Eynşteyn (Video Belgesel)

Eynşteyn (Video Belgesel)

Eynşteyn uşaqlıqda heç də istadadlı uşaq olmayıb. Hamıya o, inkişafdan qalmış kimi görünürdü, çox gec yeriyib, gec də dil açmışdı. 7 yaşına qədər Albert kiçik frazalardan başqa heç nə danışa bilmirdi. Hətta 9 yaşında da o, səlist danışa bilmirdi. Yalnız 10 yaşından sonra Albertin intellekti və xasiyəti formalaşmağa başlayır. Katolik məktəbə oxumağa verilmiş Albert oxumağa biganə qaldı. Gələcək alimin qiyməti 3-lə 4 arası idi. Uşaqlar hər səhər yürüşə düzülürdü. Bura məktəbdən daha çox kazarmaya bənzəyirdi. Münhen gimnaziyasında olarkən o artıq bilirdi ki, hansı elmlərə diqqət vermək lazımdır. Fizika və riyaziyyatdan göstəriciləri orta idi, qalan dərslərə isə hes fikir vermək fikri yoxuydu. Təkcə ingilis dilində esselər yazmaq ona ləzzət verirdi. Ailəsi maddi durumunu tarazlaşdırmaqçün Milana köçəndə tək qaldığı 6 ay ərzində Albert qəti qərara gəlmişdi. Milana gələn kimi o, valideynlərinə elan elədi ki, Münxen məktəbini atıb heç imtahanlara da getməyəcək və yəhudi icmasıyla əlaqəsini üzəcək. Ən vacibi isə alman vətəndaşlığından imtina eləyib üzərinə qoyulmuş hərbi mükəllifiyyətdən canını qurtaracaq. Sürix Politexnik institutuna mühəndis elektrik fakultəsinə imtahan vermiş Eynşteyn imtahandan kəsilir. Növbəti dəfə yəni bir ildən sonra Sürexin pedaqoji fakultəsinə daxil ola bilir. İnstitutu bitirəndən sonra Eynşteyn birtəhər diplom ala bilsə də işsiz qalır. Bir-iki dəfə o, müvəqqəti müəllim işinə düzəlir. Eynşteynin geyməyə bircə köhnə kostyumu vardı, yeməyə isə çox qənaətlə xərcləməli olurdu. Bəzən günlərlə ac qalmalı da olurdu. O vaxtlar yeməməzlikdən qara ciyərinə zərər toxunur ki, bu xəstəlik ömrü doyu onu incidir. Dahi fizik 7 il ərzində bu bürada başqalarının kəşflərinə patent yazmaqla gündəlik çörəyini qazanıb. Vaxtın çoxluğu paralel olaraq fizika ilə məşğul olmağa imkan verirdi.

Eynşteynin şöhrət dənizində

Sürixdə təhsil zamanı Eynşteyn serb Mileviç Mariklə yaxınlaqır. Birinci arvadı ondan 4 yaş böyük. Az keçmiş onların nigahdan kənar qızı olur. Eynşteyn hesab eləyirdi ki, qanundan kənar doğulmuş uşaq onun karyerasına zərrə yetirə bilər. Ona görə uşağı evdən uzaqlaşdırırlar. Daha bir il sonra Eynşteyn və Mileviç hər iki ailənin etirazına baxmayaraq evlənir. Büroda işləyə-işləyə «Fizika salnamısi» jurnalında 5 məqaləsini çap eləyir. Onlardan üçünü fizika tarixində dahi hadisə sayırlar. Fotoelektoron effekti haqqında məqaləsi isə 16 ildən sonra Nobel mükafatına layiq görülür. Sonra doğulan iki oğlanları birinci qızdan fərqli olaraq ailədə sevgi əhatəsində böyüyür. Onlar Berlinə köçəndən sonra da Mileva adəti üzrə onu qısqanmaqda davam eləyirdi. Düzün desək onun şübhələri əsassız da deyildi. Eynşteynin cavan qızlara olan xüsusi münasibətini hamı bilirdi. Hələ evliykən Eynşteyn öz qohumlarından olan Elza Livental ilə yaxınlaşır. Eynşteyn xəstələnəndə məhz kuzina Elza onun yatağının yanında keşik çəkirdi. Eynşteynin xəstəliyi onları yaxınlaşdırdı və Mileva ilə boşanan kimi onlar evləndilər. Albert Eynşteyn söz verdiyi kimi Nobel mükafatından aldığı pulu keçmiş arvadı və otlanlarına verdi. Boşanmadan bir neçə ay sonra onun bütün dünya tanıdı. Qəribəsi odur ki, Eynşteyn onun kəşflərindən tamamilə baş çıxarmayan insanların arasında məşhur idi. Məşhurluğunun səbəbi isə İngiltərə və Amerikanın jurnalistləri idi. Müharibədən bezmiş mətbuat tamam fərqli şeylərdən yazmaq istəyirdi. Ona görə nisbilik nəzəriyyəsi ictimai sensasiyaya çevrildi. Hamı bu kəşfi eləyən insanla tanışlığa can atırdı. Amma alim stereotipi əvəzində onlar axmaq zarafatları və hoqqabazlığı ilə seçilən pırtlaşıq saçlı insanı gördülər. Eynşteyn qəribə xorizmi vardı, harda olmasından asılı olmayaraq diqqət mərkəzində olurdu, xüsusilə də qadınların diqqətində. Onlar nədənsə hamı nisbilik nəzəriyyəsinin izahını alimin öz dilindən eşitmək istəyirdi. Eynşteyn şöhrət dənizində üzürdü.

