Qadın

Qadın

İnsanlıq tarixində qadınların yerinin araşdırılması İngiliscə söz olan və History anlayışına oxşar olaraq Herstory deyə başa düşülən araşdırma sahəsi, tarix elminin və cinsiyyət araşdırmalarının bir qoludur. Qadın tarixi araşdırması feminist bir anlayış ola bilər lakin bu məcburi deyildir. 2009-cu ilin yanvar ayından etibarən Dünya əhalisinin sayı 6,8 milyard olmuşdur. Bunun 49,7%-ni qadınlar təşkil edir. Qadın nüfuzu 3 milyarddan daha çoxdur. Dünyada qocaların çoxu qadınlardır Səudiyyə Ərərbistanında qadınlara səs vermə hüququ 2011-ci ildə verilmişdir. Qadınlara maşın sürmək hüququ hələ də verilməyib.
  • Bir çox dövlətlərin hüquqi tənzimləmələrində qadın-kişi ayrı seçiciliyi və xüsusilə də vərəsəlik hüququnda
qadınlara mənfi ayrı-seçicilik göstərilir.
  • Dünyada bir çox yerdə qadınların həyat yoldaşı seçmək, evlilik, boşanma və digər təməl hüququların
verilməməsi.
  • Dünyada ən çox Afrika qitəsində 135 milyondan çox qadın sünnət olunur.
  • Dünyanın 54 ölkədə qadınlara qarşı qeyri-bərabər hüquqlar olduğu halda, “namus müdafiəsi” Peru,
Banqladeş, Argentina, Ekvador, Misir, Qvatemala, İran, İsrail, Suriya, Livan və Venesuellanın cəza hüququnda yer alır. Dünya qadınların 3/1-i həyatı boyu ən azı bir dəfə şiddətə məruz qalıb. Qadın haqlarının ilk addımları Maarifçilik dövründə mülkiü azadlıq hərəkatlarının başlanğıcı ilə eyni vaxtda atılmışdır. Əsas düşüncə “Fransız İnqilabı” zamanı elan edildiyi kimi bütün insanların bərabərliyi olmuşdur. Cinsiyyətlər arası münasibətə gəldikdə isə təməldə fərqli, fərqləri vurğulayan ikinci və bərabərçi ümumi baxış müəyyənləşdirilmişdir. “Bərabərçi”anlayışı isə Maarifçiliyin təməl fikrinə dayanır. Bu anlayışdı insanlar “təbiət qarşısında eyni” olduqlarından cəmiyyətin bütün qollarında cinsiyyət baxımından bərabərlik tələbi yaranmışdır. 1960-cı illərdən günümüzə qədər Qadın Hərəkatı üzvləri üçün “Feminizm” ifadəsi işlədildi. Qadın cinsinin böyük tarixi məğlubiyyəti, insan həyatına xüsusi mülkiyyətin girişi ilə başlamışdır. Qadın bu ərəfədə bütün ictimai funksiyalarından azad olunub, digər hər şey kimi kişinin mülkündən sayıldı, ondan doğulacaq uşaqların anası, evin və bu uşaqların baxıcısı olaraq görüldü. Bununla da qadın cinsi insanlığın tanıdığı ilk kölə oldu. Köləci, feodal, dindar və kapitalist cəmiyyətlərində funksiyaları dəyişsə də əsas etibarı ilə qadın kişi qarşısında bu statusunu qorudu. XX əsrə öz damğasını vuran Oktyabr İnqilabı təkcə proletarya və digər əzilənlər üçün deyil, qadınlar üçün də tarixin tanıdığı ilk və ən böyük ictimai, iqtisadi və siyası bir inqilabdır. XX əsrin əvvəllərində Klara Setkin, Engels və Bebedən sonra problemi ələ almışdır. Setkin, qadın problemini, qadının tarixi əzilmişliyi ilə bağlarını qoparmasa belə kapitalizmə xas bir problem olaraq ifadə etmişdir: “Qadın problemi daha çox, modern işçi problemi kimi, mexaniki alətlərin, buxar gücünün, elektrikin işlədilməsi ilə həyata keçən sənayi inqilabının, böyük istehsalın uşağıdır.”
568 Views