Aqata Kristi əsərləri

Aqata Kristi əsərləri

Dedektiv janrında kitablar sevirsiniz? Əgər cavabınız bəli-dirsə böyük ehtimal onun ən az bir əsərini oxumusunuz. Mən ilk olaraq onunla başladım bu fərqli, adamı maraqdan öldürən kitabları sevməyə. Şərq ekpresində cinayət Bu kitab sirrlərlə doludur. Bir adam qatarda öldürülür və məşhur detektiv onu axtarmağa başlayır. Sonda öyrəndiyiniz qatil isə hər birinizi təəccübləndirəcək. Filmi də var və bəyənmişdim. 5 Balaca donuz balası Karolin Kreyn həbsxanadaykən ölür. O ərini zəhərlənməkdə günahlandırılırdı, ancaq onun artıq böyümüş qızı buna inanmır və detektive müraciət edir. Şübhəli şəxslər var, ancaq əsl qatil kimdir? Mütləq oxuyun!Filmi də var, ancaq izləməmişəm. Trailerindən maraqlı görünür ?   Rocer Erkoydun ölümü Dedektiv artıq təqaüdə ayırılıb və balaca kənddə məskunlaşıb. Rocer onun dostudur və ondan başqa heç kimin detektivin həqiqətindən xəbəri yoxdur. Qəflətən o öldürülür və Rocerin qardaşı qızı ondan kömək istəyir. Görəsən bu yaşlı detektiv qatili tapacaq? Bunun da filmi var və düşünürəm ki, filmləri kitabları oxuduqdan sonra izləməyiniz daha yaxşı olar.
  Məşhur kittablarına misal olaraq baxa bilərik. QARA QƏHVƏ "Qara qəhvə" məşhur detektiv yazar Aqata Kristinin seçilən əsərlərindən biridir. Yazıçı burada artıq təqaüdə çıxmış detektiv Erkül Puaronun iti zəkasının ortaya çıxardığı cinayət işindən bəhs edir. Əsərdə görkəmli fizikin zəhərlənərək öldürülməsindən danışılır. Onun qətlində şübhəli şəxslər çoxdur – oğlundan gəlininədək. Ancaq Erkül Puaro tələsik nəticələr çıxarmır və cinayətin üstünü isti izlərlə aça bilir. Bu zaman o, bir sıra maraqlı fəndlərə əl atır. Yəqin ki, Aqata Kristinin digər əsərləri kimi "Qara qəhvə" əsəri də detektivsevərlərin rəğbətini qazanacaq. QOLF MEYDANÇASINDA QƏTL  Aqata Kristi "Qolf meydançasında qətl" romanında detektiv Erkül Puaro və kapitan Hastinqs daha bir müəmmalı qətl hadisəsinin üstünü açırlar. Qəhrəmanlar olduqca dolaşıq bir məsələnin düyününü açarkən müxtəlif əlavə hadisə və əhvalatlarla qarşılaşmalı olurlar. Əsərdə Hastinqsin eşq macəraları da yer alır. Hadisələr elə gərgin və həyəcanlı axınla davam edir ki, əsəri birnəfəsə oxuyub, bütün bu müəmmaların nə ilə nəticələnəcəyini bilmək istəyirsən. BÖYÜK DÖRDLÜK  Uzun müddətdən bəri Argentinada yaşayan Hastinqs Erkül Puaro ilə görüşmək üçün İngiltərəyə gedir. Ancaq Puaro da Argentinaya hazırlaşır, çünki orada ona istintaq aparmaq üçün yaxşı qonorar təklif ediblər. O, Hastinqsə istintaqın hansısa "Böyük Dördlük" ilə əlaqədar olduğunu xəbər verir. Ancaq gözlənilməz bir hadisə Puaronun səfərini yarımçıq qoyur… Puaro və Hastinqs İngiltərədə çinlilər barədə ən çox məlumatı olan adamın yanına gedirlər. Onlar "Böyük Dördlüyün" beyin mərkəzi olan Li Çanq Yen haqda hər şeyi öyrənmək istəyirlər. Puaro və Hastinqs müəmmalı hadisələr burulğanına düşür, dəfələrlə ölümlə üz-üzə gəlirlər. Cinayətkarlar Hastinqsi aldadaraq, arvadını oğurladıqlarını deyirlər və onu girov saxlayıb, Puaronu aradan götürmək istəyirlər. Romanda Erkül Puaronun əkiz qardaşı Axil Puaro surətinə də rast gəlinir, amma sonradan məlum olur ki, bu adam elə Erkül Puaronun özüdür. MÜƏMMALI HADİSƏ  "Staylzda müəmmalı hadisə" əsəri yazıçının ilk detektiv romanıdır. Əsər beş dəfə Britaniya nəşriyyatları tərəfindən qaytarıldıqdan sonra, nəhayət, 1920-ci ildə nəşr olunmuşdur. Hamının sevdiyi personaj Erkül Puaro Aqata Kristinin ilk romanından tanınıb və yazıçının 33 roman və 51 hekayəsində onun fəaliyyəti əks olunmuşdur. Bu qəhrəman onun son romanlarının birində vəfat edir. Maraqlıdır ki, bu roman nəşr olunandan 40 il əvvəl yazılmışdı. Amma naşirlər sevimli personajın ölümü ilə bağlı olan kitabı çap eləməkdən boyun qaçırırdılar. Əsərdəki hadisələr o qədər maraqlı süjet xətti üzrə və cəlbedici gərginliklə davam edir ki, oxucu bir anda sonadək oxuyub hadisələrin nə ilə nəticələndiyini bilməyə can atır.

