Tualetdə mobil telefon istifadə edənlərə xəbərdarlıq — Sağlamlığınız təhlükədə
Müasir günümüzdə xüsusən də gənclərin bir çoxu tualetə girəndə mobil telefonlarını da özləri ilə aparırlar. Bəzən isə mobil telefona başı qarışanlar 30-40 dəqiqə vaxtını tualetdə keçirir.
İngiltərənin Surrey universitetinin mikrobiologiya fakultəsinin tələbələri mobil telefonlarla bağlı araşdırma aparıblar. Məlum olub ki, tualetə aparılan cib telefonu bu mühitdəki mikrobları özünə yığır və əl, ağız və dəri yolu ilə bizə təhlükə yaradır.
Mobil telefonlarda tualetlərə nisbətən 18 dəfə çox bakteriya olur. Universitetin alimi doktor Simon Park mobil telefonların rabitə vasitəsi olması ilə birlikdə istifadəçilərin fərdi izlərini də daşıdığını bildirib. Telefonlara qida və içki bulaşır. Bu səbəbdən də bakteriyaların içində qida zəhəri tərkibliləri də olur.
Mütəxəssislər qeyd edirlər ki, mobil telefonu təmiz saxlamaq lazımdır. Mobil telefonu açıb hissələrini təmizləmək lazımdır. Batareyanı pambıq və ya xüsusi salfetlə silmək, kart bölməsi və digər bölgələri də diqqətlə təmizləmək lazımdır.
Düyməli telefonlar isə bakteriyalarla daha “zəngin” olur. Smartfonların düyməli olan modellərinin düymələri arasında bakteriya daha çoxdur. Bu səbəbdən əgər düyməli telefondan istifadə edirsinizsə, ən azı 2-3 aydan bir düymələri açıq qulaq çöpü ilə təmizləyin.
Sağlamlığınız təhlükədə!
Müasir günümüzdə xüsusən də gənclərin bir çoxu tualetə girəndə mobil telefonlarını da özləri ilə aparırlar. Bəzən isə mobil telefona başı qarışanlar 30-40 dəqiqə vaxtını tualetdə keçirir. “Ölkə.Az” xəbər verir ki, İngiltərənin Surrey universitetinin mikrobiologiya fakultəsinin tələbələri mobil telefonlarla bağlı araşdırma aparıblar. Məlum olub ki, tualetə aparılan cib telefonu bu mühitdəki mikrobları özünə yığır və əl, ağız və dəri yolu ilə bizə təhlükə yaradır.
Mobil telefonlarda tualetlərə nisbətən 18 dəfə çox bakteriya olur. Universitetin alimi doktor Simon Park mobil telefonların rabitə vasitəsi olması ilə birlikdə istifadəçilərin fərdi izlərini də daşıdığını bildirib. Telefonlara qida və içki bulaşır. Bu səbəbdən də bakteriyaların içində qida zəhəri tərkibliləri də olur.
Mütəxəssislər qeyd edirlər ki, mobil telefonu təmiz saxlamaq lazımdır. Mobil telefonu açıb hissələrini təmizləmək lazımdır. Batareyanı pambıq və ya xüsusi salfetlə silmək, kart bölməsi və digər bölgələri də diqqətlə təmizləmək lazımdır.
Düyməli telefonlar isə bakteriyalarla daha “zəngin” olur. Smartfonların düyməli olan modellərinin düymələri arasında bakteriya daha çoxdur. Bu səbəbdən əgər düyməli telefondan istifadə edirsinizsə, ən azı 2-3 aydan bir düymələri açıq qulaq çöpü ilə təmizləyin.
Yazar.Hikmət Həsənov
Mənbə. Ölkə.Az