Bir Zamanlar Geniş İzləyici Kütləsi Toplamış Xarici Seriallar

Bir Zamanlar Geniş İzləyici Kütləsi Toplamış Xarici Seriallar

Azərbaycan Televiziyalarında bir zamanlar böyük heyran kütləsi toplamağı bacarmış xarici ölkələrin çox seryalı filimlərindən bəhs etmək yerinə düşəcəkdir. Əsasən Cənubi Amerika və xüsusi ilə Brazilya mənşəyli bu filimlərin yer aldığı sıralama aşağıdakı kimidir. 1)Qisas - LA VENGANZA "Qisas" - Anası ilə eyni vaxtda ölən Valentinanın ölümündən bəhs edən serialda Elenanın ruhu qızının bədəninə girir. Ssenari isə bundan sonra Elenanın öz yaxınlarından intiqam alması ilə başlayır. 2)“Muñeca brava” (Vəhşi mələk) Doğulandan sonra tərk edilmiş bir qız olan Milagros 18 yaşına qədər monastırda rahibələrlə yaşayır. Lakin artıq monastırda ayrılıb çalışmaq məcburiyyətindədir. Milagros, Di Carlo ailəsinə xidmətçi olaraq işə başlayır. DiCarlo ailəsinin oğlu İvo’ya aşiq olur. Bu eşq qarşılıqsız deyil. Ivo ilə önlərinə çıxan hər cür maneəyə baxmayaraq eşqlərini yaşamağa çalışarlar. Baş Rollarda- Natalia Oreiro, Facundo Arana.  3)Dəlisov Anastasia--Estrambótica Anastasia (2004)  "Dəlisov Anastasiya" - "Rahib" ləqəbli caninin qorxuya saldığı ailə, lənətlənmiş boyunbağı və üçəm bacılardan bəhs edən bu serial 2005-ci ildə həftəiçi 5 gün 19:00-da ANS-də yayımlanırdı Aktyor. Norkis Batista 4)“Luisa Fernanda” .  1998-ci ildə mavi ekranlara çıxan serila 130 bölüm yayınlanmışdır. Venezuelanın RCTV kanalı tərəfindən yayınlanan film tez bir zamanda məşhurlaşmışdır. Baş Rollarda- Scarlet Ortiz.  5)Santa Barbara "Santa Barbara" - serial 9 il davam edib və hələ də yaddaşlardan silinməyib. 6)“El Clon” (Klon) .  2000-ci ilin ilk onluğunun sonlarında Azərbaycan tamaşaçılarını televiziya başına yığmağı bacaran bu film həm sevgi, həm də pisixoloji janıra aid edilə bilər. Eyni zamanda insanın kolnlaşdırılmasından (insanın yenidən dünyaya qaytarılması) bəhs edən film həyəcanlı səhnələri ilə d diqqət çəkir. Baş Rollarda- Giovanna Antonelli, Murilo Benício.  7)Səhrada məhəbbət- Del debierto "Səhrada məhəbbət" - Andres və Barbaranın eşq hekayəsi və Mikayella rolunu ifa edən Ketrin Siaçokanın möhtəşəm aktrisa oyunu ilə yaddaşlarda dərin iz qoyan serial idi. 8)“Qızılgül və Tikan” .  Komedik həm də romantik sujetdə lentə alınmış bu serial ssenarisinə görə digərlərindən xeyli fərqlidir. Brazilya mənşəyli bu film 2000-ci ilin başlarında yayınlanmışdır. Baş Rollarda- Adriana Esteves, Eduardo Moscovis. 9)“La Mujer De Judas” (İuda’nın Arvadı).  Serial keçmiş həyatının qisası ilə alışıb yanan Altagracia haqqındadır.  Baş Rollarda- Astrid Carolina Herrera, Juan Carlos García.  10)"Varlılar da ağlayır" və "Yabanı qızılgül"- Veronika Kastro Latın Amerikasının ən məşhur aktrisalarından biri olan Veronika Kastro sənətə yenicə qədəm basdığı illərdə tanış olduğu meksikalı yumor ustası Manuel Valdeslə vətəndaş nikahında yaşayır və artıq 20 ilə yaxındır davam edən münasibətlərini rəsmiləşdirməyə tələsmir. Cütlüyün  Kristian və Mişel adlı iki oğlu var. Kristian Meksikada məşhur müğənni və bəstəkardır. 11)"Mənim ikinci anam"- Mariya Sorte Meksikanın daha bir populyar serial aktrisası Mariya Sorte üç il əvvəl sevdiyi insanı xərçəngə qurban verib. Siyasətçi Xavyer Qarsiya Paniaqua Mariyanın yeganə sevgilisi olub. Cütlük 22 il vətəndaş nikahında yaşayıb. Xavyerin ölümündən sonra aktrisa dinə aludə olub və çox dəyişib. Hazırda o, sevgi, sədaqət və dostluqdan bəhs edən tamaşalarla Meksikanı gəzir.  
568 Views