Aqata Kristi romanlarında gizlənmiş 5 sirr - Araşdırma

Aqata Kristi pop-mədəniyyətin sərhədlərini aşaraq daim dəyişkən olan ədəbi prosesdə “itməyərək” günümüzə qədər məşhurluğunu saxlayan nadir yazıçılardandır. Əksər yazıçılar, hətta ən çox satılan əsər müəllifləri, müxtəlif mükafat və ad sahibləri belə “ədəbi dəb”dən geri qalıb, bəziləri öldükdən sonra tamamilə unudulublar. Ən yaxşı nümumə kimi Amerika yazıçısı və dramaturqu Corc Barr Makkaçeni göstərmək olar. O, XX əsrdə bir neçə “bestseller”in müəllifi olub (həmçinin yeddi dəfə ekranlaşdırılan “Brüsterin milyonları” romanının müəllifidir) və “ədəbiyyat ulduzu” kimi tanınıb. Yüz il sonra isə onun adını çox az sayda adam xatırlayırdı. Aqata Kristi isə tamamilə başqa dünyadır. Təkcə bütün dövrlərin ən çox satılan müəllifi ("Ginnesin rekordlar kitabı"na düşüb) kimi yox, həm də təsvirləri və sinfi münasibətləri ilə “köhnə dəbli”, mühafizəkar baxışlı olduqlarına baxmayaraq günümüzdə də populyarlığını qoruyan əsərlərin sahibi kimi oxucuların qəlbini fəth edib. Kristinin əsərləri tədricən itib gedən, zamanın axınına qarışıb yox olan müəlliflərin işlərindən onunla fərqlənir ki, onlar “ağıllıdır” və özlərində əks etdirdiyi sirlər, mürəkkəb tapmacalar, qəribə cinayətlər indinin özündə də həyatın bir hissəsi kimi çıxış edir, zamanın irəliləməsi, texnologiyanın inkişafı fonunda hələ də diqqət mərkəzində durur. Sadalanan bütün xüsusiyyətlər Kristi yaradıcılığının aktuallığını bir daha sübut edir, indinin özünə qədər ədibin əsərləri əsasında filmlər çəkilməkdədir. İllərin süzgəcindən keçib gələn əsərlər detektiv janrının “qızıl standartını” qoruyub saxlayır. Bunlardan əlavə, öz yazı üslubunda yeniliklər tətbiq edən, əsərlərinə həyəcanlandırıcı ədəbi macəra qatan Kristi qaydalar çərçivəsindən çıxır, detektiv nümunələri novator xüsusiyyətləri ilə digərlərindən seçilir. Bu, həmin qadın yazıçıdır ki, sirli romanlarının əksəriyyətində hekayəni qatilin öz dilindən nəql edir, eyni zamanda da oxucunu intizarda və gərginlikdə saxlamağı bacarır... Məhz bu cəhətlər Aqata Kristi populyarlığını davamlı etdirir. Yazıçı düşünülmüş cinayət hadisələri və gözlənilməz dönüşlər arasındakı tarazlığı saxlamaq ustalığına malik idi. Bu ədəbi intellekt onu göstərir ki, Kristinin hekayələrində oxuyub başa düşdüklərimizdən daha çoxu - sirlərin açarı ilə bərabər, həm də müəllifin özünə aparan, ümumilikdə onun nəsrində gizli qalan tapmacalar var... 1. Əqli zəiflik Aqata Kristi ardıcıl nəşr olunan yazıçı idi. On illər ərzində yüksək yaradıcılıq səviyyəsini və həqiqətə uyğunluğunu qoruyan sirli romanlarda müəllif düşüncəsinin dərinliyi oxucunu heyran edir. Lakin son bir neçə romanında (ölümündən bir il əvvəl nəşr olunan, ancaq otuz il əvvəl yazılmış “Pərdə” istisna olmaqla) yaxşı düşünülməmiş cinayətlərin və sıxıcı yazı üslubunun şahidi oluruq. Diqqətli