Christopher Nolanın Dark Knight filmin ulduzu Joker haqqında reportajda

Christopher Nolanın Dark Knight filmin ulduzu Joker haqqında reportajda

İngilis rejissor Christopher Nolanın şah əsərlərindən olan  The Dark Knight filmlərinin ulduzu Christian Bale,  filmi The Knight of Cups-ın təqdimatı üçün o zaman Yahoo Movies-ə verdiyi bir reportajda üçlük haqqında təəssüfləri olduğundan  bəhs etdi. “Batman çox qaranlıq və xaotik bir xarakterdir. Kostyumu geydiyimdə bunu fərqinə vardım: kostyumu,  xarakterin o anda ortaya çıxmasına icazə verdiyi qorxuducu şəxsiyyətin bir vasitəsi olaraq istifadə etmədiyim vaxtlar özümü axmaq kimi hiss edirdim.”   Bale eyni zamanda mərhum aktyor Heath Ledgerin onun planlarını necə alt-üst etdiyindən də danışdı. Hərçənd Joker kimi bir çox adamın sevdiyi pis adam olan bu xarakter, Heath Ledgerin qabiliyyəti ilə birləşincə ortaya çıxan şeyin digərlərini kölgədə qoyması insanı çox da təəccübləndirmədi. Nəticə olaraq da Ledger, ikinci filmdə canlandırdığı Joker xarakteriylə ən yaxşı köməkçi kişi oyunçusu olaraq Oscar mükafatı qazandı. “Heath bir anda gəlib bütün planlarımı pozdu. Həmişə onun, məndən və mənim etdiyim şeylərdən çox daha maraqlı olduğunu fikirləşib qaldım.” Məhşur oyunçu, Batman xarakter ilə bağlı etməyi düşündüklərini tam olaraq həyata geçirə bilmədiyini düşünür lakin yenə də Batmanın yenidən canlandırma fikrini tamamilə başından atdığını və xarakterlə işinin artıq bitdiyini də əlavə edir. Beləliklə də, onun təkrar Batman kostyumunu geyəcəyi günü gözləyən pərəstişkarlarının xəyalları suya düşmüş olur. Mənbə. bolgibazarı.com
568 Views