Filmlərin Üzərimizdəki Təsiri
Filmləri izlərkən hər nə qədər onun real olmadığını bilsək də, bu filmlərin təsir dairəsinə düşdüyümüz zamanlar az deyil. Bəziləri filmlərdəki baş qəhrəmanlardan, bir qismi filmin ssenarisindən hətta bəziləri isə, rollardakı sevilməyən xarakterlərdən örnək almağa çalışır.
Buna bənzər hadisələr demək olar ki, dünyanın əksər ölkəsində müşahidə edilmişdir. Məsələn, məşhur Dexter filmindən təsirlənən Hannah Emily Rodriquez anasını filmdəkinə bənzər şəkildə qətlə yetirərək sonra da bənzər şəkildə gizlətməyə çalışmışdır. Amerika polisinin axtarışı sonrasında aşkar edilən qatil Hannah cinayəti törətmə səbəbi olaraq filmdən təsirləndiyini bildirmişdir.
Bənzər hadisəyə Türkiyədə “pokemon” cizgi filmini izlədikdən sonra oradakı uçan varlıqlara özünü bənzətməyə çalışan Fərhadın binanın 7-ci mərtəbəsindən özünü yerə atmasını misal göstərər bilərik. Təsadüflə binanın həyətindəki qumluq əraziyə düşən azyaşlı kiçik sınıqla xəstəxanaya yerləşdirilmişdir. Fərhadın özünü 7-ci mərtəbədən atma səbəbi isə, “pokemon” cizgi filmindəki kimi uçmaq istəyi olmuşdur.
Bənzər hadisə ilə bağlı yüzlərlə örnək vermək mümkündür. Məsələn, yəqin ki, siz də TV Kanallarda, qazetlərdə xüsusi ilə Amerika və Avropada Batman, Hörümçək adam və ya özünü Joker kimi qrimləyərək binalara dırmanan, insanlara hücum edən xəbərlərin şahidi olmuşunuz.
2004-cü ildə həyata keçirilən bir araşdırma gündəlik 3-4 saat film ya da cizgi film izləyən azyaşlılarda digərlərinə nisbətən 40% daha yüksək diqqət dağınıqlığını və hiperaktiv fəaliyyətlərin yüksəldiyini ortaya qoymuşdur.
Bir başqa tədqiqat isə Amerikanın Minnosata Universiteti təfəfindən həyata keçirilmişdir. Araşdırma The Mist filmini izlədikdən sonra evinə getməyən və sisli bölgələrdə küçələrə toplaşan insanlar üzərində həyata keçirilmişdir. Nəticə filmin ssenarisinə uyumlu hərəkət edən bu insanlardan 12% nin Tehe Mist filminin təsirinə düşdüyünü aşkarlamışdır.
Son olaraq bildirək ki, TV kanallarda nümayiş etdirilən tək gözlü, 3 barmaqlı və ya durmadan biri-biri ilə münaqişə içində olan (tom and jerry) cizgi film personajları uşaqlar üçün əhəmiyyətsiz hesab edilməyəcək qədər təhlükəlidir.
Mənbə.bilgibazarı.com