Dünyanın ən əyləncəli on şəhəri – FOTO
Dünyanın ən əyləncəli hesab olunan 10 şəhərini təqdim edir:
1. Orlando – Disneyland ilə məşhur bu şəhər Yer üzündə uşaqlar üçün cənnət hesab olunur. O, Orlandonu dünyanın təkcə ən əyləncəli yox, həm də ən çox səyahət edilən şəhərlərindən biri edir.
Yaranma ideyası Uolt Disneyin ailəsi ilə gəzinti etdiyi zamana təsadüf edir. Karuseldə əylənən uşaqlarının nə vaxt bezəcəklərini dükanda oturub düşünən ata Uolt Disney həm uşaqların, həm də valideynlərin səmərəli vaxt keçirə biləcəyi park yaratmaq qərarına gəlir. Disney bütün ailə üçün istirahət yeri və istənilən yaşda olan insanların özlərini uşaq kimi hiss edəcəyi məkan yaratmaq istəyir. Şirkət tikintiyə 17 milyon dollar xərcləyib 10 dəfədən artıq gəlir əldə edir. Çəkdiyi maraqlı cizgi film və filmlərin hər biri burada əksini tapıb.
Hər tərəfi bürüyən rəngli xalçalar təkcə bəzək deyil, çəkilən fotoların parlaq və rəngli görüntü yaratmasına kömək olan vasitədir. “No Sad Kids” qaydası sayəsində park işçisi hansısa uşağın ağladığını görürsə, ona yerə düşən dondurma əvəzində yeni dondurma və ya digər sürprizlər təqdim edib gülümsəməsinə səbəb olur. Parkda həmçinin özünü cəmiyyət içində apara bilməyənlər üçün həbsxana var. Hər kəsin tanıdığı Mikki Mausu burada canlandıran şəxsin 290, Minni Mausun isə 200 kostyumu var.
2. Las Veqas – Kazino və əyləncə mərkəzi sayılan Las Veqas dostlarla əylənmək üçün hər cür imkanın olduğu şəhərdir.
İlk vaxtlar qəsəbə böyüklüyündə olan bu şəhərdən dəmiryolu keçirdi və qatarlar burada dayanırdı. Bu səbəbdən ətraf ərazilərdəki cinayətkarların daim maraq dairəsində olub. ABŞ dövləti qumarxanaların fəaliyyətini qanuniləşdirdikən sonra dövrün tanınmış mafiya rəhbəri Baqzi Sieql Las Veqası meqa-qumarxana mərkəzinə çevirməyə başlayır. ABŞ-da qumar oyunlarını tək məkanda birləşdirmək və rahat şəkildə idarə etmək məqsədi olur. 1940-cı ildən şəhərin əhalisi sürətlə artmağa başlayır. Hazırda bir çox attraksionlar və əyləncə vasitələri ilə məşhurdur. 15 dəqiqə içində avtomobildə evlənə bilmək xüsusiyyəti nəticəsində ABŞ-dakı evliliklərin 5 faizi burada baş tutur.
3. Rio-de-Janeyro – dəniz voleybolu və futbolu, sörfinq əyləncələri ilə dünya şöhrətli çimərliklər, samba, kaypirinya (yerli kokteyl), karnavallar ilə dünyadakı ən əyləncəli şəhərlər sırasındadır.
4.Berlin – Demək olar ki, Avropadakı ən ucuz pivə və rəqs mərkəzlərinə görə dünyanın ən maraqlı şəhərlərindəndir.
5. Nyu-York – Nyu-Yorkda darıxmaq deyə bir ifadə mövcud deyil. Heç vaxt yatmayan şəhər ifadəsi bura daha uyğundur. Dünyada ən yaxşı sayılan disko-barlarla yanaşı mədəni əyləncə mərkəzlərinin sayı da çoxdur.
6. London – London gecələri uzun zamandır, əfsanəvi hesab olunur. Rok konsertlər, fərqli şoular və teatr premyeraları ilə bəzənən şəhər dünyadakı ən əyləncəli şəhərlərdən hesab oluna bilər.
7. Barselona – Bu şəhərdə daimi bayram əhval-ruhiyyəsi insanı heç vaxt tərk etmir. Hər gün konsertlər, sərgilər, festivallar, paradlar keçirilir. Sanki heç kim işləmir, hər kəs əylənir.
8. Buenos-Ayres – “La Boca” kimi rəngli küçələr, bir çox premyera, tədbirlər, komediya, operalar ilə əyləncəli şəhərdir.
9. Tokio – Tokioya səyahətin özü macəradır. Orada ancaq qeyri-adiliklərlə rastlaşmaq mümkündür. Tokio həm də “şopoqolik”lər üçün cənnətdir.
10. Amsterdam – Sakinlərdən çox velosipedlərin olduğu bu şəhəri hər zövqə uyğun əyləncə həyatına sahib olması, bir çox festivala ev sahibliyi etməsi daha maraqlı edir.
Yazar.Nəzrin Həsənova
Mənbə.oxu.az