Davamına bax Oskar almış 15 dəqiqəlik animasiya filmi
“Cənab Morris Lessmorun fantastik uçan kitabları” (The Fantastic Flying Books of Mr. Morris Lessmore) qısametrajlı animasiya filmi 2011-ci ildə amerikalı yazıçı Uilyam Coys və Brendon Oldenburqun rejissorluğu ilə çəkilib. Filmin ssenaristi də Uilyam Coysdur. Animasiyanın xronometrajı 15 dəqiqədir. Film fantasmaqorik fəlsəfi pritça janrındadır.
https://youtu.be/Ad3CMri3hOs?t=4
Animasiya filminin baş qəhrəmanı – Morris Lessmor yazıçıdır. O, filmdə amerikalı komediya aktyoru Baster Kitonun prototipidir. Baster Kitonun həyat və yaradıcılığında olan bəzi məqamlar animasiyada istifadə olunub. Cizgi filmində təsvir olunan qasırğa ilə bağlı 4 maraqlı məqamı qeyd etmək istərdim:
- Komediya aktyoru Baster Kiton uşaqlıqda qasırğanın qurbanı olub. Güclü külək onu evin pəncərəsindən yerə yıxmış, lakin o sağ qalmışdı.
- Baster Kiton ikinci dəfə qasırğanın qurbanına çevrilir. Amma bu dəfə həyatda yox, filmdə. 1928-ci ildə “Steamboat Bill. Jr” adlı səssiz filmdə Baster Kitonun ifa etdiyi qasırğa səhnəsi bu animasiya filmi üçün ilham mənbəyindən biri olur.
- Animasiyada şəhəri viran qoyan fırtına “Oz ölkəsinin sehirbazı” (1939) filmində Kanzas şəhərində başlayan tornado səhnəsinin oxşarıdır. Onu qeyd edim ki, komediya aktyoru Baster Kiton da Kanzas şəhərində anadan olub. Filmdə bu cür əlaqəli məqamlar filmi daha da maraqlı edir.
- Qasırğa ilə bağlı 4-cü məqam 2005-ci ilin avqust ayında ABŞ-ın Luiziana, Alabama, Missisipi ştatlarında baş vermiş “Katrina” qasırğası ilə bağlıdır. Bu qasırğadan ən çox zərər çəkən isə Luiziana ştatının Nyu-Orlean şəhəri olmuşdu. Həmin vaxt, şəhərin demək olar ki, 80 faizi su altında qalmışdı. Animasiyada da fırtına Nyu-Orlean şəhərində baş verir.