Cristiano Ronaldonun nece yasi var?

Cristiano Ronaldonun nece yasi var?

Cristiano Ronalda 1985-ci il Fevral ayının 5-də Portuqalyada anadan olmuşdur.

Cristiano Ronaldonun Həyatı

Ronaldo karyerasına gənc oyunçu kimi Andorinha klubunda başlamışdır. 2 ildən sonra C.D. Nasional klubuna keçmişdir. 1997-ci ildə Portuqaliya nəhəngi olan Sportinq Lissabon klubuna keçid almışdır. Ronaldunun gözəl oyunu Mançester Yunaytedin məşqçisi olan Aleks Ferqyusonun diqqətindən yayınmadı, elə 2003-cü ildə Kriştianu £12.24 milyon funt-sterlinqə (€15 milyon) Mançesterə transfer olundu. Növbəti mövsümlərdə o ilk mükafatını FA Kubokunuqazandı. Ronaldu 2007-ci ildə 4 ümumi PFA və FWA mükafatını alan ilk futbolçu oldu. 2008,2013,2014,2016-cü illərdə Qızıl top mükafatını qazandı.Ronaldu həmçinin bu mükafatın 2007, 2009, 2011.2012 və 2015-ci illərdə keçirilən müsabiqələrində ikinci yeri almışdır. Kriştianu həmçinin 2008,2011,2014,2015-ci ildə Avropa Qızıl Butsi Mükafatının sahibi oldu və bu mükafatı 4 dəfə qazanan ilk və hələki tək futbolçudur. Ronaldu 2008-ci ildə dörd əsas PFA and FWA kuboklarından hesab olunan FIFPro İlin Futbolçusu, World Soccer İlin Futbolçusu, Onze d'Or və FİFA Dünyada İlin Futbolçusu mükafatlarına layiq görülüb. 2008,2013 və 2014-cü illərdə isə FYA İlin Futbolçusu adını qazandı. Ronaldu 2009-cu ildə FİFA Puskas Mükafatının ilk qalibi olmuşdur.Ronaldu Real Madrid tarixinin ən qolçu oyunçusudur.O həmçinin UEFA Çempionlar Liqası tarixindədə ən çox qol vurmuş futbolçudur.Potuqaliya yığmasında 132 oyunda 61 qol vuran Ronaldu yığma tarixində ən çox oyun keçirmiş və ən çox qol vurmuş oyunçudur.Kriştianu Ronaldu çıxış etdiyi Real Madrid klubunun heyətində 2011-12 mövsümündə bütün klubların qapısına yol taparaq,bir mövsüm ərzində bütün komandalara qol vuran ilk futbolçu olmuşdur.Ronaldu hələ 23 yaşındaykən çıxış etdiyi Mançester Yunayted klubunun heyətində çempionatın bombardiri olmuşdur və dünya futbol tarixində 31 qolla bombardir olan ilk və tək sol cinah yarımmüdafiəçisi kimi də adını tarixə yazdırmışdır.Kriştianu futbol tarixində 4 fərqli Avropa Çempionatında qol vuran yeganə futbolçudur,həmçinin 9 qolla Avropa Çempionatı tarixində ən çox qol vurmuş oyunçudur.Portuqaliyalı 2004,2006,2008,2010,2012,2014,2016-cı illərdə keçirilmiş Dünya və Avropa çempionatlarında qol vurmaqla,7 fərqli böyük turnirdə qol vurmuş tək futbolçu olmuşdur.Kriştianu Ronaldu 21-ci əsrin bombardiridir.Belə ki,müasir futbolda bütün futbolçular qol sayına görə portuqaliyalı "Futbol Kralı"ndan geridə qalır. Ronaldu hal hazırda əksər futbol mütəxəsisləri tərəfindən dünyanın ən yaxşı futbolçusu kimi qiymətləndirilir və bir çox futbol şərhçiləri,idman yazarları və mütəxəsislər tərəfindən futbol tarixinin gəlmiş keçmiş ən nəhəng oyunçularından biri kimi qəbul edilir.Kriştianu təkcə hələ Real Madriddə 403 qol vurub .
568 Views