oxucu, sözün əsl mənasında, Kristinin son romanlarında əqli zəifliyin əlamətlərini açıq-aydın görə bilər. Ona görə “sözün əsl mənasında” yazırıq ki, həqiqətən Toronto Universiteti tərəfindən aparılan araşdırmaya əsasən, müəllifin son əsərləri təhlil edilərək söz ehtiyatı və cümlə quruluşunda əlaqələrin kəskin düşüşü müşahidə edilib. Aqata Kristiyə heç vaxt xüsusi diaqnoz qoyulmasa da, altsheymer, yaxud ona oxşar xəstəlikdən əziyyət çəkməsi hətta yazmağa davam etsə belə, ağlını zəiflədirdi. Kristi isə görünür, başına gələnləri anlayırdı. Ölümündən əvvəl yazdığı sonuncu “Fillər unutmur” (“Elephants can remember”) romanında yaddaş və onun itirilməsi mövzusu əsas xətt kimi keçir, baş qəhrəman Ariadna Oliver isə, heç şübhəsiz, müəllifin özünə işarədir. Oliverə on il əvvəlki cinayətin üstünü açmaq tapşırılır, amma bacarmadığından Erkül Puaronu köməyə çağırır. Aydındır ki, Kiristi artıq “tükəndiyini” görürdü, ona görə də sonuncu əsərlərində həmişə çox asanlıqla etdiyi işin indi ona nə qədər ağır gəldiyini Oliver obrazı ilə oxucuya çatdırmaq istəmişdi. 2. Puaroya nifrət Erkül Puaro Kristinin yaratdığı ən populyar və davamlı obrazdır: səliqə-səhmanı sevən, beyni “boz maddə” ilə dolu olan belçikalı qısaboy detektiv. Puaro müəllifin otuza yaxın romanında çıxış edir və indinin özündə də adının məşhurluğunu saxlayır. Yazıçının yaratdığı Puaro obrazı 1920 və 1930-cu illərin lord Piter Uimzi kimi tanınmış eleqant və aristokrat detektivlərindən fərqlənirdi. Gödək boylu, kök, gülünc ləyaqət hissinə sahib belçikalı yazıçı tərəfindən ustalıqla işlənmiş detektiv obrazı idi. Görünür, Kristi qəhrəmanına nifrət edir, bu qədər məşhurlaşmağının əleyhinə çıxır, müsahibələrində də qeyd etdiyi kimi, artıq Puaro obrazını əsərlərində görmək istəmirdi. Maraqlısı budur ki, kitablarında Puaro həmişə zahirən təsvir olunur: heç vaxt onun daxili monoloqlarını “eşitmirik”, bu da müəllifin ondan nə qədər uzaq olduğunu göstərir. Məşhur obraz həmişə digər qəhrəmanların dilindən kinayəli və eyhamlı ifadələrlə təqdim olunur. Kristi Puaronu yeganə bacarığı cinayətlərin üstünü açmaq olan “gülünc, balaca adam” kimi qələmə verir. Bu bacarıq da elə müəllifin özünə aiddir. Kristi 1945-ci ildə “Pərdə” əsərini yazarkən Puaronu “öldürür”. Əsəri bitirən kimi seyfə qoyaraq qapısını kilidləyir, yalnız ölümünə yaxın əsərin çap olunmasına icazə verir. Bu, bir növ yazıçının özünə zəmanti idi, yəni Puaronun karyerasını sonlandırmamış ölməyəcəkdi. Digər tərəfdən, əmin olmalı idi ki, ölümündən sonra heç kim Puarodan “istifadə etməyəcək”. Nəzərə alsaq ki, sonuncu kitabda qatil Puaronun özüdür, “Pərdə”nin məşhur detektiv üçün necə aşağılayıcı tərzdə endiyini görmək olar. 3. Zaman və məkan eyniliyi Əlbəttə, Kristi Erkül Puarodan başqa bir neçə əsas qəhrəman da yaratmışdı. Onun digər məşhur obrazı Miss Marpl idi, ancaq Tommi və