Yer kökünün faydaları

Yer kökünün faydaları

Ä°lgili resim
Gündə 1 ədəd yerkökü yemək orqanizmin güdəlik A vitamininə olan təlabatını artıqlaması ilə ödəyir. Belə nəticəyə yerkökü ilə bağlı araşdırma aparan alimlər gəliblər. Amma yerkökünün faydaları bununla bitmir.
1 orta ölçülü yerkökü və ya yarım stəkan doğranmış yerkökü 1 pay hesab olunub 30 kalori təşkil edir. Tərkibində 6 qr karbohidrat, 3 qr şəkər və 1 qr zülal var. Mükəmməl bir A vitamini qaynağıdır. Yerkökü beta karotenlə zəngindir. Bu maddə qaraciyərdə A vitamininə çevrilir.   Araşdırmalar nəticəsində məlum olub ki, yerkökü ağciyər, süd vəzi, prostat və bağırsaq xərçəngi riskini azaldır. Alimlər siqaret çəkib heç yerkökü yeməyən insanlarla, siqaret çəkib, amma həftədə bir və daha çox kök yeyən insanları müqayisə ediblər. Məlum olub ki, 2-cilərin ağciyər xərçənginə yoluxma halı 3 dəfə azdır.  Gənc oğlanlarda da beta karotinlə zəngin pəhrizlə qidalanmanın prostat xərçənginə yoluxmanı azlaltdığı məlum olub. Yerkökünün çiy şəkildə idtifadəsi isə qadınlarda süd vəzi xərçəngi riskini 5-8 faiz arası azaldır. Liflə zəngin tərkibi isə bağırsaq xərçəngi riskini 24 dəfəyədək azalda bilər.  Tərkibində olan beta karotin güclü antioksidantdır və hüceyrələrin yaşlanmasını yavaşladır. Yerkökünün tərkibində yalnız beta karotin deyil, həmçinin də alfa karotin və lütein də mövcuddur. Mütəmadi olaraq yerkökü istifadə etmək qanda olan xolesterinin səviyyəsini azaldır. A vitamini vücuddan toksinlərin atılmasında qaraciyərə kömək edir. Qaraciyərdə olan ödü və yağı azaldır.  Qlisemik indeksi yüksək bir tərəvəz olduğundan şəkər xəstələri kök şirəsindən və salatından bol miqdarda istifadə edə bilərlər.   Mənbə. Ölkə.Az
568 Views