Alim və cəsus qadın-Маргарита Коненкова

Elzanın ölümündən bir il əvvəl Eynşteynin həyatında növbəti sevgi əhvalatından fərqlənən bir qadın əmələ gəldi. 10 ildən artıq sürmüş bu sevgi macərasının detalları son illərdə MTN gizli aktları ortaya çıxardılanda aşkarlandı. Burda alimin SSRİ xüsusi orqanlarıyla əməkdaşlığının faktları açıqlanırdı. Sənədlər arasında Eynşteynin sevgilisinə həsr elədiyi sevgi soneti də vardı. Eynşteyn sevgilisinin xətrinə xüsusi orqanlarla əməkdaşlığa razılıq vermişdi. Onlar Nyu-Yorkda görüşmüşdü. Məşhur heykəltaraş Sergey Konenkov Eynşteynin büstünü hazırlamalıydı. Heykəltaraşın arvadı Marqarita Konenkova ilə ilk görüşdən alimin ağlını başından almışdı. Onda Eynşteynin 56, Marqaritanın 39 yaşı vardı. MTN zabitləri Marqaritanın səviyyəli xəfiyyə kimi yüksək qiymətləndirirdilər. Kəşfiyyatın əsas məqsədi yeni yaranan nüvə silahı yaradanların adlarını öyrənmək idi. Marqarita Konenkova Eynşteyn vasitəsilə bu mövzuda çoxlu informasiya əldə eləyə bilmişdi. Elza rəhmətə gedən kimi Marqaritə dahi alimin yanıdakı boş yeri həmən doldurdu. Onlar otaqlarını quş yuvası adlandırır, bir-birinə hədiyyə elədiklərini ümumi sayaraq «Almar» adlandırırdılar (Hər ikisinin adının ilk hecası). Almar döşəyi, Almar kreslosu, Almar qəlyanı da vardı. Marqarita hərdənbir alimin pırpız saçlarını yuyub səliqəyə salırdı. Marqarita gedəndən sonra Eynşteyn bu işin öhdəsindən heç cür gələ bilmirdi: «Başımı yumağa cəhd elədim, amma deyim ki, alınmadı. Axı mən sənin kimi səliqəli və təcrübəli deyiləm. Sən gedəni yuvamız yetim qalıb». Eynşteynlə arvadının artan münasibətlərindən xəbər tutandan sonra əri adətinə xələf çıxıb evdə böyük bir skandal düzəltdi. Amma Marqarita SSRİ-yə köçənə qədər Eynşteynlə gizli görüşlərinin arasını kəsmədi. Marqarita nüvə silahı üzrə məlumat toplayırdı, onun arxivində Oppenqeymlə – nüvə silahının «atası» ilə şəkli də vardı. Eynşteyn hər şeyi bilir və Marqaritaya acıyırdı, SSRİ-ni «sənin kobudlaşmış vətənin» adlandırırdı. Sevgililər sonrakı 10 ili məktublarda yaşayıblar. Eynşteynin məktubları qüssəli və kədərli olurdu… Eynşteynin və ərinin ölümündən sonra Marqarita otağından çıxmayaraq türmədəki kimi yaşayıb yeməməzlikdən ölmüşdü.

