Tunis ölkəsi Foto
Afrikanın cənubunda yerləşən Tunisə qısa səyahətə hazırlaşın. Aralıq Dənizinin incisi olan Tunisdəyik.
Nə şərqlidir, nə qərbli; əslində Tunis şərqdən yüksələn və üzünü qərbə çevirən bir ölkədir. Aralıq dənizinin möhtəşəm mavisini, Afrikanın dayanılmaz istisini və Ərəb coğrafiyasının əsrarəngiz havasını tapacaqsınız bu torpaqlarda.
Tunis 1956-cı ildə Fransızlardan müstəqilliyini qazanıb. Bu torpaqlar bir dövrdə düz 4 yüzil Osmanlı dövlətinə bağlı qalmışdı. 10 milyon əhalisi olan ölkənin paytaxtı ölkə adı ilə eyni adı daşıyır.
Əvvəllər paytaxt Tunisdə "Qədim Şəhər" deyilən qisim tamamilə divarlarla çevrili imiş. Divarlar təxrib olsa da Qədim Şəhərə aid bəzi qapılar hələ də yerindədir. Bu qapılardan içəri girib "Qədim Bazar"ı gəzmək olar.
Nargilə bu ölkədə də ən çox istifadə ediləndir, bir çox Ərəb ölkələrində olduğu kimi. Bazarın içərisindəki tarixi "Sur Kafe" dolub daşır nargiləçilərlə.
Bir tərəfdən məşhur tarixi Zeytuniyyə Camisini görürük. VIII əsrdə tikilən bu cami şəhərin ən qədim quruluşlarındandır. Qədim bazar caminin ətrafına tikilib.
İndi isə sükanımızı ölkənin ən gözəl şəhərlərindən biri olan Seyyid Əbu Saidə çeviririk. Bu şəhər 17-ci yüzillikdə Avropa xristianlarının zülmündən qaçan Əndəlüs Müsəlmanları tərəfindən qurulmuşdur. Mühafizə altında olan bu şəhər mavi pəncərələri və ağ evləri ilə məşhurdur. Şairlərə və yazıçılara ilham qaynağı olan bir şəhərdir Seyyid Əbu Said. Küçələri daş döşəməli və dardır.
İndi isə turistik şəhər Hammamətdəyik. Yeni şəhər adlandırılan qisim tamamilə turizmə xidmət etmək məqsədi ilə qurulan süni bir şəhərdir. Köhnə şəhərdə isə şəhəri müdafiə etmək məqsədi ilə bir Osmanlı qalası var.
Turistlərin çox rəğbət etdiyi şəhər kiçik tısbağalar, dondurulmuş ilan və əqrəblər dükanlarda satılan qəribə hədiyyəlik əşyalardır.
Mənbə: Ayna Telejurnalı
Məlumat. kayzen.az