Dünyanın 7 möcüzəsindən biri daşdan düzəldilmiş bu nəhəng tikililər — Misir fironlarının sərdabələri təqribən 5 min il əvvəl Qədim Misirdə yaradılmışdır. Bu zaman fironların hakimiyyəti hədsiz-hüdudsuz idi, onları allahlara bərabər tuturdular. Möhtəşəm sərdabələr fironların ölümündən sonra da onların hakimiyyətinin əzəmətini xatırlatmalı idi.Ehramlardan ən böyüyü firon Xeopsun hökmü ilə ucaldılmışdır. Onun hündürlüyü 146.6 metr olub, təqribən eramızdan əvvəl 28-ci əsrdə tikilmişdir.
Misirin qızmar günəşi altında minlərlə qul daş alətlərlə (dəmir ve tunc o dövrde məlum deyildi) nəhəng qayaları sındırırdı. Sonra onlar bu qaya parçalarını kəndirlərlə dartıb tikinti yerinə aparırdılar. Ehramlar ucaldıqca onları daha yuxarı qaldırmaq lazim gəlirdi. Adları tarixdə qalmiş ehram inshaatçıları aclıqdan ve dözülməz zəhmətden məhv olurdular.
Firon Xefrenin ehramı ondan 2 metr alçaqdır. Bu fironu dağ boyda serdabə qane etməmiş və o, serdabənin yanına bütöv qayadan yonulmuş daş «keşikçi» qoymağı əmr etmişdir. «Keşikçi» insan başlı ve aslan bədənlidir. O, Sfinks adlanir.
Təbii ki,belə hallar insanda çox suallar doğurur,yəni o zamanlarda tunc alətlər,buldozerlər ve ona benzer qurğular olmadığı halda bəs misirlilər bu piramidaları necə tikiblər? Bəzi arxeoloq ve araşdırmaçıların sözlərinə görə misirlilər qeyri-adi güclərdən istifadə ediblər.Bəzi fərziyyələrə görə, guya, misirlilər sehrli iksir düzəldib və bu iksirləri içib.İksir onlara insanda ola bilməyəcəyi dərəcədə güc verib və beləcə onlar bu piramidaları tikiblər.Bəzi fərziyyələrə görə isə, sehrlərdən istifadə edib bir daşı yerindən oynada biliblər və beləcə o piramidaları tikiblər.Bəzi ferziyyelere görə isə, guya, misirlilər göydən qeyri-adi qüvvələrlə bir başa təmasda olublar ve bu göydə yaşayan qeyri-adi qüvvələr misirlilərə piramidanı tikməkdə kömək ediblər.Arxeoloqların araşdırmalarına görə Misirdə tikilən əsas böyük və yanbayan duran 3 piramida məhz göydəki Sirius ulduzunun duruşu istiqamətində tikilib.Arxeoloqlar bu piramidaların içərisinə girəndə isə, piramidanın içində bir otağa daxil olublar və bu otaqda isə göyə baxmaq üçün bir deşik varmış. Arxeoloqlar bu deşikden göyə baxanda sadəcə Sirius ulduzunu görüblər.Təsəvvür eləyin ki,bir otağa girmisiniz və başınızın üstündə tavanda bir deşik var və o deşikdən də göyə baxmaq olur, amma o deşikdən-olduğunuz yerdən baxanda sadəcə göydə Sirius ulduzunu görürsünüz..Misirlilər bu deşiyi sadəcə Sirius ulduzuna baxmaq üçün düzəldiblər.
2-ci möcüzə Semiramidanın asma bağları
Dünyanın ikinci «möcüzəsi» — Semiramidanın asma bağları — Qədim Şərqin böyük və zəngin şəhəri olan Babildə yerləşmişdi. Efsanəyə görə, bu bağlar Assuriya məlikəsi Semiramidanın əmri ilə yaradılmışdı. Əslində isə, bu bağlar eramızdan əvvəl 7-ci əsrdə padşah Navuxodonosorun əmri ilə salınmışdı. Bu padşah öz sarayını yerdən altı mərtəbəli ev hündürlüyündə qaldırılmış süni meydan tikilmişdi. Bu meydan 6 cərgə pilləvari terras (səki) qalxırdı. Kərpicdən tikilən sıra tağlar üzərində qurulmuş bu terraslardan hər birinin üstünə torpaq tökülmüş və burada bağ salınmışdı. Pilləvari bağları əmələ gətirən bu terraslar yuxarıdakı sarayla birlikdə nəhəng bir dağa bənzəyirdi.Yüzlərlə qul gecə-gündüz dəri tuluqlar asılmış nəhəng çarxları fırladaraq, Fərat çayından asma bağlara su qaldırırdı.
3-cü möcüzə Artemidanın Efes şəhərindəki məbədi
Qədim yunan ilahəsi Artemidanın Asiyanın Efes şəhərindəki məbədi dünyanın üçüncü «möcüzəsi» sayılırdı. Bu məbəd təxminən 120 ilə tikilmiş və eramızdan əvvəl təqribən 550-ci ildə hazır olmuşdu. Məbəd özünün gözel naxışları və qiymətli əşyaları ilə məşhur idi. Eramızdan əvvəl 356-cı ildə Herostrat adlı bir nəfər şöhrətlənmək istəyərək, məbədi yandırmışdı. Bundan sonra Herostratın adı mənasiz barbarlıq rəmzi olmuşdur.