«Elm dinsiz çolaqdır, din elmsiz kordur»

1921-ci ildə Eynşteyn Nyu-York ravvini Gerbert Qoldşteyndən teleqram aldı: «Allaha inanırsınızmı. Nöqtə. 50 sözlük ödənilmiş cavab». Eynşteyn cəmi 24 sözlə cavab verdi: «Mən insan taleləri və hərəkətlərini idarə edən tanrıdansa Spinozanın tanrısına inanmaq istərdim. O tanrı ki, bütün varlıqların mahiyyətində dayanır». Artıq 12 yaşından bəri Eynşteyn o qədər tez-tez «tanrı» kəlməsini işlədirdi ki, hamı çaş-baş qalırdı. Əslində isə bu sözün arxasında tamam başqa fikir dayanırdı: «Mən şəxsləndirilmiş tanrıya inanmıram. Məndə dini adlandırmaq mümkün olan nəsə varsa o da dünyanın quruluşuna sonsuz heyranlıq hissidir. Mənimçün tanrı insan zəifliyinin yığını, İncil isə hörmətli, amma primitiv əfsanələr toplusudur. Bunun ən gözəl təfsiri də məni fikrimdən döndərə bilməz». O hesab eləiyrdi ki, Kainatdakı səliqə öz-özünə yarana bilməzdi. Eynşteyn hesab edirdi ki, təbiəti öyrənən hər kəsdə dini sitayişə bənzər hisslər yaranmalıdır. Ona görə də elm insanı dinə gətirir.

«Dördüncü dünya savaşı olarsa bu müharibə dəyənək və daşlarla aparılıcaq»

Hitler Almaniyanın kansleri olanda Eynşteyn artıq ölkədə yoxuydu. O, anlayırdı ki, Almaniyaya qayıtsa faşistlər onu öldürəcək. 1930-cu ildən sonra Eynşteyn Kaliforniyaya köçür və Hitlerin hakimiyyəti vaxtı alman torpaqlarına ayaq da basmır. 1933-cü ildə isə Prussiya elmlər Akademiyasından və vətəndaşlıqdan imtina elədiyini də elan eləyir. Alman vətəndaşlığından imtinadan sonra nisbilik nəzəriyyəsi almaniyada «fizikada yəhudi sui-qəsdi» adlanırdı. ABŞ-da olduğu illərdə Eynşteyn imkanı daxilində alman antifaşistlərinə kömək eləyirdi. O narahat idi ki, alman alimləri nüvənin bölünməsi təcrübələrinin uğurla başa vursalar Hitler nüvə silahına sahib ola bilər. Dünyanın taleyindən narahat olan Eynşteyn Ruzveldə məşhur məktubunu yazır. Bu məktubda o, nüvə silahı yaratmaq xahişini əsaslandırmışdı. Amma müharibə bitən kimi Eynşteyn tərki silah cərəyanına qoşularaq kütləvi məhvetmə silahlarının yığışdırılması və sülh uğlrulda mübarizəyə qoşuldu. Sonralar Eynşteyn bu məktubuna görə çox peşmanlıq hissi keçirib: «Bilsəydim ki, almanlar nüvə silahını yaratmağa çatmayacaqlar, onada heç barmağımı da tərpətməzdim».

Hər bir insan dünyaya ondan götürdüyü qədər qaytarmalıdır

Universitetlər onu sıralarında görməkçün mübarizə eləyir, dünya alimləri ondan məsləhətlər alır, müxtəlif fondlar və təşkilatlar onun dəstəyi və köməyi uğrunda mübarizə aparırdılar. Eynşteyn dahi alim təsəvvürlərinə sadiq qalaraq elmdən kənarda yalnız iki ideyaya pasifizm və sionizm ideyalarına sadiq idi. Eynşteyn bəzən homoseksualistləri dəstəkləyir və sodomitlərə qarşı qanunun ləğvini tələb edən sənəddə öz imzasını da atmışdı. 1952-ci ildə İsrailin ilk prezidentinin ölmündən sonra Eynşteynə prezident olmaq təklifi də edilib. Amma Eynşteyn imtina edərək bu vəzifəyə layiq olmadığını bildirib. Albert Eynşteyn demokratik sosialist, humanist, pisifist və antifaşist olsa da SSRİ-də Stalin rejimini qəbul eləmirdi. Hər cür nasionalizmi qəbul etmir onu «bəşəriyyətin qızılça xəstəliyi» adlandırırdı. Eynşteyn eləcə də Amerikanın qaradərili insanlarının vətəndaşlıq hüquqları uğrunda mübarizəsini aktiv şəkildə dəstəkləyirdi. Solçu meyllərinə görə «etibarsız» sayılan Eynşteynin FBR-dəki dosyesi 1427 səhifəyə çatmışdı.

