-ci illər Səfəvi-Osmanlı mü­ha­ribə­sin­də Səfə­vi­lərin Osmanlı ordusu üzərində qazandığı qələbələr nəticəsində Azər­baycan əra­zisi işğaldan tama­milə azad olundu. Osmanlı sultanı I Əh­məd və I Mustafanın itirilmiş əraziləri geri almaq məqsədilə Səfəvi dövlətinə qarşı baş­ladığı yeni mü­ha­ribələr uğursuzluqla sona yetdi. Şah I Abbas Os­manlı işğa­lından azad edilmiş əraziləri Səfəvi imperiyasının tərkibində saxlamağa nail ol­du. Osmanlı dövləti ilə imzalanmış İstanbul (1612) və Mərənd (1618) sülhlərinə görə Osmanlı sultanı Amasya sülhünün (1555) şərtlərinin bərpasına razı oldu.

1622-ci ildə Şah I Abbas tərəfindən Qəndəhar bölgəsi Moğollardan, Hörmüz isə Portu­qaliyadan geri alındı. 1624-cü ildə Bağdadın Qızılbaş ordusu tərəfindən ələ keçirilməsi ilə Səfəvi imperiyasının keçmiş sərhədləri bərpa edildi. Şah I Abbas 1626-1629-cu illərdə Osmanlı dövləti ilə apardığı müharibədə mühüm uğur qaza­naraq Ərəb İraqını öz əlində saxlamağa nail oldu.

Görkəmli Səfəvi hökmdarı 1629-cu il yanvarın 19-da Fərahabadda vəfat etmiş və Kaşanda dəfn olunmuşdur.

Şah Abbasın həyata keçirdiyi islahatlar

Şah Abbasın Qızılbaş əyanları ilə keçirdiyi ilk müşavirə göstərdi ki, ölkəni məhv olmaq təhlükəsindən qurtarmaq üçün güclü ordu yaradılmalı, ölkədə sabitlik bərpa edilməlidir. Buna nail olmaq üçün islahatlar keçirilməli, iqtisadiyyatın tərəqqisinə xüsusi diqqət verilməlidir. Hatəm bəy Ordubadi ilə birlikdə islahatlar planı hazırlayan Şah I Abbas onları həyata keçirməyə başladı. Şah I Abbas daxili problemləri həll etmək üçün vaxt qazanmaq məqsədilə osmanlılarla danışıqlara başladı. 1590-cı ildə tərəflər arasında imzalanan İstanbul sülhünün şərtləri Səfəvilər üçün çox ağır oldu: Azərbaycanın əksər torpaqları və Səfəvilərə məxsus Gürcüstan ərazisi Osmanlılara verildi.

1593-cü ildə ilk dəfə təntənəli şəkildə Ərdəbilə gələrək Qızılbaşların nəzarətində qalan Azərbaycan vilayətləri – Zəncan, Xalxal, Ərdəbil, Qaracadağ, Talış, Qızılağac, Lənkəran, Qızılüzən və Kür çayları arasında yerləşən geniş ərazi vahid Azərbaycan bəylərbəyiliyində birləşdirildi. Bu bəylərbəyiliyə Zülfüqar xan və Fərhad xan Qaramanlı qardaşları növbə ilə başçılıq etdilər. 1595-ci ilə qədər bəylərbəyiliyin qoşununun sayı 10 minə çatdırıldı və "Azərbaycan qoşunu" adlandı. Beləliklə, Şah I Abbas Azərbaycanın bütövlüyünü, qızılbaşların himayəsindəki ərazidə onun "vüqarlı adını qorudu, onun Səfəvilər dövlətinə mənsub olması fikrini sönməyə qoymadı".

Səfəvi dövlətini düşmüş olduğu çətin vəziyyətdən qurtarmaq üçün Şah I Abbas üç mühüm vəzifəni həll etməli idi: İlk növbədə ölkədə daxili iğtişaşlara son qoyaraq nizam-intizam bərpa edilməli, maliyyə vəziyyətini yaxşılaşdıraraq güclü nizami ordu yaradılmalı və dövlətin itirilmiş ərazi bütövlüyü bərpa edilməli idi.

Şah I Abbas dövlətin maliyyə vəziyyətini yaxşılaşdırmaq məqsədilə yüksək dövlət vəzifələrinə irəli çəkilən bütün şəxslərdən peşkəş adı ilə xəzinəyə müəyyən məbləğ verilməsini tələb etdi. Etimadüd-dövlə (baş vəzir) təyin olunmuş və sonralar böyük dövlət xadimi kimi şöhrət qazanmış Hatəm bəy Ordubadi dövlət mədaxili və məxaricinin siyahısını tərtib etməyə başladı. Bu siyahı, İskəndər Münşinin dediyinə görə, onun xələfləri dövründə başa çatdırıldı və ali hakim dəftər­xa­nasının qayda-qanununa çevrildi.

