Çiçəklər haqqında maraqlı məlumat

Çiçəklər haqqında maraqlı məlumat

Yaz fəslini çox sevriəm və yazın gətirdiyi yaşıllığı, təravəti, sərinliyi və rəngarəngliyi heç nə ilə dəyişmərəm. İndi hər yan gözəlləşməkdə, çiçək açmaqdadır. Çiçəklər klassik hədiyyə kimi adlandırılsalar da, məncə, onlar indi də öz birincilik, vaciblik və incəliklərini qoruyub saxlayırıar. Yadınızdadırsa keçən yazıların birində qızılgüldən danışmışdım, indi də düşündüm ki, qızılgülün gözəlliyini vəsf elədim, bəs başqa güllər küsməzmi, onlara haqsızlıq olmazmı?! İstəyirəm çox sevdiyimiz başqa çiçəklərdən də qeyd edəm.

Tülpan.

Bu gözəl gülün ismi (tyurban) fars sözündən götürülmüşdür, tərcümədə “çalma”, “əmmamə” mənasını verir. Fikir versəniz gülün klassik formaları baş örtüyünü xatırladır. Tülpan digər güllərindən fərqli olaraq Avropaya daha tez, XVI əsrin ortalarında gətirilmişdir. Bundan sonra isə o yavaş-yavaş Avrasiya ərazisində də yayılmağa başlayıbmış. Belə ki, müxtəlif yerlərdə onun düz 150 növ yabani formaları yayılmışdır. Tülpanın yayılması üzrə başlıca şərəf isə Mərkəzi Asiyaya düşür. XVII əsrin ortalarında Hollandiyanı “Tülpan həyəcanı” bürümüşdü. Onlar o qədər məşhur və modda idilər ki, onların bir soğanağı sözün əsl mənasında qızıl çəkisi dəyərində imiş. Bir neçə saat ərzində bir tülpan soğanağı sayəsində misli görünməyəcək qədər varlana və ya əksinə, bütün var-dövlətini itirə bilərdin. Məsələn, rəvayət olunur ki, vaxtilə bir ağa var imiş. Bu ağa güc-bəla ilə nadir və çox qiymətli bir tülpan soğanağı almışdı. Lakin ağanın diqqətsizliyi ucbatından qulluqcu onu yeyibmiş. İndi o ağanın vəziyyətini təsəvvür edin hələ. İndi insan bütün var-dövlətini buna sərf edə və bir də görə ki, iflas oldu. İflaslıq çox üzücü olsa da, buna səbəb də çox gülünc oldu..

Jasmin.

Jasmin- bu da öz növbəsində gözəl və ətirli bir güldür. Bü gül gözəlliyi ilə yanaşı bir çox yerlərdə- məişətdə və tibbdə, faydalı şəkildə istifadə olunurmuş. Belə ki, Fransada bu gülün gövdəsindən fleyta və tütək düzəldərdilər. Çində isə onu çaya əlavə edirdilər; onunla gözləri yuyurdular; ondan özgürəyə qarşı əla bir sirop hazırlayırdılar. Hətta hesab edirdilər ki, o, qanı da təmizləyir. Jasmının çiçəkləri bal verən çiçəklərdir, onun cavan yarpaqlarından isə ədva kimi istifadə olunur. Hindistanda Jasmini “sevginin ay işığı” adlandırardılar. Qızlar isə bu güldən bəzək və kosmetika vasitəsi kimi istifadə edirdilər. Belə ki, onlar bu gülübəzək əşyası kimi saçlarına taxardılar. Bu gül haqqında qədim misirlilərin papiruslarında çox rast gəlmək olar. Əfsanəyə görə Ellinlər inaırdılar ki, jasmini insanlara Afina ilahəsi bağışlayıb. Alimlərin qeydinə görə isə bu heyranedici gülün ətri beyni canlandırır, yaradıcılığı, orijinal ideyaları stimullaşdırır.

Lalə.

