Yumurta hekayəsi

Yumurta hekayəsi

Evin qapısı vurulduğunda, yaşlı qadın gücsüz qıçlarıyla qapıya doğru irəlilədi. Gələnlər, oğulunun əsgər yoldaşları idi. Hər ikisi də əlini öpdükdən sonra, uzun boylu olanı: - Çox vaxtımız yox anacığım, dedi. Yarım saat icazə qoparıb xeyir-duanı almaq istədik. Qadın, böyük bir təlaşla: - Olmaz elə şey!.. deyə atıldı. Bir şeylər yedirmədən, sizi buraxarammı? Yaşlı qadın, bu sözləri yoldaşının və oğulunun sağlığındakı günlərdən qalan vərdişlə bir anda söyləmiş, lakin işin sonunu düşünməmişdi. Digər əsgər, saatına baxdıqdan sonra: - Yaxşı anacığım, deyə cavab verdi. Qarnımız tox amma, yenə də iki yumurta qırsanız yeyərik. Əsasında cavan, qadına zəhmət verməmək üçün belə demiş və bağçada da toyuqları gördüyündən, işi ən sadə şəkliylə ötürmək istəmişdi. Onların son günlərdə yalnız iki yumurta etdiyini və evdə də başqa bir şey olmadığını haradan biləcəkdi?Yaşlı qadın mətbəxə doğru yönələrkən, indi yan otaqda oturan gənclərlə birlikdə əsgərlik etdiyi sırada şəhid edilən balasını düşünürdü. O da yoldaşları kimi, ev yumurtasını nə qədər çox sevərdi? Qadın, titrək əlləriylə yumurtaları qırmağa çalışarkən istər istəməz kədərlənir və qonaqlarına, kasıblığını hiss etdirməmənin çarələrini axtarırdı. Yaxşı amma, uşaqlar iki yumurta dedikləri halda, qablarında yalnız bir yumurta gördüklərində nə olacaqdı?Yaşlı qadın, başqa bir şey düşünə bilmədi. Və acizliyin verdiyi təvəkküllə yumurtaları götürüb qırdığında, nurlu üzü sevinc gözyaşlarıyla islandı.Hər iki yumurta da cüt sarılı çıxmışdı. Mənbə. kayzen.az
568 Views