Biz onlara, onlar bu filmlərə heyrandır - FOTO

Biz onlara, onlar bu filmlərə heyrandır - FOTO

Onları sosial mediada, TV-də görməyə öyrəşmişik. Ancaq “Bu məşhurlar boş vaxtlarında hansı filmləri izləyir”, - deyə bir sual keçir beynimizdən. Şöhrəti dünyanın dörd bir yanına yayılmış ulduzların ən sevdiyi 15 filmi təqdim edir. 1. Uma Turman – “Yastıq söhbəti”. Film 1959-cu ildə lentə alınıb. Filmdə bəstəkar Bred və dizayner Candan söhbət gedir.
2. Riçard Gir – “Yolçu”. 1975-ci ildə çəkilən film maraqlı süjet xətti ilə seçilir.
3. Riz Vizespun – “Göyərtə”. Ekran işi aldatma hekayəsinin üzərində qurulub.
4. Antonio Banderas – “Bitməyən balayı”. IMDb reytinqi 8.1 olan ekran əsərində müfəttiş Migel Varqasın şahidi olduğu cinayətdən söhbət gedir.
5. Oven Uilson – “Köstəbək”. Ekran işində işdən çıxarılan Cefreyin təhlükəyə atılması əsas mövzudur.
6. Cennifer Lopez – “Qərbin hekayəsi”. Film Romeo və Cülyetta ssenarisinə bənzərliyi ilə diqqət çəkir.
7. Vin Dizel – “Külək kimi keçdi”. Film 1939-cu ildə ekranlaşdırılıb. Ekran işindəki hekayə 1860-cı ildə Cənubi Amerika torpaqlarında baş verir.
8. Ledi Qaqa – “Rokki”. Silvester Stallonenin əfsanəyə çevrilmiş filmi. Ekran işinin IMDb reytinqi 8.1-dir.
9. Rihanna – “Napoleon Dinamit”. 2004-cü ildə istehsal olunun ekran əsəri Ririnin ən sevdiyi filmdir.
10. Natali Portman – “Çirkli rəqs”. Rəqs müəllimi olan Conni Kastl və Beybi ləqəbli qızın eşq həyatından bəhs edir.
11. Bred Pitt – “Meymunlar planeti”. Bir astronomun uzun bir yoldan sonra özünü başqa planetdə tapması ilə başlayır. Corc Teylor adlı astronomun meymunlar tərəfindən əsir götürülməsi və bunun fonunda cərəyan edən hadisələr filmin əsas mövzusudur.
Yazar.  Pərviz Hüseyn
Mənbə.Oxu.az
568 Views