Jackie Chanın həyat qanunları

Jackie Chanın həyat qanunları

7 aprel Hong Kong, Çin və Amerika aktyoru, kaskadyor, rejissor, prodüser, ssenarist, müğənni, xeyriyyəçi, döyüş sənətinin ustası, “UNICEF”in xoşməramlı səfiri Jackie Chanın doğum günüdür. Bu münasibətlə onun həyat qanunlarını sizinlə paylaşırıq.
  • Mənim ruhi xəstə olduğumu  düşünürsünüzsə, düşünün. Əsas odur ki, axmaq olduğumu düşünməyəsiniz.
  • Filmlərdə təhlükəli səhnələrə çəkilərkən hər zaman kameraya baxıram ki, tamaşaçılar personajı dublyorsuz canlandırdığımı anlasınlar. Və filmə baxdıqdan sonra, «Təsəvvür edirsən, o bunu özü etdi və sağ!»
  • Yalnız kamera sönmüş vəziyyətdə olanda mənim içimdə qorxu var. Kamera işə düşdükdən sonra mən hər şeyə hazıram.
  • Mən dünyanın ən məşhur həkimi ola bilərdim, ancaq dünyanın ən məşhur xəstəsi oldum.
  • Şöhrət sərf etməyən məhsuldur: bahalıdır, ancaq tez korlanır.
  • Mənim kimi olmağa çalışmayın. Ən yaxşısı proqlaşdırmanı öyrənin.
  • “Coca-Cola”nı qəbul etmiş və rap dinləmiş heç kəs milli mədəniyyətə qayıtmayacaq.
  • İstədiyimiz hər şeyi yeyirəm. Dondurma yesəm, sadəcə 20 dəqiqə artıq məşq edəcəyəm.
  • Pul hələ heç kəsi düzgün tərbiyə edə bilməmişdir.
  • Kefim olmayan zamanlarda Bruce Leenin çəkildiyi filmlərə baxıram.
  • Əgər Tanrı mövcuddursa, ümid edirəm ki, Hökm Günü o, mənim sadəcə insanları xoşbəxt istədiyimi nəzərə alacaqdır.
  • Mənim bir ciddi problemim var: zorrakılığa nifrət edirəm.
  • İstəyirəm ki, hər kəs məni  Buster Keatonu xatırladığı kimi xatırlasın: əyləncəli və qorxmaz.
  • Jackie Chan? O mifdir!

