Adam ol, atan kimi eşşək olma!

Adam ol, atan kimi eşşək olma!

  Osmanlının məşhur tarixçi Əbdürrəhman Şərəf Bəy, Galatasaray Litseyində tarix dərsləri keçirmiş. Əbdulhəmid cahil və mədəniyyətsiz paşalardan birinin uşağına sinifdə hər kəsin içində: - Adam ol, atan kimi eşşək olma, deyər. Uşaq müəllimin bu sözünü dərhal atasına yetişdirər. Paşa çox hirslənər. Müəllimin həddini bildirmək üzrə məktəbə gedər. Müəllim, müdirin otağına çağırılar. Paşa hiddətlə: - Hocaəfəndi, mən bir paşayam. Mənə eşşək deməyə nə haqqınız var, nə cəsarətdir bu?- deyər. Əbdürrəhman Şərəf Bəy: - Nə əlaqəsi var paşam. Mən elə bir şey söyləmədim. Həm sizi tanımam ki, deyər. Paşa: - Bəli söyləmisiniz. Tələbəniz olan oğuluma, "Adam ol, atan kimi eşşək olma!" -demisiniz. Əbdürrəhman Şərəf Bəy: - Həəə... Bəli... Uşağınızı dərsini çalışmadığı üçün danladım. Lakin sözlərimlə sizə təhqir etmədim. Əksinə sizi nümunə göstərdim. Adam ol atan kimi!... Eşşək olma, dedim -deyər. Paşa söyləyəcək söz tapa bilməz. Müəllimə təşəkkür edərək məktəbdən ayrılar. Mənbə. kayzen.az
568 Views