Rezyume (CV) hazırlamaq
Rezyume (CV,tərcümeyi-hal,iş anketi) şəxsin təhsili, iş təcrübəsi və peşəkar bacarıqları haqqında məlumatların sistemli xülasəsidir. Rezyume reklamın bir formasıdır və onun məqsədi sizin müsahibəyə çağırılmanızı təmin etməkdir. Bu müsahibə müxtəlif mədsədlər üçün keçirilə bilər: yeni işə qəbul olmaq, karyera pilləsində irəliləmək, peşəkar təşkilata üzvlük əldə etmək, qeyri-hökumət təşkilatının idarə heyyətinə üzv seçilmək və s. Hər bir reklamda olduğu kimi, sizin məqsədiniz diqqəti ən yaxşı xüsusiyyətlərinizə cəlb etmək və zəif tərəflərinizi göstərməməkdir.
Əgər siz əmək bazarındasınızsa, rezyumenizin olması sizi daha məsuliyyətli və hazırlıqlı göstərir. İşlədiyiniz zaman rezyumenizi yeniləməyiniz sizə imkan verir ki, qarşınıza çıxan daha yaxşı iş imkanlarından istifadə edəsiniz. Əgər bir neçə il ərzində iş axtarmamısınızsa, rezyumenizi hazırlamanız sizi gələcək 2-3 il ərzində daha cəlbedici namizəd olmaq üçün nə etməli olduğunuz barədə daha məlumatlı edəcək. Rezyumenin yazılması sizin şəxsiniz ətrafında qurulan bir prosesdir: rezyumedə gözə çarpacaq şəxs Sizsiniz!
İş təklif edən şəxslər öz şirkətlərində gəncləri görmək istəyirlər. Onlara sizin yeniliyiniz və ruh yüksəkliyiniz lazımdır. İş təklif edən şəxslər sizin gördüyünüz işdə maraqlı və məsuliyyətli olmağınızı istəyirlər. Onlar sizdən uyğun iş təcrübəsi istəyirlər, çünki bu sizin məhz bu növ işlə məşğul olmaq istədiyinizi göstərir.
İş təklif edən şəxslər sizdən yolayovuqluq və yaxşı davranış gözləyirlər. Onlar sizin həmkarlarınızla yola getməyinizi və etibarlı əməkdaş olmağınızı istəyirlər. Siz dərk etməlisiniz ki, siz rezyumenizi gələcəkdə sizi işə qəbul edəcək şəxs üçün yazırsız. Məhz bu səbəbdən reymunenizə məhz sizin uyğun namizəd olduğunuzu təsdiq edəcək keyfiyyətləri yazmalısınız.
Format və Üsluba Nəzarət
Yaxşı təəssurat yaratmaq üçün sizin 45 saniyədən də az vaxtınız var. Bu sıradan işə qəbul edən şəsxin hər hansı bir rezyumeni “ola bilər” yaxud “ola bilməz” siyahısına aid etməzdən əvvəl ona sərf etdiyi vaxtdır. Əgər rezyumeniz sərrast deyilsə, çox güman ki, heç kəs onu diqqətlə oxuyub sizin bacarıqlarınızı qiymətləndirməyəcək.
Rezyumenizi keyfiyyətli, məktub ölçülü kağızda çap etməyiniz çox vacibdir. Çalışın ki, rezyumeniz, müraciət məktubunuz və zərfiniz eyni rəngli kağızdan olsunlar. Vərəqin kənarlarında kifayət qədər boş haşiyə saxlayın və fikir verin ki, etdiyiniz düzəlişlər gözəçarpan olmasın. Kursivlə çap etməkdən çəkinin, çünki bu yazının oxunuşunu çətinləşdirir. Əgər kompyuter və ya printerinizin keyfiyyətindən əmin deyilsinizsə, rezyumenizin çapını peşəkarlara həvalə edə bilərsiniz. Rezyumenizin surətini çıxarmaq üçün ofset printer və surətçıxaran maşından istifadə edin.
