Mahaçqalada sürücü pəncərədən yıxılan qızı xilas etdi - Video

Mahaçqalada sürücü pəncərədən yıxılan qızı xilas etdi - Video

Beş yaşlı Aişə anası mağazaya getdikdən sonra pəncərədən asılı qalıb. Bu an nahar fasiləsindən qayıdan Mahaçqalanın 4 saylı marşrut taksisinin sürücüsü Tahir Maqomedov və dispetçer Aydəmir Kuyduyevyaxınlıqdan keçirdilər. Qızcığaz 17 kq çəkiyə malik olduğundan Tahir və Aydəmir öz sağlamlıqlarını və həyatlarını təhlükəyə atıblar. Belə ki, Tahir nahar fasiləsindən qayıdarkən beş yaşlı qızın karnizdən əlləri ilə tutub asılı qaldığını görüb və Aydəmiri köməyə çağırıb. Aişəni tutmağa çalışarkən Aydəmirin əli çıxıb. Qızın isə ayaqları yerə dəydiyinə görə cüzi zədələr alıb. İki dost uşağı anasına təhvil verdikdən sonra yollarına davam ediblər.
Hazırda uşaq valideynləri ilə birlikdədir. Aişənin xilas olunma anı binada quraşdırılan videomüşahidə kamerasının yaddaşına həkk olunub. https://youtu.be/EklbQl96Lgg
568 Views