Həyatı

Ceki Çan kasıb honqkonqlu ailəsində dünyaya göz açmışdır. Hətta onlar o, qədər kasıb idilər ki, öz övladlarının doğumunu yerinə yetirən həkimlərə belə xərclərini ödəyə bilmirdilər. Ancaq sonradan ailə Avstraliyada yerləşən Amerikanın səfirliyində işləmək üçün iş tapdılar və Cekinin erkən uşaqlıq illəri bu materikdə keçdi. Lakin 6 yaşı tamam olduqdan sonra onu geriyə Honkonqa göndərdilər. Həmin illərdə Ceki Çinə gedərək Pekin Opera Akademiyasında təhsil almağa başladı. Burada o, döyüş sənətinə, aktyorluğa, ustalığa, rəqsin müxtəlif incəliklərinə, oxumaq sənətinə və akrobatikaya yiyələnməyi bacardı. Düzdür bunların hamısını tam bilməsə də, əsas odur ki, hər sahədən bir az da olsa məlumat yığmağı bacarmışdı. Bu təhsil ocağında Ceki digər oğlan uşaqları ilə birlikdə oxuyurdu. Həmçinin bu təhsil mərkəzində Ceki dissiplin, durmadan idman qaydalarını öyrənmək kimi müxtəlif yönlərini də inkişaf etdirdi. Demək olar ki, hər bir oğlan uşağı günün yarısından çoxunu idmanla və müxtəlif məşq növləri ilə vaxtlarını keçirirdilər, hətta hər gün saat günorta 5-dən tam gecə düşənə kimi məşq etmək məcburi idi. Əgər kimlərsə öz dərslərindən və verilən tapşırıqlardan geri qalırdısa, bu zaman həmin şəxs sərt şəkildə cəzalandırılır, bəzən isə cismani təzyiqə məruz qalırdı. Bütün bu struktur buradakı gənclərin cəsur, güclü ruha malik olması və durmadan özünü birinci görmək istəyən insanlara çevirirdi. Belə məşqlərin daim edilməsi, məktəbi bitirən vaxt Ceki kimi gənclərin tez iş tapması ilə nəticələnirdi. Beləliklə, Ceki tezliklə bir çox kiçik filmlərdə dublyor kimi fəaliyyət göstərməyə başladı. Çox keçmədi ki, Ceki ətrafda ən yaxşı və qorxulu işləri yerinə yetirən dublyor kimi tanındı. Artıq o, Asiyada ən hündür tullanan insan kimi də məşhur olmuşdu. Bu Asiya kinomatoqrafiyasında ilk hadisə kimi tarixə keçdi və Cekini artıq tək dublyor kimi yox, hətta bir çox kinolarda ikinci sürətlərin də ifaçısı kimi istifadə etməyə başladılar. Ceki Çanın birinci əhəmiyyətli və baş rol təklifini isə 1973–cü ildə "Kvantunqun balaca pələngi" adlı filmi üçün alır. Brüs Linin vaxtsız ölümündən sonra artıq çoxları Cekini onun əksi adlandırırdılar. Hətta rejissor Lo Vey ona "Sinq Lunq" adını da vermişdi. Bu adın mənası isə "əjdaha olmaq" kimi səslənirdi və bu ləqəblə əvvəllər Brüs Li tanınırdı.
Ceki Çanın yaratdığı komediya janrında döyüş filmləri uğur qazanmağa başladı. Xüsusilə, "Sərxoş usta" və "Qorxusuz kaftar" adlı filmlər həmin müddətdə çəkilən ilk kinolar idi. Bu filmlərlə birlikdə Ceki Çanın uğuru düşünülməz dərəcədə yüksəldi və o, Honkonqda ən bahalı aktyor adını qazanır. Bundan sonra o, özü ssenari yazmağa başladı və öz kinolarının rejissoruna çevrilərək, hətta onlara aid musiqilər də yazırdı. Ceki Çanı ABŞ–da demək olar ki, onun işlərini heç bir film işçisi tanımırdı. İngilis dilini bilməməsi isə onun öz filmlərindən normal şəkildə gəlir götürməyə belə imkan vermirdi. Bu səbəbdən Ceki Çanın ABŞ kino satışında göstərildiy filmləri uğur qazana bilmirdi. 1994–cü ildə MTV kanalı Çana kino mədəniyyətinə bəxş etdiyi həyati qiymətinə görə mükafat verdi və bundan sonra Ceki yenidən ikinci dəfə Amerikaya üz tutmağı qərarlaşdırdı. Həmin dövrdə Cekinin "New Line Cinema" və "Golden Harvest" şirkətlərinin birgə çəkdiyi "Bronksedəki mübahisə" adlı filmi rekord qazandı. Bunda sonra Cekiyə gələn təkliflər bir–birinin ardınca davam etməyə başladı və 1996–cı ildən etibarən "Miramax" adlı kino studiyası iki film çəkmək üçün Cekini dəvət etdi. "Detektiv" və "Sərxoş usta 2" onun ABŞ–da əldə etdiyi ilkin uğurlar sırasına qatıldı. 1997–ci ildə aktyor "İlk zərbə" adlı filmi ilə işə başladı. Bu kinoda Ceki Çan Honkonq polisini canlandırır və "FBI", Rusiya ilə birlikdə nüvə silahının dayandırılması uğrunda mübarizə aparır. Bundan sonra isə ekranlarda "Cənab yaxşı oğlan" adlı filmi görünməyə başladı. Ancaq ən böyük maraq oyadan, daha çox diqqət cəlb edən, pərəstişkarlar tərəfindən sevilən və tənqidçilər tərəfindən istifadə olunan kino film isə "Pik saatı" adlanırdı. Bu filmdə Ceki komediya rollarında daha çox oynayan amerikan aktyoru Kris Takerlə birlikdə oynamışdır. Hər ikisi polis obrazını canlandırır və Çindən olan Ceki ilə bu iş prosesində kolleqa olurlar. Maliyyə cəhətdən bu filmdən heç də geridə qalmayan ikinci "Pik saatı" kinosu çəkildi. Həmin kino isə 2001–ci ildə tamaşaçıların diqqətinə buraxıldı və tam 10 həftə ümumi miqdarına görə 200 milyon dollara yaxın pulun qazanılması ilə nəticələndi. 2003-cü ildə "Yer ətrafında 80 günə səyahət" bədii filmin Berlində çəkilişləri zaman Ceki Çan demək olar ki, berlin ayılarını sevmişdir. Aktyor 100-dən çox ayı ilə fotoşəkil çəkdirmişdir. Belə plakat yaradılmışdır. 2004-cü ildə Ceki Çan ayıların Honkonqa gəlməsini təşkil etmişdir. Sərginin açılışında Ceki UNİCEF və uşaqlara yardım göstərən başqa iki təşkilatlar üüçün 1,5 milyon Hon Konq dolları məbləğində qəbzləri bağışlamışdır.