Multiplikatorların çin olmuş arzuları

Albert Eynşteynin zahiri görünüşü – pırtlaşıq saçlı, sadə sviterdə və son dərəcə unutqan – «divanə alim» obrazının yaranmasına təkan verib. Özü haqqında bəzən deyərdi ki, «öz pırpız saçlarıyla daha çox məşhurdur». «Tayms» jurnalı Eynşteyni «miltiplikatorların çin olmuş arzuları» adlandırıb. Hazırda Eynşteynin adı ticarət markası sayılır. Çünki Eynşteyn öz varidatını (həmçinin onun rəsmlərinin istifadəsini) Yerusəlimdəki Yəhudi Universitetinə vəsiyyət eləyib və «Albert Eynşteyn» brendi ticarət markası kimi qeydiyyatdan keçib. 6 yaşından skripka çalan Eynşteynin musiqiyə olan marağı ömrünün sonuna kimi alimlə bərabər sürür. Eynşteyn hətta riyaziyaatçı, rolis, hüquqşünas və kitab cildləyicisi ilə birlikdə kvintetdə ifa eləyib. Sabahı gün qəzetlərdə dahi musiqiçi, əvəzsiz skripkaçı Eynşteyn haqqında resenziya çıxmışdı. Eynşteyn məqaləni cibində cəzdirir və «Siz elə bilirsiz mən aliməm? Xeyr, mən əslində məşhur skripkaçıyam» deyib zarafat eləyəndi. Eynşteyn və bəstəkar Hans Eysler bir məclisə düşürlər. Ev sahibi bilirmiş ki, Eynşteyn skripkada yaxşı çalır və ondan xahiş edirlər ki, Eyslerlə birgə nəsə ifa eləsinlər. Eysler bir neçə dəfə yenidən girişi ifa eləsə də Eynşteyn xanənin lazımlı yerində daxil ola bilmir. Axırda Eysler royalın arxasından qalxıb deyir: «Heç cür anlaya bilmirəm ki, üçə qədər saya bilməyən adamı bütün dünya necə dahi hesab eləyə bilər!».

«Mən iki müharibə, iki arvad və Hitleri görüb hələ də sağ qalmışam»

Son illəri Eynşteyn xəstəliklərindən əziyyət çəksə də sakit və üzügülər adam kimi yaşayırdı. Ölüm gələndə isə «Mən yer üzündə öz vəzifəmi yerinə yetirmişəm» deyərək həyatını peşmanlıqsız başa vurdu. Eynşteyn 76 yaşında vəfat eləyib. Şəxsiyyətə pərəstişin heç bir formasnı qəbul etməyən alim təntənəli dəfn mərasimlərini də məqbul saymırdı. Ona görə də o vəsiyyət eləmişdi ki, dəfn olunduğu yer gizli qalsın ki, insanlar oranı məbədə çevirə bilməsinlər. Onun dəfnində 12 nəfər ən yaxın adamı iştirak eləyirdi. Meyiti yadırılandan sonra külünü küləyə sovurmağı da Eynşteyn özü arzulamışdı. Aforizmlər: • Tanrı bicdir amma qərəzli deyil. • Yalnız başqalarıyçün yaşanan ömür layiqli sayıla bilər. • Xoşbəxt həyat yaşamaq istəyirsizsə əşyalara yox, ideyaya bağlanın. • İki şeyin — Kainat və insan axmaqlığının sonu yoxdur. Amma Kainata gəlincə o qədər də əmin deyiləm. • İnsanın əsil qiyməti eqoizmindən necə və hansı üsullarla canını qurtarmasındadır. • Riyaziyyat özünü aldatmağın ən kamil yoludur. • Avtoritetlərə qarşı nifrətimin cəzası kimi tale mənim özümü avtoritet elədi. Lətifələr Bir dəfə Eynşteyndən soruşurlar ki, qadına münasibəti necədir? O- o! deyərək Eynşteyn nisbilik nəzəriyyəsini kəşf elədi. *** Görüşlərin birində bir qadın rəfiqələrinə öz biliyini nümayiş eitdirmək məqsədilə Eynşteynə sual vermək qərarına gəlir: — Siz mənə zaman və əbədiyyət arasında fərqi izah edə bilərsinizmi? Eynşteyn: — Bilirsinizmi, mənim sizə bunu izah eləməyə zamanım yetsəydi belə sizə bunu anlamaqçün əbədiyyət gərək olardı. Müəllif: Gülnarə Rəfiq gulnarerefiq@gmail.com Mənbə: Bizim Yol qəzeti Bizim Mənbəmiz. kayzen.az https://youtu.be/3-DQWLQzg9I?t=1  
568 Views