Nazənin, gözəl bir gül. Gözəlliyindən əlavə, lalə öz barlıllığına görə münbitliyin, məhsuldarlığın rəmzi sayılırdı. Onun qutucuğunda 30 000 toxum mövcuddur, buna görə də o məhsuldarlıq və izdivaclıq İlahəsinin rəmzi hesab olunurdu. Lalə haqqında belə bir əfsanə var ki, guya Allah yeri, heyvanları və bitkiləri yaradanda, bir gecədən savayı, hamısı xoşbəxt idilər. Gecə ulduzların və işıq saçan böcəklərinköməkliyi ilə özünün zülmətini qaçırmağa çalışırdı. Çünki, o, təbiətin bütün gözəlliklərini gizlədir və bununla hər kəsi özündən uzaqlaşdırırdı. Bu zaman isə Allah yuxunu, röyanı yaratdı. Vaxt keçdi, zaman ötdü, yavaş-yavaş insanlarda müxtəlif ehtiraslar yaranmağa başladı, hətta bir nəfər qardaşını öldürmək fikrinə düşmüşdü. Yuxu onu saxlamaq istəyirmiş, ancaq, onun günahları ona geri çəkilməyə mane olurdu. Bu zaman yuxu öz sehrli əsasını hirclə yerə sacdı, gecə isə ona öz nəfəsi ilə həyat vermiş oldu. Belə ki, əsa kök salıb, yaşıllaşdı və özünün cəlbedici yuxu gücünü saxlayaraq Laləyə çevrildi.

Xrizantem (Payızgülü).

Xrizantem də öz növbəsində sevilən dekorativ bir bitki növüdür. Bu gülün adı “kiku” – yaponcadan tərcümədə “günəş” mənasını verir və dünyaya həyat verənbu günəşin rəmzi sayılır. Bu onunla bağlıdır ki, hesab edilir ki, XII əsrdə gülün təsviri imperatorun tiyəsində əmələ gəlibmiş. Yaponiyada bu çiçəyə daha da böyük bir sevgi ilə yanaşırdılar. Əvvəllər xrizantem gülünün təsviri müqəddəs hesab olunurmuş və demək olar ki, bu təsvir geyimlərdə də olardı, hansı ki, o geyimlər acaq imperatorlara məxsus idi. Yaponiyada xrizantem dövlət emblemasına çevrilmişdi. Onun görünüşü milli bayraqda, qəpiklərdə və yüksək yaponordenində (Xrizantem ordeni) təsvir edilib. Bu güllə əlaqədar olaraq Yaponiyada Xrizantem bayramı adlı sevimli bir bayram da mövcuddur.

Ağ suzanbağı

Ağ suzanbağı gölün təmiz, durğun, şirin su sahələrinin səthində yetişən, çox nadir bitki növü olan, qeyri-adi gözəl bir güldür. Bizdə bu gül Lənkəran rayonunun yaxınlığında yerləşən Mortso gölünün şimal hissələrində və Zərdabda Qarasu çayı sahələrində yetişir. Belə hesab edilirdi ki, su pərilərinin gülləridillər. Ağ suzanbağı barəsində maraqlı və üzücü bir əfsanə oxumuşdum: Qədim zamanlarda gözəl bir qız var imiş və bu qızı çox yaraşıqlı bir oğlana aşiq imiş. Di gəl ki, qız bu oğlana heç cür açıla bilmir, çox utanar, çəkinərmiş. Nəhayət ki, qız bir gün qərar verir ki, bu gün oğlana açılacaq və may gecəsində qəlbindəkiləri ona deyib, eşqini etiraf etsin və belə də edir. Oğlan isə qıza qarşılıq vermir. Oğlandan müsbət cavab almayan qız artıq yaş.amaq istməri, çarəni bir tək ölümdə görərək, dənizin düz dibinə dalıb, ölür. Çox keçmədən orda bir gül yetişir və bundan sonra hər il may ayında hər bir gözəl qız rəfiqələri ilə göldə bu güllər ətrafında üzərək yarları olacaq oğlanı gözləyirlər. O isə gəlmir ki, gəlmir. Deyilənə görə bu zaman isə pərilər bütün suya girənləri qıdıqlayırlarmış. Nə isə çiçəklərdən hələ ki bu qədər Mənbə. kayzen.az
568 Views