Lev Davıdoviç Landau kimdir

Lev Davıdoviç Landau kimdir

«Bütün fiziki nəzəriyyələrin ali məhkəməsi təcrübədir» L.D.Landau L.D.Landau görkəmli Sovet nəzəriyyəçi-fizikidir. Lev Davıdoviç 1908-ci ildə Bakıda anadan olub. Onun atası mühəndis, anası həkim idi. 13 ya­şında olarkən orta məktəbi qurtaran Landau ali məktəbə daxil olmamışdan ali riyaziyyatı bilirmiş. Yaşı az oldu­ğundan Landau Universitetə qəbul olmaq üçün işini verə bilmir və ailəsinin məsləhəti ilə bir il Bakıda İqtisad Texnikumunda oxuyur. 14 yaşı olanda bu istedadlı gənc Azərbaycan Dövlət Universitetinə daxil olaraq eyni zamanda iki fakültədə təhsil alır: fizika-riyaziyyat və kimya.
1924-cü ildən etibarən Landau öz təhsilini Leninqrad Dövlət Universitetində davam etdirib 19 yaşında fizika fakültəsini bitirmişdir. 1927-ci ildə o, Leninqrad Fizika-Texnika institutunda aspiranturaya daxil olmuş və 1929-cu ildə bir çox xarici ölkələrdə /Almaniya, İsveçrə, Hollandiya, İngiltərə, Belçika, Danimarka/ ezamiyyətdə olmuşdur. Həmin dövrlərdə Landau bu ölkələrin adlı-sanlı alimləri ilə bilavasitə tanış olmuş və onların tədqiqat işlərinə böyük maraq və meyl göstərmişdir. Landau 1931-ci ildə vətənə qayıdaraq geniş tədqiqat işləri­nə başlayır və dövrün problem məsələləri üzərində işləyir. 1932-ci ildən 1937-ci ilə kimi Landau Xarkov Fizika-Texnika İnstitutunun nəzəri fizika şöbəsinə rəhbərlik edir. Burada, o, bərk cisimlərin nəzəriyyəsinə aid bir sıra fundamental işlər yerinə yetirir. 1937-ci ildə Lev Davıdoviç P.L.Kapitsa tərəfin­dən təşkil olunmuş fizika problemlər institutuna keçir. O, burada aşağı temperaturlar fizikası sahəsində mühüm təd­qiqatlar aparır və dünyada şöhrət qazanmış kəşflər edir. İfrat keçiriciliyin təbiətini aydınlaşdırmaqda müvəffəqiyyət qazanan ilk alim Landau olmuşdur. O, həmin institutda uzun müddət işləmiş və məşhur əsərlərini burada yazmışdır. Landau bütün dünyada məşhur olan «Nəzəri fizika» kitabının və başqa dəyərli kitabların müəllifidir. Onun əsərləri xaricdə: ABŞ-da, Yaponiyada, Çində, İngiltərədə, Polşada və başqa ölkələrdə çap olunmuşdur. Onun ən çox maraqlandığı sahə kvant mexanikası olub. Landau iki «qəribə» hadisəni — ifrat keçiriciliyi və ifrat axıcılığı-duru helium 2-nin dar kapillyardan sürtünmədən axmasını tutuşduraraq belə fikir irəli sürür ki, həmin hadisələrin bir-biri ilə qohumluğu var. İfrat keçiricilik maraqlı xüsusiyyətə malik mayenin-elektron mayesinin ifrat axıcılığıdır. Beləliklə, Landau 1941-ci ildə ifrat axıcılığın ilk nəzə­riyyəsini yaratmışdır. İfrat keçiricilik haqqında sonrakı nəzəriyyələrin yaranmasında onun ideyalarından istifadə olun­muşdur.Landaunun bu kəşfi fizikada bir sıra yeni istiqamətlərdə tədqiqat işlərinin aparılmasına səbəb olmuşdur. O, elmin bir çox müxtəlif sahələrində /bərk cisimlər fizikası, faza keçidləri nəzəriyyəsi, kosmik şüalar fizikası, nüvə nəzəriyyəsi, heliumun ifrat axıcılıq nəzəriyyəsi, hidrodinamika, sahənin kvant nəzə­riyyəsi və elementar zərrəciklər, Fermi mayesi nəzəriyyəsi və s./ dəyərli kəşflər etmişdir. Landaunun əməyi yüksək qiymətləndirilərək SSRİ EA-nın həqiqi üzvü /1946/ seçilmiş, 3 dəfə Dövlət mükafatına /1946, 1949, 1953/, Sosialist Əməyi Qəhrəmanı /1954/ adına layiq görülmüş, Lenin ordeni ilə təltif olunmuş, 1962-ci ildə isə Lenin mükafatı laureatı adı almışdır. Beynəlxalq miqyasda Landaunun elmi xidmətləri yüksək qiymətləndirilmişdir. O, İngiltərədə Kral Cəmiyyətinin, Danimarka və Niderland EA-nın, ABŞ Milli Elmlər Akademiyasının, Amerika Elm və İncəsənət Akademiyasının üzvü olmuşdur. 1960-cı ildə ona F.London adına mükafat və Maks Plank adına medal, 1962-ci ildə isə «İfrat axıcılığın nəzəriyyəsini verdiyinə görə» Nobel mükafatı verilmişdir. 1962-ci ildə Landau avtomobil qəzasından ağır zədələndiyinə görə elmi yaradıcılığını davam etdirə bilmir və 1968-ci ildə vəfat edir. Landau Nəzəri minimum adlı geniş əhatəli imtahan kursu işləmiş və tələbələri yalnız bu imtahandan keçdikdən sonra banisi olduğu Landau məkətəbinə qəbul olunurdular. İmtahan nəzəri fizkikanın bütün aspektəlırin əhatə edir və yalnız 43 nəfər bu imtahanı keçə bilmişdir,onlardan 11 donralar akademik olmuşdur.Onun teorminimiumunu vermək böyük nailiyyət sayılırdı. İkisi riyaziyyat,qalanı fizika olmaqla 11 sual verilirdi: riyaziyyatdan iki sual mexanika (механика) sahə nəzəiyyəsi (теория поля) kvant mexanikası (квантовая механика) statik fizika (статистическая физика) механика сплошных сред электродинамика сплошных сред kvant elektrodinamikası (квантовая электродинамика) Sualların tam siyahısı üçün http://chair.itp.ac.ru/index.php?sub=minimum ünvanına baxmaq olar. Mənbə Görkəmli fiziklər kitabı  kayzen.az Müəllif Fərhad Hacıyev
568 Views