Əllərinizə öskürməyin
Yoluxucu xəstəliklərin artdığı bu günlərdə sağlamlığı qorunmağın ən asan və ən sadə əlləri yumaqdır. Sadəcə əl yuyaraq qış mövsümündə yaranan xəstəliklərdən, bir çox virus və mikrobdan qorunmaq mümkündür.
Tabloid.az Türkiyədə aparılan araşdırmalara əsasən, xəbər verir ki, xəstəliyin qarşısının alınmasında və infeksiyaların yayılmasında əllərin rolu böyükdür. Uşaqlarınızın, özünüzün və bütün ailənizin qış boyu heç xəstə olmasını istəmirsinizsə, əllərinizi tez-tez yuyun. Ebola virusundan vərəmə, bronxit, tonsilit deyilən boğaz infeksiyasından, konyuktiv adı verilən göz iltihabına qədər, məxmərək, qızılca, soyuqdəymə və qrip kimi xəstəliklərdən qorunmağın ən mühüm, ən təsirli, asan, zəhmətsiz və ən ucuz yolu əl yumaqdır.
Üzdəki T bölgəsi gözlərin, burunun və ağızın əl ilə görüşünün mühüm yeridir. Çünki bütün tənəffüs yolu infeksiyaları bu yolla orqanizmə daxil olur. Bu infeksiyalardan qorunmaq üçün əlləri yumaq yenə də böyük rol oynayır.
4 sadə qaydaya riayət edərək həm özünüzü, həm də ailənizi, həm də müxtəlif xəstəliklərdən qorunmaq mümkündür.
1-ci əllərinizi kirli olan zaman və bir şey yeməzdən əvvəl mütləq yuyun.
2-ci əllərinizə öskürməyin.
3-cü əllərinizə asqırmayın.
4-cü əllərinizi gözlərinizə, burnunuza və ağzınıza qoymayın, hər hansı bir səbəblə toxunsaniz dərhal əllərinizi yuyun.
Mənbə. maide.az