Nasistlərin Mənasını Dəyişdirdiyi Simvollar
Tarixə nəzər salsaq görərik ki, alman nasistləri simvollara çox diqqət ayırmış və onların köhnə mənalarını dəyişdirərək istifadə etmişlər. Eyni zamanda Hitler Germen və Aryan mistizminin heyranı olmuşdur. Aşağıda nasistlərin mənimsəydiyi və mənalarını dəyişdirdiyi simvolları görə bilərsiniz.
1. Odal
Əvvəlki mənası : Qədim Germen rünik əlifbası Elder Futharkda Odal olaraq qeyd olunan və Yunan əlifbasında Omeqanı göstərən Odalın kökünün haradan gəldiyi məsələsində ciddi müzakirələr vardır. Lakin ümumi qəbul olunmuş fikirə görə “ailə, soy kök, əcdad, miras” mənalarına gəlir. 3 və 8-ci əsrlərdə Skandinaviya mülkiyyət qanununda daha çox istifadəsi görülmüşdür.
Nasistlərin istifadəsi: Bu işarə İkinci Dünya Müharibəsi zamanı nasist dəstəkli Xorvatiyada mübarizə aparan 7-ci SS Könüllü Partizan birliyinin loqosu olmuşdur, eyni zamanda 23-cü SS Hollandiya könüllü zirehli bombardıman birliyinin loqosu olaraq istifadə edilmişdir.
2. Wolfsangel.
Əvvəlki mənası: Adından da başa düşüləcəyi kimi “canavar tələsi” mənasını işarə edir. Burdakı angel kəliməsi “anker” olaraq da istifadə olunur və ingilis dilindəki “anchor” kəliməsi ilə eyni mənanı daşıyır. 13-cü əsrdə bir kənd üsyanında alman zadəganlarına və muzdlu döyüşçülərə qarşı müqavimətin simvolu olmuşdur. O tarixdən etibarən Alman xalq mədəniyyətində azadlığın simvolu olmuşdur.
Nasistlərin istifadəsi: Nasistlər “wolfsangeli” Fransanın işğalında çox önəmli yer tutan və Şərq cəbhəsində çox vacib müharibələrdə iştirak edən 2-ci SS Panzer Birliyi Das Reichin loqosu olaraq istifadə etmişlər. Wolfsangel daha sonralar da bir çox Neo-Nazi qruplaşmalarına ilham vermiş, onların simvolu olmuşdur.
3. ALGİZ
Əvvəlki mənası: Digər adı Elhaz olan bu simvolun spesifik olaraq bir mənası yoxdur.
Nasistlərin istifadəsi: Nasistlərə görə bu həyatı simvolize edir və adına da “Lebensrune” deyilir. Sadəcə hərbi birliklərdə deyil, eyni zamanda nasist əsgərlərinin və vətəndaşlarının məzarları üzərində doğum tarixini qeyd etmək üçün istifadə olunur. Hətta Nasist Almaniyasənən apteklərində də bu işarəyə rast gəlmək mümkündür..
4. Reichsadler
Əvvəlki mənası: Roma imperatorluğunda istifadə edilən bu işarədə biri şərqə, digəri isə qərbə tərəf olmaqla qartalın 2 başı olmuşdur. Bu Romanın bütün dünya üzərində hökmranlığına işarə etmişdir.
Nasistlərin istifadəsi: Hitler Roma simvollarını çox tez-tez istifadə etmişdir. Amma bu Roma German İmperatorluğunun işarəsidir. Qartal Nasist simvolları arasına Hitlerin əmri ilə 1935-ci ildə daxil edilmişdir.
5. SİEGRUNE
Əvvəlki mənası: Həm Antik Şimal əlifbalarında, həm də köhnə ingilis dilində tez-tez qarşımıza çıxan simvoldur. Çox sadə bir mənası var: Günəş. Buna görə də tez-tez paqan cəmiyyətlərində qarşımıza çıxa bilər, çünki günəşə sitayiş paqanizmin ən təməl elementlərindən biridir.
Nasistlərin istifadəsi: Nasistlərdə bu işarə Hitlerin ən sadıq əsgərlərinin toplandığı SS birliyini ifadə edir. Eyni zamanda günəşi bildirən bu işarənin mənası Von List tərəfindən “qələbə” olaraq dəyişdirilmişdir.
6. SWASTİKA
Əvvəlki mənası: Qədimdən bəri istifadə edilən bu simvol hind dinlərində və qədim Aryan torpaqlarında qarşımıza çıxır. Sanskritçədəki original mənası “xeyirli, uğurlu” deməkdir. Binalara uğur gətirsin deyə ovulub çəkilmişdir.
Nasistlərin istifadəsi: Əslində bu işarə 20-ci əsrdə Qərb ölkələrində çox istifadə olunur. Rudyard Kiplinqdən tutmuş, Navajo qəbiləsinə, Finlandiya ordusuna qədər. Lakin Hitlerin düzüb qoşduğu Nasist bayrağına simvol olaraq Swastikanın seçilməsiylə hər şey dəyişir. Swastika Hitler üçün Aryan adamlarının mübarizəsinin və yaratmağın, həyatı dəyişdirməyin simvoludur. Bunun keçmişi də Aryan xalqlarının Hindistandan çıxıb Avropanı işğal etməyə gəlməsi ilə bağlıdır. Hitler bu simvola elə bir möhür qoyub ki, swastika hər yerdən silinməklə qalmayıb, eyni zamanda bəzi ölkələrdə qadağan olunub.
Mənbə. bilgibazarı.com