İqlim fəlakətinin ilkin nəticələri açıqlanıb

İqlim fəlakətinin ilkin nəticələri açıqlanıb

“Xristian köməyi” ictimai təşkilatının hesabatına əsasən, iqlimin antropogen dəyişməsi nəticəsində yaranan ekstremal hava hadisələri zamanı minlərlə insan ölüb və ümumilikdə, dünyaya on milyardlarla dollar zərər dəyib.   Bununla bağlı “BBC News” məlumat yayıb. Bildirilir ki, istixana qazlarının hava buraxılmasının davam etməsi gələcəkdə vəziyyəti xeyli çətinləşdirəcək. Mütəxəssislər zərəri bir milyard dollardan çox olan 10 təbii fəlakət seçiblər, onlardan dördünün hər birinin zərəri yeddi milyard dollardan çox olub. Ən çox zərər verən təbiət hadisələri “Florens” və “Mişel” qasırğaları (17 və 15 milyard dollar) olub. Yaponiyada 2018-ci ildə daşqınlarla yanaşı, güclü istilər olub. Daşqınlar zamanı 230 nəfər ölüb və ümumilikdə ölkəyə yeddi milyard dollardan çox zərər dəyib. İkinci yerdə “Cebi” qasırğası gəlir. Bu qasırğa zamanı 17 nəfər ölüb və Yaponiya 3,4 milyard dollar ziyan görüb. Avropada da isti və quraqlıq olub ki, bu da orta temperaturun artması nəticəsində 30 dəfə daha çox təsirli olub. Təşkilat nümayəndələrinin sözlərinə görə, onlar inkişafda olan ölkələrdə quraqlıq və okeanın səviyyəsinin qalxması nəticəsində həyat şəraitinin getdikcə pisləşməsini nəzərə almayıblar. Karbon dioksidin havaya atılması nəticəsində yaranan ekstremal vəziyyətdən çıxış yolu istixana qazlarının antropogen tullantılarının azaldılmasıdır. Mənbə .oxu.az
568 Views