Bakı Müsəlman Qız Məktəbi

Bakı Müsəlman Qız Məktəbi

zeynalabdin Tağıyev ile ilgili görsel sonucuIII Aleksandr sağ olanda Azərbaycan milyonçularından olan Zeynalabdin Tağı oğlu Tağıyev ona ərz-hal yazıb, müsəlman qızlarının öz ana dillərində oxumaları üçün Bakıda məktəb açmaq üçün icazə istəyir. III Aleksandr bu xahişi rədd edir. O öləndən sonar II Nikolay taxta çıxır. Tacgüzarlıq mərasimi münasibəti ilə Hacı senatorun vasitəçiliyi ilə Nikolayın arvadı Aleksandra Fyodorovnaya çox bahalı hədiyyə çatdırır və  eyni zamanda Bakıda qız məktəbi açmaq barədə təkrar xahişnamə göndərir və rica edir ki, rus-müsəlman qız məktəbinə Tsaritsa Aleksandra Fyodorovnanın adı verisin.  Iki ildən sonra 1896-cı ildə qız məktəbi açmağa icazə verilir. Tağıyev məktəb binasının layihəsini mahir memar Qoslavskiyə tapşırır.1898 -ci ildə tikməyə başlayırlar. 1900 -cu ildə bina hazır olur. Bu məktəb indiki Azərbaycan Elmlər Akademiyasının Əlyazmaları fondunun binası idi. Tağıyev müsəlman qaraguruhçuları işə mane olmasın deyə iki nəfərə məktub, pul və hədiyyələr verib, müqəddəs hesab edilən yerlərə - Məkkəyə, Mədinəyə, Kərbəla, Xorasan , Qahirə, İstambul, Tehrana və s yerlərə  göndərirrvə tapşırır ki, oradakı mötəbər, rəsmi din xadimlərindən imza və möhürlə təsdiq edilmiş rəsmi sənədlər alsınlar ki, müsəlman qızları oğlanlar kimi şəriət məktəblərindən başqa müasir məktəblərdə təhsil ala bilərlər və burada xilaf heç bir şey yoxdur. Lakin müsəlman qızları üçün müasir məktəbin açılma xəbəri şəhərə vəlvələ salır, hamı hər yerdə ancaq bu haqqda danışır. Qaraguruhçu iri əmmaməli , qara əbalı din xadimləri , tapancalı , xəncərli qoçular ortaya çıxıb ismətdən - nisvandan danışıb, Qurandan ayələr, peyğəmbər, xəlifə və imamlardan hədislər  və sübüutlar gətirərək bu işi küfr adlandırıb, Hacı Zeynalabdin Tağıyevi dindən kənar əməllərdə günahlandırırdılar.   Hacı Zeynalabdin Tağıyev müsəlmanların müqəddəs ziyarətgahlarındakı nüfuzlu din xadimlərinin möhürlə təsdiq etdikləri rəsmi sənədləri əsas göstərərək başa salmağa çalışırdı ki, qızların elm oxumaları çox vacib və lazımdır. Din xadimləri daha da coşurlar. Bu dəfə hacı Zeynalabdin özü danışmağa başlayır: " Camaat, qızlarımızın zəmanə dərslərini oxumaları vacibdir: gözləri açılar, külfətdə rəftarları xoş olar...İngilistana, Germaniyaya, Firəngistana  gedib oxuyan cavanlarımızın hərəsi  oradan qollarına bir arvad keçirib gətirir , çünki qızlarımızla məcazları tutmur. Əcnəbi arvadlarından olan uşaqlar öz-özlərinə olurlar, mürtəd və bütün varidatımıza sahib olurlar. Quransız, namazsız və şəriətsiz.  Təzə məktəblərdə qızlarımıza  ehkami-şəriyyə, paltar tikmək, toxuculuq , mətbəx işləri , müsəlman və rus dillərində oxuyub - yazmaq, elmi-hesab, tifillərə tərbiyə vermək öyrədiləcək. Burda pis şey var?! Molla Əli Hacı Xəlil oğlu! Qulaq as! Mən qızlarımızı ismətsiz etmək istəmirəm, naməhrəmlə üzü açıq olmağa çağırmıram. Srağa gecə ortayaşlı ortancıl qızın sancılanmışdı, az qalmışdı ölsün. Lopabığ Ambarsum həkimi gətizdirdin, qızı ölümdən qurtardı. Indi de görüm, lopabığ Ambarsumun  əvəzinə müsəlman arvad həkimi olsaydı , hansı şəriətə daha uyğun olardı? Arvad həkimlərinə, müəllimlərinə ehtiyacımız çoxdur." Sabahı gün şəhərdə abır-həya pərdəsi altında qeylü-qal qopur, qoçular şəhərlərə tökülüşüb, dikdaban ayaqqabı geyinmiş müsəlman qız və qadınların tufli və çəkmələrini çıxartdırıb, əvəzinə zorla nəleyin geyindirirdilər; azca üzü açıq olanların başlarına iri , qara çadra örtürdülər; mane olmaq istəyənləri, danışanları ölümlə hədələyirdilər. Qızlarını təzə məktəbə oxumağa göndərənlərin evinə soxulur və öldürürdülər; o cümlədən içərişəhərli Axund molla Ruhullanın evinə  zorla girib namaz üstündə kişini qətlə yetirmişdilər ki, birdən - birə iki qızını "şkola" yollayıb. Hökümət məmurları belə biabırçılığa kənardan tamaşa edirdilər və deyirdilər ki, biz din-məzhəb işlərinə qarışmırıq. Qızlara belə məsləhət görürlər ki, çarın arvadı Aleksandra Fyodorovnaya bir teleqram göndərin, minnətdarlığınızı bildirin ki, sizə məktəb açmağa icazə verib və razı olub ki, məktəbinizə onun adı verilsin. Iki gündən sonra  Aleksandra Fyodorovna qızlara teleqramla cavab yollayır, yeni açılmış məktəbdə əla oxuyub, Vətənə və cəmiyyətə faydalı olmalarını , həyatda xoşbəxt olmalarını arzulayır. Bu teleqramla bütün mübahisələr və müsəlman məktəbinin taleyi birdəfənlik həll edilir. ... Məktəbə 58 qız qəbul edilmişdir. Onlardan 35 nəfəri kasıb ailələrin qızları idi və təhsil haqqından azad edilmişdilər, geyim və yeyib-içmələrinin xərcini Tağıyev şəxsən ödəyəcəkdi. Məktəbin açılışına sevinənlərdən biri də Həsən bəy Zərdabi idi. Qız məktəbinin birinci müdirəsi Hənifə xanım Məlikova (Həsən bəy Zərdabinin həyat yoldaşı) idi.   Bütün bu çətinlik və məşəqqətlə dolu olan yolda Zeynalabdin Tağı oğlu Tağıyev Bakı Müsəlman Qız Məktəbini açmağa nail oldu. Bu o dövr üçün böyük uğur idi. Mənbə: Manaf Süleymanov  " Eşitdiklərim, oxuduqlarım, gördüklərim" Məlumat. kayzen.az
568 Views