Guinness Rekordlar Kitabının Tarixi

Guinness Rekordlar Kitabının Tarixi

Dünyada baş verən maraqlı hadisələrin və ya rekordların toplandığı, hər il yenidən yenilənərək satışa çıxarıldığı Guinness Rekordlar Kitabı haqqında ən az bir dəfə də olsun eşitmisiniz.

Sin Hugh

Bəs bu kitab necə ortaya çıxıb? İlk dəfə 1954-cü ildə nəşr olunan kitabın adı Guinness pivə şirkətinin adı ilə bağlıdır. Belə ki, bu şirkət üzvlərindən olan Sir Hugh Beaver İrlandiyada dostları ilə ov qonaqlığında olarkən Avropanın ən sürətli quşunun hansı quş olması ətrafında mübahisəsi yaranır. Mübahisədə ortaq nöqtəyə gələbilməyən dostlardan biri-Sir High Beaver-rəsmi olaraq təsdiqini tapmış maraqlı məlumatların yer aldığı bir kitab nəşr etdirmək qərarına gəlir. İlk olaraq 1954-cü ildə nəşr olunan kitab 1000 nüsxə ilə çap edilsə də, 1955-ci ildə kitab uğurlu satış edərək 70.000 alıcı təlabatı görmüşdür. Kitab eyni zamanda 37 fərqli dildə nəşr olunaraq 100 milyondan çox satılan kitab rekordunu da öz əlində saxlayır. Şirkət 2008-ci ildə Ripley Entertainment şirkəti tərəfindən satın alınmışdır. Dünyanın London, Tokyo, New York kimi şəhərlərində ofisi olan şirkətin mərkəzi Londonda yerləşir. Bu kitab eyni zamanda Amerika kitabxanalardan ən çox oğurlanan vəsaitdir. Ginnes rekordçusu olmaq üçün ilk növbədə ciddi, həssas və diqqətli hazırlıq tələb olunur. İlk olaraq www.guinnessworldrecords.com saytına müraciət edilir. Bunun üçün sayta daxil olduqdan sonra "Rekord Cəhdi Et" Make a Record Attempt) bölümünə girib, online müraciət ərizəsini doldurmaq lazımdır. Bu zaman həmin saytdan müraciət edən şəxsə parolla birlikdə elektron ünvan göndərilir. Daha sonra isə rekorda imza atmaq istəyən şəxs təşkilatın bir neçə qeydiyyat mərhələsindən keçir. Nəticədə saytdan ona içərisində Rekord Cəhdi Anlaşmasının öz əksini tapdığı bir məktub göndərilir. Bu anlaşmanı oxuduqdan sonra məktubda göstərilən qaydada imzalayıb, geri qaytarmaq lazımdır. Bu proses – imzalanan anlaşmanın və rekord təklifinin araşdırılması 4 həftə davam edir. Rekord cəhdi ilə bağlı mütəxəssislərlə məsləhətləşmək lazım gəlsə, müddət daha da uzana bilər. Qərar verildikdən sonra rekorda imza atmaq istəyən şəxsə növbəti məktub göndərilir. Əgər müraciətə müsbət cavab verilsə, iddialı şəxs öz cəhdlərinə başlamalı, etdiyinin rekord olduğunu təsdiqləmək üçün bütün sübutlardan maksimum istifadə etməlidir. Yekunda bu sübutlar bir paketdə Londondakı Guinness World Records ofisinə göndərilməlidir. Ofisdə bu rekord məktubunun araşdırılması mərhələsi də 4 həftə davam edir. İddiaçı şəxsin cəhdi qaneedici olmadığı təqdirdə, ona bu barədə məktubla məlumat verilir. Əks halda, rekorda imza atan şəxsə bununla bağlı Sertifikat göndərilir.   Mənbə. bilgibazarı.com və vikipediya saytı əsasında düzəldilmiş məqalədi
568 Views