Təqib olunan Çarli Çaplin

Təqib olunan Çarli Çaplin

Carli ABŞ-da yaşadığı müddətdə ciddi şəkildə FBI tərəfindən təqib edilib. Buna tab gətirməyən Çaplin nəhayət ki, ABŞ-ı tərk etmək məcburiyyətində qalır.

Ondan soruşanda ki, əgər ABŞ-da bir başqa adam prezident seçilərsə onda o qayıtmağa razı olarmı?.. Cavabında Çarli Çaplin deyir: — Bu gündən sonra ABŞ-da hətta İsa peyğəmbər özü gəlib prezident olsa da, o bir daha qayıdası deyil. Ekranda zavallı adam rollarında çıxış edən Çarli Çaplin həm dəöz müstəbid xarakteri və acıdilliyi ilə də məşhur idi. Bir dəfə o, öz itini gəzintiyəçıxarır. İt yaxında durmuş son dərəcə arıq bir qadına «sarmaşaraq» onu yalamağa başlayır. Çarli Çaplin qadından guya üzr istəyib: — Bağışlayın, madam, mənim itim heç vaxtı bu qədər sür-sümüyü bir yerdə görməyib. Məşhur kino aktyoru və rejissoru Çaplinə (1889-1975) müraciət edən bir fransız: «Cənab Çaplin, siz özünüzü Fransada necə hiss edirsiniz?»— deyə soruşduqda: «Pis hiss etmirəm, bəs siz özünüzü Fransada necə hiss edirsinız?»— deyə o cavab vermişdi. Menbe.senet.az
568 Views