HACI ZEYNALABDİN TAĞIYEV -in məhşur hekayələri

HACI ZEYNALABDİN TAĞIYEV -in məhşur hekayələri

1)Oğru

Bir nəfər Hacının yanına dəfələrlə gəlib, onun iş müdirlərinin birindən çuğulluq edir:  "Əli əyridir, sənin hesabına ikimərtəbəli mülk tikdirib, qardaşına da dükan açıb, fayton alıb, onu işdən qov" . Hacı gülümsəyib deyir:" Qalmağı məsləhətdir. O, nə lazımdır hamısını eləyib, bundan sonra işləyəck, onu çıxardıb, başqa adam götürsəm, o da köhnənın elədiklərini yenidən başlayacaq. Qalmağı məsləhətdir!"

2)Erməni

Bir gün Bakı varlıları Hacıya şikayət edirlər ki, şəhərin aşağı məhəllələrində ermənilər mülk tikdirirlər, tədbir görün, qabağını alın! Hacı deyir:" Qoy tiksinlər, qabağını almaq lazım deyil, yeri düşəndə mən özüm onları şirnikləndirirəm ki, tiksinlər. Mülk yerdə qalacaq , heç kəs gedəndə mülkü dalına şəlləyib apara bilməyəcək.Aramyanı görmədiüz, şahanə saray tikdirdi, özü getdi, mülk qaldı ,xanəndə Seyidə qismət oldu. Su gedər, qum qalr."  

3)Balıq

Bir neçə adam küçədə Hacıya rast gəlir. Hacı soruşur: "Nə var , nə  yox?" Deyirlər ki: "Hacı neçə gündür şəhərdə bir dənə də olsun təzə balıq tapılmlr. Kömək eləyin.". Hacı deyir : "Arxayın olun, bu günlərdə şəhərə təzə balıq gətirərlər." Sabahı günü faytona minib gedir vətəgələrindən  birinə. Balıqçılar Hacını görüb əl-ayağa düşürlər, can - başla işləməyə başlayırlar. Hacı təzə tutulmuş çapalayan bir balığı gətizdirir, barmağındakı brilliant üzüyü məftillə balığın quyruğuna bənd edir və dənizə tullamağı əmr edir. Bu xəbər tezliklə bütün vətəgələrə yayılır. Bütün balıqçılar quyruğunda brilliant üzük olan balığı tutmağa cəhd edir. Iki gündən sonra şəhər bazarlarında şamayı, kütüm, som, sazan, çapağ, leş, osetrin, sevryuqa, qızıl və ağ balıq gətirirlər ki, tərpənmək olmur.

Tagiyev4)Restoran

Hacı Zeynalabdin Tağıyev, Almaniyada səfər zamanı orada yerləşən bahalı restoranlarından birinə rast gəlir. Restoranın görünüşünü çox bəyənib orada nahar etmək qərarına gəlir. Şəkillərdən də gördüyünüz kimi Hacının üzündə həmişə saqqal olardı və o restorana daxil olaraq künc masalarından birini seçərək əyləşir. Gözləyir… Ancaq xidmətçi ona yaxınlaşmır. Səbəb olaraq isə xidmətçi Hacının xarici görünüşünü görüb onu yoldan keçən və ya aşağı təbəqəli şərqdən gələn bir insan kimi qəbul edir. Sonda özü onu səsləmək qərarına gəlir. Səslədikdən sonra xidmətçi ona hay verir və indicə yaxınlaşacağını söyləyir. Hacı səbr edir, ancaq xidmətçi yaxınlaşmır. Qərara gəlir ki, restoranı tərk etsin. Belə də olur. Hacı gəldiyi kimi də nahar etmədən restoranı tərk edir. Bir müddətdən sonra restoran rəhbərliyi xəbər tutur ki, onların saqqallı və şərq görünüşlü qonağı Bakıdan gələn bir millionerdir. Cəld ağanın arxasınca bir elçi göndərirlər. Ağanı restorana gətirərək ondan üzr istəyirlər və onunçün 20 nəfərlik bir masa açıb müxtəlif təamlarla bəzəyirlər. Hacı soruşur: — Bu masanın bir günlük qiyməti nə qədərdir? — Rəhbərlik hesablayır və cavab verir. — Bəs 1 həftəlik? — Yenə hesablayıb cavab verirlər. — Bəs 1 aylıq? ... — Bəs 1 illik? — Bəs 100 illik? Rəhbərlik suallardan son dərəcə çaşqın olsalar da hesablayıb cavab verirlər. Hacının sualları əbəs olmur. O, restoran rəhbərliyi ilə 100 illik müqavilə imzalayır və müqavilədə qeyd olunur ki, 100 il ərzində bu restorana gələn hər bir azərbaycanlı bax, elə belə bir masa ətrafında təmannasız yeyib-içə bilsin. Və belə də olur. Həmin restoran 100 ilərzində ora daxil olan azərbaycanlılara təmənnasız qulluq edir və yalnız 2011-ci ilinYanvar ayında- müqavilənin bitmə tarixində, Almaniya səfirliyi Azərbaycan səfirliyinə məktub yazaraq qeyd edir ki, 1911-ci ildə sizdən bir azərbaycanlı belə bir 100 illik müqavilə imzalamışdır. İndi aranızda bu müqaviləni uzadacaq biri varmı? Mənbə. kayzen.az
568 Views