Görüntü baxımından, sizin əsas məqsədiniz məlumatın asanlıqla yadda qalmasını təmin etməkdir. Başlıqlardan istifadə etməklə mətni hissələrə bölün. Bu başlıqlar diqqəti sizin iş təcrübəsi və təhsil kimi müxtəlif bacarıqlarınıza cəlb etməlidir. Əsas məqamların altından xətt çəkin yaxud onları böyük hərflərlə yazın və olnarı vərəqin sol küncündə yerləşdirin. Ən mühün keyfiyyətlərinizi sadalamaq üçün siyahılardan istifadə edin.
Qaydalara fikir verin. Əmin olun ki, başlıqlar və siyahılar qramatik baxımdan həmcinsdirlər. Qramatika, orfoqrafiya qaydalarından və durğu işarələrindən düzgün istifadə etdiyinizdən əmin olun. Rezyumenizin müsbət təəssurat yaratmaq üçün bir neçə saniyəsi var. Sizin şəxsinizin ön planda olması və oxuyan şəxsin diqqətinin cəlb olunması çox vacibdir. Yazı üslubunuz sadə və birbaşa olmalıdır. Uzun cümlələrin əvəzinə, qısa və konkret cümlələr işlədin.
Bir qayda olaraq, bir səhifəlik rezyume yazmağa çalışın. Əgər sizin həddən artıq böyük təcrübəniz varsa və yüksək səviyyəli işə müraciət edirsinizsə, daha uzun rezyume hazırlaya bilərsiniz. Əsas olan bacarıq və nailiyyətlərinizin inandırıcı və dəqiq təsvirini təqdim etmək üçün kifayət qədər yer ayırmağınızdır.
Məzmunun tərtib olunması
Potensial iş təklif edən şəxslərin çoxu müəyyən məqamların hər bir rezyumedə olmasını gözləyirlər. Bunlardan ən əsası ad, ünvan, təhsil və iş təcrübəsi barədə məlumatdır. Əmin olun ki, rezyumeniz sizin ən güclü tərəflərinizi vurğulayır. Rezyumenizdə nəyi işıqlandırmaq istədiyinizi düşünün. Siz elm sahəsində istedadlısınız? Siz yaxşı komanda rəhbərisiniz? Yaradıcı dahisiniz? Texnika ilə xariqələr yaradırsınız? Əgər hansı cəhətlərinizi göstərmək istədiyinizi müəyyən etsəniz, rezyumenizin hissələrini buna uyğun şəkildə hazırlaya bilərsiz. Güclü tərəflərinizi vurğulamaqla, faktları təhrif etmədən istənilən təəssuratı yarada bilərsiz.
Ad və Ünvan
İş təklif edən şəxsin bilməli olduğu ilk məlumat sizin kim olduğunuz və sizinlə necə əlaqə saxlamağın mümkünlüyüdür. Bu məlumatlara aiddir: sizin adınız, ünvanınız, telefon nömrəniz, elektron ünvanınız. Əgər sizinlə iki ünvan yaxud telefon nömrəsi vasitəsilə əlaqə saxlamaq mümkündürsə, onların hər ikisini qeyd etməlisiniz. Həmçinin, həm iş, həm də ev telefonunuz varsa, onların hər ikisini qeyd edin və hansının ev, hansının iş telefonu olduğunu qeyd edin. Bir çox rezyumelərin başlığı şəxsin vərəqin yuxarı hissəsində, mərkəzdə yerləşən adı və ünvanıdır. Başlıqda Rezyume sözünü yazmağınıza ehtiyac yoxdur. Lakin hər hansı bir konkret işə müraciət edirsinizsə, bunu başlıqda göstərə bilərsiz:
Meri C. Tanakanın Rezyumesi,
PR üzrə Peşəkar Mütəxəsis
Nə cür başlıqdan istifadə etməyinizdən asılı olmayaraq, əmin olun ki, rezyumenin oxucusu sizin kim olduğunuzu və sizinlə necə əlaqə saxlamaq lazım olduğunu dərhal başa düşsün.