Şəxsi həyatı

Ceki Çan 1982-ci ildə Tayvanlı aktrisa Lin Feng-Jiao (Joan Lin) ilə evləndi. Eyni il oğlu oldu. Oğlu müğənni və aktyor Ceysi Çandır. 1990-cı ildə "Miss Asiya Gözəlik Yarışması"nın birincisi olan aktrisa Elayn Ng Lei 1999-cu ildə Ceki Çandan hamilə olduğunu açıqladı və cəmiyyət fərziyyələrindən sonra Ceki Çan ilə birgə yaşadığını eşitdirdi. Qısa müddət sonra Elaine Ng-nin 19 noyabr 1999-ci il tarixində Ng Çok Lam adında bir qız uşağı olur. Ceki Çan isə "Yalnız Dünyadakı hər adamın etdiyi bir səhv etdiyini" qəbul edərək cavab verdi. Ancaq Elaayn doğma atası olmadan qızının çarəsinə baxmağa qərar verdiyini açıqladı. Ceki Çan isə həmin qız övladı qəbul etmir.

Yaradıcılıq üslubu

Çanın yaratdığı qəhrəmanlar müəyyən qədər Bryus Linin qəhrəmanları ilə müqayisədə daha zəif, tənbəl təsiri bağışlayırlar. Bununla əlaqədar o deyir ki, özünün sadə, səmimi, bir qədər də aciz görünən qəhrəmanlarını Bryus Linin coşqun enerjili savaşçılarının əksi kimi yaradıb. Onun tənbəl və yazıq görkəmli qəhrəmanları saf və səmimidirlər. Ancaq onlar özlərindən güclü olan və sadə adamları incidənlərə qarşı cəsarətlə ayağa qalxır və sonda onları məğlub edərək, haqq və ədalətin bərpasına nail olurlar. Çanın çəkdiyi və çəkildiyi filmlərdə, ümumiyyətlə, iki cəbhə var: yaxşılar və pislər. Ancaq sonda pislər bəzən haqsızlıqlarını etiraf edərək, yaxşıların qarşısında diz çökürlər. 2000-ci illərdən başlayaraq, Çan oynadığı filmlərdə daha çox qəhrəmanlıq süjetlərinə və musiqili səhnələrə yer verir. Bununla əlaqədar İtaliya mətbuatına verdiyi müsahibəsində Çan deyib ki, əsas məqsədi özünün həm məşhur döyüş aktyoru, həm də kino müğənnisi olduğunu tamaşaçıya çatdırmaqdır