Tappensom kimi qəhrəmanların iştirakı ilə də 4 roman yazmışdı. Yalnız diqqətli oxucular anlayar ki, Kristinin qələmindən çıxan bütün qəhrəmanlar eyni “zaman və məkanı” paylaşır. Buna sübut kimi, Marpl və Puaronun hekayələrində ikinci dərəcəli obrazların iştirakını göstərmək olar. Bu mövzuda ən yaxşı nümunə “Solğun at” (“The pale horse”) romanıdır. Əsərdə Marpl və Puaronun hekayələrindən tanıdığımız dörd əsas obraz iştirak edir . Bu da hər iki detektivin bir-birindən xəbərdar olduğunu göstərir. Bu incə məqamı gözdən qaçırmayanlar Kristi əsərlərinin daha dərinliyinə nüfuz edir və daha obyektiv qiymət verirlər. 4. Özünə göndərmə Müəyyən dövr ərzində Aqata Kristi dünyanın ən məşhur qadınlarından idi. 1926-cı ildə, yenicə populyarlaşmağa başladığı vaxtda on günlük “yoxa çıxması” müxtəlif ağlasığmaz fərziyyələrə səbəb olmuşdu. Bu da onun unikal hekayələrindən qaynaqlanırdı. Onun yazı üslubu bir qayda olaraq öz reallığı və istinadları ilə seçilir. Yazıçının ədəbi priyomları süjetin təsir gücünü artırır, təhkiyəni daha da maraqlı edir. Bir nüans da bundadır ki, bəzi əsərlərində incə detallarla özünə göndərmələr edir. Buna ən uyğun nümunə “Kitabxanadakı cəsəd” (“The nody in the library”) əsəridir. Romandakı uşaq imzalarını yığdığı detektiv yazıçıların - Doroti L. Seyers, Con Dikson Karr, H.K.Beyli və Kristi -  adlarını sadalayır. Aqata Kristi öz təxəyyülündə Kristi adlı yazıçını detektiv əsərlərin müəllifi kimi qələmə verir. Kristi, həmçinin, “məşhur müəllif” Ariadna Oliverin simasında öz yazıçılıq karyerası, tanınması haqqında “zəif tonlarla” oxucuya məlumat çatdırır. 5. Qatil namlum qalırdı Nəhayət, Kristi həmişə hekayələrinin mərkəzində dururdu. Adətən, əsərlərini yazmağa başlayanda qatilin kim olacağını özü də bilmirdi. Bunların əvəzinə o, müxtəlif ipuclarından istifadə edir, sonda oxucu kimi hamısını bir yerə yığaraq günahkarı tapıb mümkün nəticə çıxarırdı. Müəllifin əsərlərini təkrar-təkrar oxuduqca bu məqamları aydın şəkildə görmək olar. Onun işlərinin əsas aspektlərindən biri də çoxşaxəli fərziyyələrin irəli sürülməsidir. Bunun nəticəsidir ki, bəzən obrazlar həqiqətə qarşı çıxış edir, mümkün nəticəni çıxarmaqda çətinlik çəkirlər və hadisələr labirintində azıb qalırlar. “Rocer Ekroydun qətli” (“The murder of Roger Ackroyd”) romanı da bu sıraya daxil edilə bilər. Baş verən cinayət hadisəsi ətrafında o qədər “günahlandırılacaq” adam var ki, oxucu hər hansı şübhəli üzərində qəti qərar verə bilmir. Beləliklə, Puaro yenə də iş başına keçir... Əsrlərin yazıçısı Aqata Kristi yeganə səbəbə - dahiyanə əsərlərinə görə günümüzdə də məşhurluğunu saxlamaqdadır. Onun qəhrəmanları hər kəsə tanışdır, gizlətdiyi sirlər isə hələ də öz gücündədir. Hər dövrün oxucusunu təəccübləndirmək, heyrətləndirmək Aqata Kristi zirvəsinin fəthedilməzliyidir. Mənbə. parafr.az bildirchin.az
568 Views