En çox Oskar alanlar

En çox Oskar alanlar

Ən çox «Oskar» alan sənətçi Ketrin Hepbörn (dörd dəfə "Ən yaxşı aktrisa" nominasiyasına görə) olmuşdur. Rejissorlardan isə bu rekord göstərici Con Fordaməxsusdur (4 dəfə). «Oskar» tarixində yalnız aktyorlar Tom Henks və  Spenser Treysi iki il ardıcıl mükafata layiq görülüblər. Tom Henks 1993-cü ildə «Filadelfiya», 1994-cü ildə «Forrest Qamp» filimlərinə görə, Spenser Treysi isə 1937-ci ildə «Cəsur kapitanlar» və 1938-ci ildə «Cavan oğlanlar şəhəri» filmlərinə görə «Oskar» mükafatı almışdı. Məşhur gülüş ustası, kinoaktyor Bob Houp 18 dəfə «Oskar» mükafatının təqdimetmə mərasimini apararaq rekord göstərmişdir. Bu vaxta qədər ən çox «Oskar» mükafatına «Uolt Disney» şirkəti layiq görülmüşdür. İlk «Oskar»ını 1932-ci ildə Mikki Mouse cizgi filminə görə almışdır. Bundan sonra şirkət, demək olar ki, hər il mükafata layiq görülür. Bu vaxta qədər şirkət 59 dəfə mükafata namizəd olsa da, 26 dəfə ona sahib ola bilmişdir. 1950-ci ildən «Oskar» mükafatına layiq görülən aktyor və ya aktrisa onu auksionda bir milyondan ucuz qiymətə sata bilməz. «Ben Qur» (1959), «Titanik» (1997) və "Üzüklər hökmdarı: Kralın qayıdışı"(2003) filimlərinin hər biri «Oskar» mükafatına 11 dəfə layiq görülmüşdür. Namizəd göstərildiyi bütün nominasiyalar üzrə qalib olan yeganə film Üzüklər hökmdarı: Kralın qayıdışı"(2003) olmuşdur. "Oskar" mükafatına layiq görülən ən məşhur ailə rejissor Con Xyüstonun ailəsidir. O, "Syerra Madre" filminə öz atası Uolteri çəkmiş və Uolter əh yaxşı aktyor kimi "Oskar" mükafatına layiq görülmüşdür. Sonralar o, "Pritsi ailəsinin şərəfi" filmiə qızı Anjelika Xyüstonu çəkmiş və Anjelika da ən yaxşı ikinci plan qadın roluna görə bu yüksək mükafata layiq görülmüşdür, rejissorun özü də Amerika kinoakademiyasının bu yüksək mükafatının laureatıdır. Bu vaxta qədər yalnız üç film beş nominasiyada «Oskar»a layiq görülərək «Oskarın böyük beşliyi»nə düşmüşdür. Bu, Bir gecədə (1934), Ququ quşu yuvasının üzərindən uçarkən(1975) və Quzuların səssizliyi (1991) filmləridir.
568 Views