Karyera Hədəfləri və Bacarıqların Qısa Xülasəsi
Mütəxəsislər karyera hədəflərinin rezyumedə yerləşdirilməsi barədə yekdil fikir söyləmirlər. Onlardan bəziləri bildirirlər ki, sizin hədəfləriniz bacarıqlarınızın siyahısından aydin olacaq. Onlar həmçinin bildirirlər ki, əgər siz fərqli vakansiyalara müraciət edirsinizsə, bu cür məlumatın yerləşdirilməsi məqsədəuyğun deyil, çünki bu zaman elə görünəcək ki, siz yalnız bir sahə ilə maraqlanırsız. Digər mütəxəsislər isə bildirirlər ki, iş təklif edən şəxslər onsuz da sizi hansısa kateqoriyaya aid edəcəklər. Buna görə də siz əmin olmalısınız ki, onlar sizi düzgün kateqoriyaya aid edirlər. Əgər karyera hədəfinizi qeyd etməyi qərara almısınızsa, görmək istədiyiniz iş barədə mümkün barədə spesifik olun:
- İnsan Resursları üzrə Menecment,
- Reklam üzrə assistent (nəşriyyat sahəsində)
- Rəhbərlik statusu imkanı olan marketinq vəzifəsi
- Ofis üzrə administrator olmaq hədəfi olan katiblikƏgər geniş və fərqli təcrübələriniz varsa, bu zaman hədəflərinizi göstərməklə bərabər, ən güclü tərəflərinizi vurğulamaqla bacarıqlarınızın qısa xülasəsini də verə bilərsiz. Qısa və sadə söz birləşmələrindən istifadə edin:
- ABŞ-ın Coğrafiyasının tədrisində on il təcrübə
- 500 nəfər əməkdaşı olan şirkətin ofisinə cavabdeh olan əlaqələr üzrə operator
-
- İş yerinin adı və yerləşdiyi yer
- Təşkilat nə işlə məşğuldur (əgər adından məlum deyilsə). Əgər siz hazırkı iş yerinizin adını gizli saxlamaq istəyirsinizsə, şirkəriniz adını deyil, fəaliyyət sahəsini qeyd edə bilərsiz yaxud sirkətin adını yazıb lakin ayrica qeyddə yaxud müraciət məktubunda bunun gizli saxlanmasını xahiş edə bilərsiz.
- Vəzifənizin adı, məs. katib, satıcı. Əgər sizin vəzifəniz qabyuyan olubsa, bunu olduğu kimi yazın. Vəzifənizin adını şişirtməklə onu daha vacib göstərməyə çalışmayın.
- İşlədiyiniz müddət – hansı ay/ildən hansı ay/ilə qədər. Hazırki iş yerinizi təsvir edərkən “indiyə qədər” ifadəsindən istifadə edin.
- Tutduğunuz vəzifə, işlədiyiniz şirkət və təşkilat və müddət barədə dürüst olun. Hazırda, iş təklif edən şəxslərin çoxu namizədin tərcümeyi-halındakı məlumatı yoxlayır. Ona görə də göstərdiyiniz hər hansı yalnış məlumat gec-tez üzə çıxacaq.
- Mühüm nailiyyət və töhfələriniz. Hazırki hədəfinizə aid olan işin təsvirinə daha çox yer ayırın. Əgər siz şəxsən nəyəsə cavabdeh olmusunuzsa, bunu mütləq qeyd edin. Mümkün olduğu qədər, nailiyyətlərinizi kəmiyyət şəklində yazmağa çalışın. Məs. “Yeni reklamın hazırlanması nəticəsində satış 9% artmışdır” yaxud “İş saatları cədvəlinin tərtib olunması üçün yeni sistemin planlaşdırılması nəticəsində nəzərəçarpacaq müsbət nəticələr əldə olunmuşdur”.
