Charlie Chaplin (Çarlis Spenser Çaplin)  kimdir

Charlie Chaplin (Çarlis Spenser Çaplin) kimdir

Çarli Çaplin (Çarlis Spenser Çaplin) 16 aprel 1889-cu il Londonda doğuldu, 25 dekabr 1977-ci il Veve-də (İsveçrə) vəfat etdi. Dünya kinematoqrafıyasında şöhrəti o qədər böyük və uzunsürən digər bir ulduz olmadı. Bu vaxt ərzində minlərlə başqa ulduzlar çıxdılar və söndülər. Amma o tamaşaçıların sevimlisi olaraq qalmağa davam edirdi. Nədə idi bu daimi məşhurluğun sirri? Çarli çox erkən yaşlarından atasız qalıb, elə erkən yaşlarından da səhnədə çıxış etməyə başlayıb. O, 18 yaşında Fred Karnonun pantomima truppasına dəvət aldı, hansı ki, 1913-cü ildə ABŞ-a qastrola getdilər.     Uşaq ikən Çarlinin anası psixiatrik xəstəxanaya yerləşdirilir və Çarli qardaşıyla birlikdə yetimxanaya göndərilir və 17 yaşına gəldiyində oradan ayrılır. Günlərlə, həftələrcə iş axtarır lakin heç bir iş tapa bilmir. Başını soxa biləcək bir yeri belə yox idi, Londonun küçələrində gecələyirdi. O qəzetlər satırdı, mətbəədə və şüşə üfürmə emalatxanasında işləyirdi. Çarli 16 yaşında sirkdə çalışmağa başlayır, burada ona həftədə 3 funt ödənilirdi. 1913-cü ildə Çarli ilk kinokontraktını imzalayır, həftəyə 1200$ qazanır, öz filmlərinin — ssenaristi, bəstəkarı və rejissoru olur (“Fasiləsiz gecə” – 1915; “Onun yeni peşəsi” – 1914; Avara – 1915; “Qadın” – 1915; “Sirk”- 1925; “Körpə” – 1923 və.s.). Bir az sonra Çarli 150 000 $ öz ayağı altına sığortaladı və 15 il sonra birinci “Oskarı” (1973-cü ildə — ikinci) aldı. Çarli Çaplin mavi gözlü və solaxay olub, hansı ki, ifa etdiyi skripkanı da sol əliylə çalırdı. Çaplinin ilk avtomobili 4900$-lıq surətli Locomobile avtomobili olmuşdur. Onun ən sevimli idman növü boks idi. “Böyük şəhərin alovları” filmində baş rolu ifa edən xanım Virciniya Çerrillə boks nümayişində tanış olmuşdular. Çaplin öz filmlərindən 10,5 mln $ qazandı. Çarli ilk dəfə eşqə 18 yaşında tutulur. Məşhur aktyor teatr-varyetedə özündən 3 yaş balaca olan xanım Xetti Kelliyə aşıq olur. Və elə 5-ci görüşdə ona evlənmək təklif edir: — Sizin gözəlliyiniz məni başdan çıxardı. Mənimlə evlənərsiz? —Amma mənim hələ 15 yaşım var – deyə Xetti cavab verdi. —Təəssüf, siz heç olmasa məni sevirsiz? — Siz mənim xoşuma gəlirsiz, Çarli…… — Deməli, sevmirsiz – deyərək Çarli restorandan qaçır.   Bu hadisədən sonra onlar görüşmədilər. Çarli vaxt tapan kimi qızın yaşadığı evin yanına onu görmək üçün gəlirdi, Amma heç vaxt nəsib olmurdu. 10 il sonra Xetti nüfuzlu bir insana ərə gedir. Çarlinin heç vaxt qadınlara münasibəti dəyişmir. Çaplinin çox hərəkətli bir həyatı olur. Dörd evliliyinin üçü filmlərinin baş rol oyunçularıyla, 1918-ci ildə Lita Grey və 1936-cı ildə Paulette Goddardla reallaşdırır. 1943-cü ildə yazıçı Eugene O’Neill’in qızı Ona O’Neill ilə evləndi. İlk iki boşanması və 1944-cü ildə özünə açılan atalıq iddiası sensassiya yaratdı. O sevgiyə və seksə görə saatlarla yad blokda dura bilirdi. Çarlinin həyatında az yaşlı xanımlar önəmli yer tuturdu: Msye Verdu, Una O`Nill və.s. 1923-cü ildə o 15 yaşlı Lillit Mak-Murreylə tanış olur. Şirniyyatda işləyən bu xanıma Çarli öz kinosunda mələk rolu təklif edir. Lillit razılaşır və özünə Lita Grey təxəllüsü götürür. Onların münasibəti çox coşğun idi. Yeni filmin çəkilişlərindən sonra Lita “təslim oldu”, o Çarliylə görüşdüklərini və birlikdə vaxt keçirdiklərini təsdiqlədi. ABŞ dövləti tərəfindən sıxışdırıldığına görə aktyor ölkəni tərk edir. Geri dönmə haqqının ABŞ Ədalət Nazirliyi tərəfindən araşdırılacağını öyrənincə 1953-cü ildə Cenevrədə bu haqqdan imtina etdiyini açıqladı. Bundan sonra ailəsiylə birlikdə İsveçrədə Vevedə yaşamağa başladı. 1957-ci ildə Londonda hazırladığı A King in New York (New Yorkda Bir Kral) komediyası mənasız televiziya reklamlarına və Amerikan tərzi həyatın başqa yanlarına istiqamətli tənqidlərlə dolu bir komediya idi. 1966-cı ildə baş rolları Marlon Brando və Sofi Lorenin oynadığı, özünün də həm ssenarisini yazdığı, həm də kiçik bir rolda göründüyü A Countess from Hong Kong filmini çəkildi. 1972-ci ildə Çarli Venesiyada sonuncu mükafatını aldı — “Qızıl Mükafat”. 1992-ci ildə R. Attenboro “Çaplin” adlı film çəkdi. Mənbə. Senet.az
568 Views