Kovboylar haqqında lətifələr

Kovboylar haqqında lətifələr

  1. Kovboy əlində tapança gedir. — İki kərə iki neçə edir? — Bilmirəm. — Part! Axmaqları sevmirəm! — İki kərə iki neçə edir? — Nəyinə gərək? — Part! Kobudları sevmirəm! — İki kərə iki neçə edir? — Neçə lazımdır? — Part! Yaltaqları sevmirəm! — İki kərə iki neçə edir? — Part! Hər şeylə maraqlananları sevmirəm!
  2. Texasda opera premyerası. — Ata, müğənni oxuyanda niyə yellənir? — Hərəkət edən hədəfi vurmaq çətindi, oğlum!
  3. Kovboylar yeməkxanada viski içir. Birdən oraya yaralı kovboy girir: — Özünüzü qoruyun – deyir və ölür. Heç kəs ona fikir vermir. Bu vaxt ikinci yaralı kovboy daxil olur: — Özünüzü qoruyun, Ağ Bill gəlir – deyib ölür. Yenə heç kəs fikir vermir. Bu vaxt üçüncü yaralı kovboy daxil olur: — Özünüzü qoruyun, Ağ Bill gəlir. Hamını öldürür və qarət edir. Kovboylar ayağa qalxmaq istəyəndə kandarda ağ paltarlı, silahlı bir kovboy görürlər: — Puularınız çıxarın, əllərinizi boynunuzun dalına qoyun – deyir o. Nə etməli? Pulları qoyurlar. Ağ geyimli kovboy pulları kisəyə yığıb deyir: — İndi özünüzü qoruyun, Ağ Bill gəlir.
  kovboylar 4.Co və Bill dağlarda gəzirlər. Billi ilan vurur. Co radiotelefonla həkimə zəng edir. Həkim deyir ki, zəhəri yaradan sormaq lazımdı. Bill soruşur: — Həkim nə dedi? — Dedi ki, öləcəksən! 5.Qoca kovboy ölür. Ətrafında qohumları, varisləri və həkim var. — Oğrular, yirtıcılar, qaniçənlər… – deyə o zarıldayır. Həkim deyir: — Hər şey qaydasındadır. O, hələ özününküləri yaxşı tanıyır... 6.İki kovboy rastlaşır. — İşlər necədi? — Pis. Arvadım ayağını sındırıb. — Axırı necə olacaq? — Güllələməli oldum.... 7.-Təəccüblənirəm, Luiza. Neçə ildi, Billə yaşayırsan, bir dəfə də dalaşmayıbsınız. — Toydan sonra Bill ilə rançodan qayıdırdıq. Birdən atın ayağı sürüşdü. Bill dedi: «Bir». At ikinci dəfə sürüşəndə Bill dedi: "İki". At üçüncü dəfə sürüşdü və Bill “üç” deyə qışqırdı və tapançanı çıxarıb atı öldürdü. Mən dedim: “Bill, sən nə etdin? Bizim ən yaxşı atımızı öldürdün!”. Bill dedi: «Bir». 8.Qoca kovboy gənc kovboyu həkimə göstərir: — Doktor, kürəkənimə kömək et. Dünən onun qıçından güllə ilə vurmuşam. — Bu, yaxşı deyil. Adam öz kürəkənini vurar? — Mən onu vuranda hələ kürəkənim olmağa razı deyildi. 9.Kovboy bara girib 15 butulka pivə sifariş verir: — Atım içmək istəyir! At içir, kovboy pulu ödəyir. Təəccüblənmiş barmen soruşur: — Bəs özünüz içmirsiniz? — Nə danışırsız? Mən sükan arxasındayam! 10.Vəhşi Qərbdə. — Ay yetim, al bu konfeti. — Mən yetim-zad deyiləm, o dee atam dayanıb.. Kovboy tapançanı çıxarıb kişini vurur. — Ay yetim, al bu konfeti . 11.Kovboyun atı ölür. O, düzün ortasında üç sutka piyada gedir. Bir də görür ki, bir bitulka var. Ordan bir cin çıxıb deyir: — Nə arzun varsa de, yerinə yetirim. — Evə getmək istəyirəm. Cin onun əlindən tutub dartır: -Getdik! Kovboy acıqlanır: — Mən evə tez çatmaq istəyirəm! — Onda qaçdıq...   Mənbə: Gülnarə Rəfiqin tərcümələri Mənbə.Kayzen.az
568 Views