2019-cu ilin maraqla gözlənilən 10 animasiya filmi

2019-cu ilin maraqla gözlənilən 10 animasiya filmi

Uşaqdan böyüyə hər kəsin sevdiyi film janrı. Bəli, budəfəki yazımız animasiyalar haqqındadır. 2019-cu ilin növbəti aylarında gözlənilən animasiyaların siyahısını təqdim edirik.

1) Secret Life of Pets (Ev heyvanlarının gizli həyatı)

2017-ci ildə maraqla izlədiyimiz animasiyanın bu il ikinci hissəsini gəlir. Ev heyvanlarının başına gələn macəraların davamını 7 iyun tarixindən kinoteatrlarda izləyə biləcəyik.

2)Toy Story 4 (Oyuncaq hekayəsi 4)

  Bu animasiyanın ilk hissəsinin 1995-ci ilin noyabrında tamaşaçılara təqdim edildiyini yəqin ki, çoxumuz bilmirdik. Növbəti hissələri 1999 (Toy Story 2), 2010-cu (Toy Story 3) illərdə çəkilən filmin dördüncü seriyasını bu ilin iyun ayında izləmək fürsətimiz olacaq. Çox ehtimal ki , həmişə olduğu kimi oskar yenə alan film olacaq      

3) Frozen  2

  Bir ay öncə treyleri yayımlanan Frozen 2 animasiya filmini izləmək üçün bu ilin payızını gözləməliyik.      

4)Angry Birds 2 (Əsəbi quşlar 2)

  Bu yay izləyə biləcəyimiz animasiyalar sırasında Angry Birds 2 də var. İki il əvvəl birinci hissəsi təqdim olunan filmin ikinci hissəsi də böyük maraqla gözlənilir. Bu dəfə daha əsəbidilər, deyəsən.       \

5)UglyDolls (Çirkin kuklalar)

Film 2019-cu ilin may ayında tamaşaçılara təqdim olunacaq. Animasiyadakı qəhrəmanları səsləndirən məşhurlar arasında amerikalı müğənni Bibi Reksa da var.          

6)Sonic the Hedgehog

  Uşaqlığımızın əvəzedilməzi Sonik 2019-cu ilin noyabrında geri dönəcək. Doktor Eqman obrazını sevimli aktyor Cim Kerri səsləndirib. Uşaqlığı Sonik cizgi filmi və Sega oyunu ilə keçən 90-lar bu animasiya filmini qaçırmasın deyərdim. Treyler hələ ki, yayımlanmayıb, konsept tizeri sizinlə paylaşırıq.  

7)The Lion King (Kral şir)

  Walt Disney Studiosunun bizə böyük sürprizi – Kral şir 25 il sonra geri qayıtdı. Cizgi filmini izlədiyimiz zaman keçirdiyimiz hissləri yenidən yaşamaq üçün iyul ayını gözləməliyik.  

8)POKÉMON: Detective Pikachu (Pikaçu)

Daha bir klassika! Rayan Qoslinqin səsləndirdiyi, bir zamanların əfsanəsi sayılan qəhrəman Pikaçu uşaqlığı üçün darıxanları sevindirəcək. İlk treyleri 2018-ci ilin noyabrında yayımlanan animasiyanı 2019-ci ilin mayında kinoteatrlarda izləyə biləcəyik.  

9)How to train your dragon 3 (Ejderhanı nasıl eğitirsin 3 )

Bu filmin digərlərindən fərqi artıq göstərimə sunulmuşdur . Sinemalarda izləyə bilərsiz .           https://youtu.be/EHu-WpiaNHw

10)Dumbo

Artıq sinemalrda mövcud olan filmlərdən biridir https://youtu.be/7NiYVoqBt-8?t=2   Mənbə. bildirchin.az götürülmüş bu məqalə  saytımızda əlavələr edilmişdir  
568 Views