- Bildiyiniz digər dillər
- Kompüter bilikləriniz
- İşə başlaya biləcəyiniz tarix
- İstinadlarınız
- Xronoloji rezyume
- Funksional rezyume
- Hədəfli rezyume
Rezyume hazırlamağın qaydaları
Məzmun və Üslub Rezyumeni müraciət məktubundan əvvəl hazırlayın və müraciət məktubunu rezyumedə sadaladığınız faktların əsasında yazın. Ən güclü keyfiyyətlərinizi əvvəldə təqdim edin. Uzun cümlələrin əvəzinə qısa söz birləşmələrindən və fellərdən istifadə edin. Fikirlərdən deyil, faktlardan istifadə edin. Çoxlu sayda şəxs əvəzliklərindən istifadə etməkdən çəkinin. Arzuladığınız əmək haqqı, iş və məzuniyyət qrafikini göstərməyin. Əlaqə Saxlamaq üçün Məlumat Adınızı və ünvanınızı başlıq kimi istifadə edin. Adınızı, ünvanınızı, indeksinizi, iş/universitet və ev telefonunuzu göstərin. Karyera Hədəfləri və Bacarıqların Qısa Xülasəsi- Nə etmək istədiyiniz barədə spesifik olun. Əgər bir-birinə aidiyyəti olmayan iki iş bacarırsınızsa, iki ayrı rezyume hazırlayın. Əsas bacarıqlarınızın qısa xülasəsini yazın. Yeni işə başlaya biləcəyiniz ayı, mümkünsə günü qeyd edin.
- Ən sonuncudan başlamaqla bütün aidiyyəti olan təhsil və təlimlərin siyahısını yazın. Orta məktəbdən sonda təhsil aldığınız bütün tədris ocaqlarının adını və yerləşdiyi məkanı, qəbul və məzun olduğunuz tarixi və əldə etdiyiniz elmi dərəcə və şəhadətnaməni qeyd edin. İxtisasınızı qeyd edin. Təhsiliniz zamanın aldığınız qiymətlərin ədədi ortasını qeyd edin. 4 yaxud 5 ballıq sistemdən istifadə edin.
- Ödənişli, könüllü vəzifələriniz və təcrübələriniz də daxil olmaqla bütün iş təcrübələrinizin siyahısını yazın. Ən sonuncudan başlamaqla bütün yarım və tam ştatlı iş təcrübələrinizi qeyd edin. Hər bir vəzifəyə başladığınız və onu tərk etdiyiniz tarixi qeyd edin. İşlədiyiniz təşkilatın yaxud şirkərin adını və yerləşdiyi yeri qeyd edin. Vəzifənizin adını və gördüyünüş işin qısa xülasəsini qeyd edin. İşdə əldə etdiyiniz nailiyyətləri, məsələn mükafatları yaxud təşkilata vaxta və malliyyə vəsaitlərinə qənaət etməyə imkan verən təkliflərinizi qeyd edin.
- Bütün aidiyyəti ödənişsiz fəaliyyətləri: rəhbərlik vəzifələrini, mühüm mükafatları, başqaları ilə əməkdaşlıq edə biləcəyinizi təsdiq edən layihələri, yazılı və natiqlik fəaliyyətinizi və təhsil və peşəkar təşkilatlardakı iştirakınızı qeyd edin. Bir çox hallarda dini və siyasi mənsubiyyətizi göstərməkdən çəkinin.
- Sürətli çap etmək bacarığınız və ana dilinizdən əlavə bildiyiniz dilləri qeyd edin. İstifadə edə bildiyiniz və işdə gərəkli ola biləcək cihaz, avadanlıq və kompyuter proqramlarını qeyd edin.
- Mənfi qəbul oluna biləcək yaxud sizə qarşı ayrıseçkiliyə səbəb olacaq şəxsi məlumatları göstərməkdən çəkinin. Əgər yaşınız təcrübənizin az olduğunu yaxud təqaüdə çıxmaq vaxtınızın yaxınlaşdığını göstərirsə, yaşınızı göstərməkdən çəkinin. Əgər lazımdırsa, hərbi xidmətiniz barədə məlumatı iş təcrübəsi yaxud təhsilinizin bir hissəsi kimi göstərin. İşə aidiyyəti olan maraq və hobbilərinizi sadalayın, xüsusilə axtardığınız iş üçün gərəkli ola biləcək idman, ictimai fəaliyyət, səyahət və digər keyfiyyətlər barədə məlumatları göstərin.