Həzrət Məsumə (s.ə) niyə ailə qurmamışdır?

Həzrət Məsumə (s.ə) niyə ailə qurmamışdır?

Xanım Məsumənin ailə həyatı qurmaması ilə bağlı bir çox nəzərlər deyilmişdir. Onlardan ən yayılmış olanı budur ki, Həzrət Musa Kazim (ə) İlahi hikmətə əsasən vəsiyyət etmişdir ki, qızları ərə getməsin. Bu səbəbdəndir ki, İmamın (ə) qızlarının heç biri ailə həyatı qurmamışdır. Ümmə Səlimə adlı qızından başqa ki, Misirdə Qasim ibni Muhəmməd ilə ailə qurmuşdur. Bu mövzuda çətinliklər yaranan zaman Qasim and içir ki, evlilikdəki əsil məqsədi xanıma məhrəm olub, onu həccə aparmaq olmuşdur. Lakin bəzi mənbələr deyir ki, İmam Kazım (ə) qızlarının ərə getmək mövzusunu oğlu İmam Rzaya (ə) tapşırmışdır. İmam Kazım (ə) buyurmuşdur: “Əgər Əli (ə) istəsə, onları ərə verər, əgər istəməsə - verməz. Oğlum Əlidən (ə) başqa heç kəsin haqqı yoxdur ki, qızlarımı ərə versin”. Nə başqa qardaşlarının, nə əmilərinin və nə də dövrün sultanının. Bu sözlərdən belə nəticə çıxartmaq olmaz ki, İmam Musa Kazim (ə) heç bir qızının ərə getməsini istəməmişdir. Xeyr. Mümkündür ki, İmam (ə) bu mövzunu oğluna tapşırmış və onu qəyyum etmişdir. İmamın (ə) bu sözlərinin də böyük səbəbi var idi. Harunun (lən) dövründə insanlara o qədər təzyiq və xəbərdarlıq edirdilər ki, İmamın (ə) qızları ilə heç kəs evlənməsin. Bu səbəbdən də heç kəs İmamın (ə) qızları ilə evlənməyə cürət etmirdi. Harunun məqsədi – İmamın (ə) nəslini kəsmək idi. Bunun yollarından birini də onun qızlarını evlilikdən uzaqlaşdırmaqda görürdü. Əgər bu banular ailə qurmasaydı, İmamın (ə) nəsli azalar və onları aradan qaldırmaq da asan olardı. Buna görə də heç kəs İmamın (ə) qızları ilə evlənməyə cürət etmir və Harunun zülmündən qorxurdular. (Həvzəh) Digər tərəfdən, Harun (lən) İmamın (ə) qızlarının layiqsiz adamlarla ailə qurmasına çalışa bilərdi ki, Əhli-Beytə (ə) qarşı zülm edilsin. Buna görə də İmam Kazim (ə) elə buyuruş edə bilərdi ki, bunun qarşısı alınsın və ancaq İmam Rza (ə) bu işdə söz sahibi olsun.   Mənbə. deyerler.org
568 Views