4-cü möcüzə Olimpiyadakı məbəddə Zevsin heykəli
Yunanıstanın cənubunda, Olimpiya oyunlarının vətəni olan Olimpiyadakı məbəddə qədim yunanların baş allahı Zevsin heykəli vardı. Böyük heykəltaraş Fidi tərəfindən təxminən 2500 il bundan qabaq, eramızdan əvvəl 5-ci əsrdə yaradılmış bu heykəl dördüncü «möcüzə» idi. Qızıldan, fil sümüyündən ve qarağacdan düzəldilib qiymətli daş-qaşlarla bəzədilmiş 14 metrlik nəhəng heykəl Zevsi taxtda oturmuş vəziyyetdə təsvir edirdi. Onun başında qızıldan düzəldilən zeytun budaqlarından hörülmüş çələng (bu, zəhmli allahın sülhsevər olmasına işarə idi) vardı. Zevsin başı,qolları,sinəsi fil sümüyündən yonulmuşdu.Saqqalı qızıldan idi. Fidi Zevsə nəcib insan görkəmi vermişdi. Zevsin saqqalı haşiələnmiş, sifəti təkcə ciddilik yox, həm də xeyirxahlıq təsiri bağışlayırdı.
5-ci möcüzə Halikarnasda Mavsolun məqbərəsi
Beşinci «möcüzə» Asiyada Kariya padşahlığının paytaxtı Halikarnasda (Türkiyənin indiki Bodrum şəhəri) olmuşdur. Bu, Kariya padşahı Mavsol üçün onun dul arvadı Artemisiyanın eramızdan əvvəl 4-cü əsrin ortalarında tikdirdiyi əzəmətli məqbərə idi.Məqbərənin birinci yarusu ağ mərmərdən relyef zolağı əhatə edirdi, ikinci yarus yaraşıqlı mərmər sütunlardan, üçüncü yarus isə ehram şəkilli mərmər damdan ibarət idi. İkinci Mavsol və Artemisiyanın mərmər heykəlləri olan dörd atlı araba Halikarnas məqbərəsini tamamlayırdı (Mavsolun ve Artemisiyanın heykəlleri məqbərənin digər bəzək şeyləri Londondakı Britaniya muzeyində saxlanılır. Mavsolun adından «mavzoley» sözü yaranmışdı.
6-cı möcüzə Rodos nəhəngi
Eramızdan əvvəl 3-cü əsrdə sərkərdə Demetri Rodos adasına hücum edir. Lakin Demetri azadlıqsevər rodosluları məğlub edə bilmir. Adanın uğurlu müdafiəsi şərəfinə rodoslular adada dunyanın ən böyük heykəlini qoymağa qərara alırlar.Heykəltaraş Xarosun yaratdığı və «Rodos nəhəngi» adlanan bu heykəl altıncı «möcüzə» idi. Dənizdə şəhər darvazaları arasındakı bazar meydanında qoyulmuş 36 metrlik tunc heykəlde gənc oğlan təsvir olunmuşdu. Onun möhkəm ayaqları azacıq aralanmış, sağ əli gözlərinin üstuüə qaldırılmışdı. Başında günəş şüalarının rəmzi olan tac vardır. Bu, günəş allahı Heliosun təsviri idi. Ada sakinləri onu öz himayəçisi sayırdılar.
7-ci möcüzə İsgəndəriyyədəki mayak
Eramızdan əvvəl təqribən 280-ci ildə Nil çayının mənsəbindəki Faros adasında (İsgəndəriyyə şəhərinin kənarında) memar Knidli Sostrat qədim Yunanıstanın ən böyük mayakını tikmişdi. Dünyanın yeddinci «möcüzəsi» sayılan bu qüllənin hündürlüyü 120 metrdir. Onun zirvəsindəki daş köşkdə gəmilərə yol göstərən tonqal yanırdı.
Bu yaxınlarda internetdə 100 milyondan çox adamın iştirak etdiyi Müasir dünyanın «yeddi möcüzəsi» də seçilib:
Böyük Çin Səddi,
Hindistanda Tac Mahal mavzoleyi,
Roma Kolizeyi,
İordaniyada qədim Petra şəhəri,
Rio-de-Janeyro (Braziliya) üzərində ucalan İsa heykəli
inklər məxsus abidələr – Maçu-Pikçu (Peru)
mayya hindu sivilizasiya abidəsi — Çiçen-İtsa (Meksika).
Məsləhət gördüyümüz kitab:
Elçin Ələkbərzadənin «Dünyanın 7 möcüzəsi və 33 mözüzə insan» kitabında dünyanın 7 möcüzəsi: Misir piramidaları, Zevsin Olimpdəki heykəli, Semiramidanın asma bağları, İskəndəriyyə mayakı, Qalikarnas mavzoleyi, Rodosda geliosun 36 metrlik bürünc heykəli və Efesli Artemidanın məbədi haqqında təfərrüatı ilə məlumat verilmişdir. Bundan əlavə qeyri-adi, möcüzəvi qabiliyyətlərinə görə adları tarixə düşmüş 33 möcüzə insan haqqında müfəssəl informasiya yer almışdır.
Mənbə. kayzen.az