1598-ci ildə Səfəvi şahı dövlətin paytaxtını cəbhə bölgəsinə yaxın olan Qəzvindən İsfahana köçürdü. Bu dövlətin mərkəzi vilayətlərinin inkişafı üçün zəmin yaratdı.

Şah Abbasın həyata keçirdiyi islahatlar nəticəsində ölkə daxilində siyasi sabitlik bərpa edildi. Daxili sabitliyin yaranması sosial-iqtisadi və inzibati islahatlar keçirməyə imkan verdi. Keçirilmiş maliyyə tədbirləri dövlətin xəzinəsini zənginləşdirdi, məhsuldar qüvvələr canlandı. Səfəvi dövləti sosial-iqtisadi və siyasi cəhətdən xeyli möhkəmləndi. Həyata keçirilən hərbi islahatlar nəticəsində Qızılbaşlardan, qulamlardan, tüfəngçilərdən və artilleriyadan ibarət müxtəlif dərəcəli qoşun növləri təşkil olundu. Hərbi-köçəri qızılbaş əyanlarının müqaviməti qırıldı. Azərbaycan türk­lərindən ibarət qızılbaş süvari dəstələri yenidən bərpa edildi. Nəticədə odlu silahlarla təchiz edilmiş 116 minlik güclü nizami ordu yaradıldı

Şah Abbasın xarici siyasəti

Ulu babası Şah İsmayılın xarici siyasət xəttinə sadiq qalan Şah I Abbas fəal xarici siyasət yürüdərək Avropa ölkələri və Rusiya ilə ticarət əlaqələrini genişləndirməklə yanaşı, itirilmiş əraziləri geri qaytarmağa lazımi köməklik göstərmələri üçün Qərb dövlətləri ilə hərbi-siyasi danışıqları gücləndirdi. O, Venesiya, Almaniya, İspaniya, Roma papası, İngiltərə və Moskva knyazlığı ilə diplomatik əlaqələr yaratmaq məqsədilə danışıqlara başladı. Almaniya və İspaniya hökmdarları Osmanlı dövlətinə qarşı başla­nacaq müharibədə Səfəviləri dəstəkləyəcəklərini vəd etdilər.

XVI əsrin sonunda Şah Abbas fəal xarici siyasət yürütməyə başladı. Bu dövrdə Səfəvilər dövlətinin xarici siyasətini üç əsas istiqamət təşkil edirdi: öz şimal-şərq sərhədlərinin təhlükəsizliyini təmin etmək üçün Şeybanilər dövlətinindən Xorasanı geri almaq; 1578-1590-cı illər müharibəsi nəticəsində Osmanlı imperiyası tərəfindən işğal olunmuş Səfəvi torpaqlarını geri almaq; Fars körfəzində Portuqaliyanın hegemoniyasına son qoymaq və Hind okeanına çıxış əldə etmək. Bu məqsədlərin birincisindən başlayan Şah Abbas Şeybaniləri məğlub edib /29.VII. 1599/ Xorasanı yenidən Səfəvilər dövlətinə birləşdirdi.

Ağqoyunlu və Səfəvi dövlətlərinin tarixində Uzun Həsəndən sonra məhz Şah Abbasın dövründə Qərb ölkələri ilə ən sıx əlaqələr yaradılmışdır. Bu zaman Səfəvi-Avropa münasibətləri yeni, əvvəlki dövrlərlə müqayisə olunmayacaq miqyasda idilər. Qərb mənbələrində Şah Abbasın səfirlərinin Venesiya Respublikasının, Papalıq və digər İtaliyan dövlətlərinin sayarlarında, eləcə də Almaniya, İspaniya, İngiltərə, Hollandiya Respublikası, hətta İsveç və Norveç və digər Avropa ölkələrində diplomatik danışıqlar apardıqları barədə maraqlı məlumatlar vardır. Qərb ölkələrinə ezam olunan Səfəvi diplomatlara tapşırılırdı ki, iki əsas məsələ ilə məşğul olsunlar: birincisi, Avropa ölkələri ilə ticarət əlaqələrinin genişləndirilməsi haqqında müqavilələrin imzalanması, ölkənin əsas sərvətini təşkil edən xam ipəyin əlverişli şərtlərlə ixracını təmin etmək və ikincisi, Avropada anti-türk koalisiyasını yaratmaq.

Mənbə. Wikipedia.com

568 Views