Tryuklar ustası

Çan, adətən, çəkildiyi filmlərdə ən təhlükəli tryukları özü ifa edib. Əksər hallarda, başqa aktyorların tryuklarını da cəsarətlə ifa edib. Bununla belə, bəzi hallarda o özü də kaskadyorların yardımından istifadə etmək məcburiyyətində qalıb. Məsələn, “Smokinq” filmindəki tryukları onun yerinə yeddi kaskadyor ifa edib. Ceki Çan risk dolu tryukları ifa edərkən dəfələrlə müxtəlifdərəcəli bədən xəsarətləri alıb. Buna görə dünyanın tanınmış sığorta şirkətləri Çana külli miqdarda pul ödəmək məcburiyyətində qalıb. Bu səbəbdən də onun adı sığorta şirkətləri tərəfindən qara siyahıya salınmışdı. Çanı tanıyan bəzi şirkətlər hətta onunla yeni sığorta müqaviləsi bağlamaqdan imtina edirdilər. Ən ağır zədəni isə 1986-cı ildə “Allahların uğurları” adlı filmdə çəkilərkən almışdı. Çəkilişlər zamanı ağacdan yıxılan aktyorun kəllə sümükləri sınmış və o, uzun müddət müalicə olunmuşdu. Buna baxmayaraq, Çan sonralar da təhlükəli tryukları yerinə yetirməkdə davam edirdi. Yalnız 2005-ci ildən etibarən o, təhlükəli tryuklardan imtina etdi. Dünyanın məşhur kino aktyorları kimi, Ceki Çanın da Honkonqdakı Ulduzlar avenyusunda, həmçinin Hollivudun Ulduzlar alleyasında və Moskvadakı köhnə Arbatda öz ulduzu var.

Ləqəbləri

Çan da bir çox məşhurlar kimi müxtəlif adlarla çağırılıb. Anadan olanda çəkisi normadan artıq 5,5 kilo idi. Ona görə də anası ona Pao Pao (ət kütləsi) adını vermişdi. Opera məktəbində oxuyarkən isə Çanı müəllimi Yu Cim Yenin adı ilə Yuen Lo deyə çağırırdılar. 1976-cı ilə kimi tamaşaçılar arasında daha çox Çen Yuen Lun adı ilə tanınırdı. Avstraliyada yaşayarkən dostları ona inşaat meydançasında işləyən fəhlə Cekin adını verdilər və bu onun tərcümeyi halında əbədi qaldı. Yeri gəlmişkən onu da deyək ki, aktyorun ata tərəfindən soyadı Fandır. Sonralar Çeki adı Fan Şilunla əvəz olundu. Çan həmçinin Yuan Lung Chan, Lung Chen, Long Cheng, Wellson Chin, Baseball Bat adları altında da kinolara çəkilib.

Yüksək qonorar

Çan çəkildiyi filmlərə görə kifayət qədər yüksək qonorar alıb. Məsələn, 1995-ci ildə çəkildiyi “Bronksda savaş” filminə görə 4 milyon, “Şanxayda gün yarı filminə” görə 5 milyon, 2001-ci ildə “Pik saatı-2”yə görə 15 milyon, 2007-ci ildə yenə də “Pik saatı -3”ə görə 15 milyon, 2008-ci ildə “Qadağan olunmuş çarlıq” filminə görə 5,89 milyon, 2010-cu ildə “Karate oğlan” filminə görə isə 7,9 milyon dollar qonorar alıb. Ümumiyyətlə, Ceki Çan 130 filmdə çəkilib.

