2018-ci ilin ən çox satılan kitabları - FOTO

2018-ci ilin ən çox satılan kitabları - FOTO

“Amazon” 2018-ci ildə  “Amazon.com”, “Audible.com” və “Amazon Books” mağazalarında ən çox satılan  elektron və səsli bədii kitabların reytinqini dərc edib. Amerikalı fantast yazıçı və ssenarist Ernerst Klaynın 2011-ci ildə nəşr olunan “Birinci oyunçu hazırlaş” (Ready Player One) kitabı siyahıya başçılıq edir. Siyahını və kitabların annotasiyalarını təqdim edirik. 1. “Birinci oyunçu hazırlaş!” (Ready Player One)   - Ernest Klayn Romanda hadisələr uzaq 2045-ci ildə cərəyan edir. Dünya xaosa bürünüb, sivilizasiya süqut astanasındadır. İnsanlar xilasolma yolunu yalnız OASİS oyununda – ümumdünya virtual reallığında görür. Onun yaradıcısı dahi və eksentrik Ceyms Hollidey ölümündən əvvəl unikal vəsiyyət qoyur. Onun bütün varidatı rəqəmsal “pasxa yumurtasını” tapacaq geymerə nəsib olacaq. Milyarder “yumurtanı” OASİS-in əlçatmaz nöqtəsində gizlədib... 2.  “Hər yer od içində”– (Little Fires Everywhere) -  Selesta İnq Klivlend ştatının Şeyker Hayts qəsəbəsində hər şey ideal şəkildə planlşdırıb: şüşə kimi asfalt yolları, rəngləri ilə harmonik atmosfer yaradan evləri və hər sahədə bir addım öndə olan uğurlu sakinləri var.  Mükəmməl şəhər tipli qəsəbəyə baş qəhrəman – rəssam və tənha ana Enter Mia Uorren yeniyetmə qızı Pörllə köçür. Sirli keçmişi olan  Enter və qızının “ipə-sapa yatmayan” davranışları və həyat tərzi  qəsəbənin ideal düzənini təhlükəyə salır... 3. “Pəncərədən güdən qadın” (The Woman in the Window) - A. J. Finn Əsərin baş qəhrəmanı Anna Foks Nyu-Yorkdakı xudmani evində tənha yaşayır. Şənliklərdə iştirak etmək, əyləncə dünyasına baş vurmaqla heç arası yoxdur. Günün böyük hissəsini evdə televizor arxasında şərab içməklə keçirir. Köhnə filmlər onu bezdirəndə keçmiş saədətli günlərini xatırlayır və qonşularını pusmağı sevir.  Qonşu binaya Rassellər ailəsinin köçməsi ilə həyatı 180 dərəcə dəyişir. Günlərin birində növbəti dəfə pəncərədən onları güdən zaman gördüyü şey Annanı şoka salır. Onun “ev dünyasının” təməlləri sarsılmağa başlayır, bütün sirrlər tədricən “çılpaq” şəkildə üzə çıxır. 4. “Prezident itkin düşüb” (The President is Missing) – Ceyms Patterson və Bill Klinton Amerikanın düşmənləri ABŞ-a misli görülməmiş hücum həyata keçirməyi planlaşdırır. Vaşinqton qorxu və təlaş içindədir. Hər yerdə “kiber-terror”, “casusluq” pıçıltısı eşidilir, nazirlər kabinetində düşmənə işləyən xainin olduğu ilə bağlı şayələr yayılır.  Hətta prezidentin özündən də şübhələnməyə başlayırlar. Bu qeyri-müəyyənlik və xaos əsnasında Ağ Ev rəhbəri itkin düşür… 5. “Harri Potter və Fəlsəfə Daşı” (Harry Potter and the Sorcerer’s Stone) Coan Roulinq On bir yaşlı yetim Harri Potter xalasının ailəsində yaşayır, özünün əsl cadugər olması isə ağlına belə gəlmir. Lakin günlərin bir günü bayquşun onunçün gətirdiyi məktubdan sonra Harri Poterin həyatı büsbütün və həmişəlik dəyişir… Qeyd edək ki, bundan başqa siyahıya  Kristina Hannanın “Böyük Tənhalıq” (The Great Alone), Stiven Kinqin “Qərib” (The Outsider), Liza Uinqeytin “Sənin olmazdan əvvəl” , Kevin Kvanın “Dəlisov Zəngin Asiyalılar”, Marqarit Etvudun “Damazlıq qızın hekayəsi” kitabları daxil edilib. Mənbə. oxu.az
568 Views