Pop müğənni

Çan həmin dövrdə yalnız rəngarəng döyüş səhnələrini canlandıran kinoaktyor deyil, həm də pop müğənnisi kimi tanınırdı. 1984-cü ildən başlayaraq, o, 100-dən artıq mahnıdan ibarət 20 albom buraxdı. O, mahir aktyor olduğu kimi, həm də yaxşı müğənnidir. Çan həm Çin dilinin Kanton, həm də Mandarin ləhcələrində həmçinin ingilis və yapon dillərində mahnıları peşəkarcasına ifa edir. Yeri gəlmişkən, onu da qeyd edək ki, Çanın filmlərində səsləndirilən mahnıların çoxunu onun özü bəstələyib. O: “Döyüş mənim həyatımdır. Mən döyüş səhnəsi olmadan aktyor kimi rol oynaya bilmərəm. Ancaq mən həm də yaxşı kino müğənnisiyəm və bunu dəfələrlə müxtəlif kinolarda oxuduğum mahnılarımla sübut etmişəm”, -deyir. Çan müğənni kimi 100-dən artıq ölkədə konsert verib və bu konsertlərdə salonlar ağzına kimi dolu olub. Düzdür, tanınmış musiqişünaslar Çanın orta səviyyəli müğənni olduğunu söyləyirlər. Onların fikrincə, Çanın verdiyi konsertlərə tamaşaçıların çox gəlməsi daha çox onun kino aktyoru kimi məşhur olması ilə əlaqədardır. Bununla belə, Çanın albomu musiqisevərlər tərəfindən həvəslə alınmaqdadır. Onun bəzi mahnılarını isə dünya şöhrətli sənətkarlar ifa ediblər və buna görə dəfələrlə alqışlanıblar. Bununla belə, yenə də insaf naminə demək lazımdır ki, o, tamaşaçılar arasında məşhur kino aktyoru kimi daha çox tanınır.

 Xeyriyyəçi Çan

Kasıb ailədə anadan olan Çan bu gün artıq dünyanın ən çox qazanan aktyorlarından biri hesab edilir. Milyonları olmasına baxmayaraq, Çan özünün kasıb keçmişini unutmur. Bu məqsədlə də həvəslə xeyriyyəçiliklə məşğul olur. Adətən, xeyriyyəçilik məqsədi ilə keçirilən bütün aksiyalarda həvəslə iştirak edən Çan bu məqsədlə yüz minlərlə dollar xərcləyib. Məsələn, 2004-cü ildə Hind okeanında baş verən sunami və yenə də həmin ildə Çindəki su daşqınlarından zərər çəkənlərə böyük həcmdə maliyyə yardımları göstərib. 2004-cü ildə Honkonqda keçirilən beynəlxalq xeyriyyəçilik sərgisində Ceki Çan UNİCEF və iki beynəlxalq uşaq təşkilatının hesabına 4,14 milyon Honkonq dolları köçürüb. Ceki Çan, həmçinin sunami və zəlzələdən zərərçəkmiş yapon xalqına 3.3 milyon dollar yardım göndərib. O, öz çıxışı zamanı belə deyib: “Məqsədim ehtiyacı olan insanlara kömək etməkdir. Mən istəyirəm ki, dünyamı dəyişdiyim zaman bank hesabımda bir sent belə qalmasın”. Son illərdə Ceki Çan çox az hallarda kinolara çəkilir, ancaq buna baxmayaraq, o yenə də dünyanın ən məşhur kino aktyorlarından biri olaraq qalmaqda davam edir. Çanın nadir hallarda kinoya çəkilməsi onun haqqında bir neçə dəfə ölüm xəbərinin çıxmasına səbəb olub. Amma hər dəfə də məlum olub ki, Çan sağdır və onun az-az tamaşaçılarla görüşə gəlməsi vaxtının çox hissəsini ailəsinə həsr etməsi ilə bağlıdır. Ceki Çan 12 noyabr 2016-cı ildə kinematoqrafiya sahəsində töhfələrinə görə “Oskar” mükafatına layiq görülüb. Təntənəli mükafatlandırma mərasimi Los-Ancelesdə keçirilib En iyi filmləri https://youtu.be/WhNcqdZCgPE?t=7 https://youtu.be/pSrgzcVL8wM Mənbələr bildirchin.az, youtube.com və vikipedia .org
568 Views