Monqolların Azərbaycana yürüşləri

Monqolların Azərbaycana yürüşləri

Monqolların hücumu ərəfəsində Azərbaycanda vəziyyət.

XIII əsrin ortalarında Mərkəzi Asiyada güclü hərbi qüdrətə malik Monqol dövlətinin qonşu ölkələrə yürüşü bu ölkələri təhlükə qarşısında qoydu. Qonşu ölkələrdə hökm sürən feodalpərakəndəliyi Monqol dövlətinin banisi Çingiz xanın işğalçılıq planlarının həyata keçməsi üçün əlverişli şərait yaratdı. Mövcud vəziyyət təşkilati və hərbi cəhətdən möhkəm olan ordu hissələri monqol feodalları qarşısında geniş imkanlar açırdı. Monqol yürüşləri ərəfəsində Azərbaycanda vəziyyət acınacaqlı idi. Ölkənin şərq sərhədlərində mövcud olan Xarəzmşahlar dövləti daxilən möhkəm əsaslar üzərində qurulmadığı üçün iqtisadi və güclü hərbi qüdrətə malik deyildi. Xalq kütlələrinin vəziyyətinə laqeyd olan, feodal qruplarının əksəriyyəti tərəfindən müdafiə edilməyən Xarəzmşahlar dövləti monqollaraqarşı mübarizə apara bilmədi. Monqol qoşunları bu dövlətin ərazisindən keçərək, ciddi müqavimət görmədən irəliləyə bildilər. Orta Asiyanın, İranın, Azərbaycanın yerli köçəri və oturaq feodal əyanları daxili çəkişmələrə və ziddiyyətlərə son qoymadılar, düşmənə qarşı birgə mübarizə aparmaq əzmi ilə vahid cəbhədə birləşə bilmədilər. Monqol hücumlarına məruz qalmış hər bir şəhər ayrılqda öz daxili qüvvələri hesabına istilaçılara qarşı döyüşür və məğlub olurdu. Monqol qoşunları tutduqları şəhərlərdə görünməmiş dağıntılar törətdilər, əhalini qırdılar, qul etdilər, var-dövlətini taladılar və yerli əhalinin yeni etiraz çıxışları üçün zəmin saxlamadılar. Monqol yürüşləri ərəfəsində Azərbaycan ərazisində vahid, mərkəzləşmiş dövlət yox idi və burada feodal pərakəndəliyi hökm sürürdü. Azərbaycanda Eldənizlər (və ya Atabəylər) dövləti və Şirvanşahlar dövləti mövcud idi. Marağada isə Rəvvadilər nəslindən olan yerli Ağsunqurilər sülaləsi (1108-1227) hökmranlıq edirdi. XII əsrin sonunda Eldənizlər dövləti əzəli qüdrətini itirmişdi. Atabəylər ailəsinin ayrı-ayrı üzvləri arasında səltənətə varis olmaq uğrunda şiddətli mübarizə gedirdi. Atabəylərin son nümayəndəsi olan Özbək (1210-1225) feodal qrupların əlində oyuncağa çevrildi. Bütün dövlət işləri onun iştirakı olmadan həll edilirdi. Özbəyin dövlət ərazisini genişləndirmək məqsədilə İraq-i Əcəmə etdiyi yürüşlər uğursuzluqla nəticələndi və buna görə də daxili feodal çəkişmələri daha da artdı.

Monqolların Azərbaycana yürüşlərinin başlanması

Azərbaycanda, Mingəçevir yaxınlığında «monqol dövrü» adlandırılan dövrə dair döyüşçü qəbirindən olan maneken üzərindəki libas. Görünür, yerli dərzinin tikdiyi bu libasın biçimi həm monqol, həm də yerli biçim elementlərini özündə birləşdirmişdir. Azərbaycan Tarix Muzeyi
Monqollar Azərbaycana ilk dəfə 1220-ci ildə yürüş etdilər. Monqol sərkərdələri Cəbə və Subutay Zəncanı, Ərdəbili, Sərabı və başqa şəhərləri talan etdilər, dağıtdılar, Təbrizə yaxınlaşdılar. Şəhər möhkəm qala divarları ilə əhatə edilmişdi və onu silah gücünə zəbt etməyin çətin olacağını anlayan monqollar danışıqlar aparmağı təklif etdilər. Eldənizlər dövlətinin hökmdarı Özbək şəhərin müdafiəsinə arxayın deyildi və monqollarla sazişə girməyi üstün tutdu. O, Cəbə və Subutayın yanına elçi göndərdi, onlara xeyli ərzaq, paltar, mal-qara və qızıl verdi. Monqollar böyük xərac aldıqdan sonra qışlamaq üçün Muğana yollandılar və oradan Gürcüstana basqın etdilər. 1221-ci ilin əvvəllərində Cəbə və Subutayın dəstələri GürcüstandanAzərbaycana qayıtdılar və Təbrizə tərəf yönəldilər. Təbriz hakimi Şəmsəddin Tuğrayi pul, geyim və mal-qaradan ibarət xərac verməklə şəhəri qarətdən xilas edə bildi. Bundan sonra monqollar qəflətən Marağa üzərinə yürüş etdilər. Şəhər hakimi (adı naməlum olan qadın) Ruyendej qalasında gizlənməyə məcbur oldu. Lakin xalq kütlələri doğma şəhərin müdafiəsinə qalxdılar, düşmənə ciddi müqavimət göstərdilər. Monqollar divardağıdan qurğuların köməyi ilə Marağaya soxuldular və əhaliyə qanlı divan tutdular. Salnaməçinin verdiyi məlumata əsasən monqollar əsirləri məcbur edirdilər ki, onlar şəhərdə "monqollar çıxıb getmişlər" deyə car çəksinlər. Nəticədə bir çoxları aldanmış, gizləndikləri yerlərdən küçələrə çıxmış və həmin məqamda düşmən tərəfindən qətlə yetirilmişlər. Qeyd;Manqollar 1221_ci ilin evvelinde Mağaraya hűcum eden monqollar,şeheri talan etdiler Monqollar Marağada ikən Həmədanda xalq üsyanı baş verdi. Cəbə və Subutay Azərbaycanı tərk etməli oldular. Tezliklə Cəbə və Subutay Həmədanda üsyanı yatırdılar, sonra isə Ərdəbilə basqın edərək şəhəri ələ keçirdilər. Monqol qoşunu Ərdəbil istiqamətindən Təbrizə üçüncü dəfə hücum etdi. Özbək düşmənin şəhərə yaxınlaşdığını eşidib Naxçıvana qaçdı. Təbrizlilər bu dəfə də şəhər rəisi Şəmsəddin Tuğrainin başçılığı ilə Təbrizin müdafiəsinə qalxdılar. Təbriz hər tərəfdən möhkəmləndirildi, istehkamlar yaradıldı, qala divarları təmir olundu. Monqol sərkərdələri Cəbə və Subutay Təbrizin ciddi mübarizəyə hazır olduğunu görüb açıq döyüşə girməkdən çəkidilər və yenidənxərac almaqla kifayətləndilər. Monqollar Sərab şəhərini zəbt etdikdən sonra Beyləqana tərəf yönəldilər. Monqol qoşunları ilə şəhər əhalisi arasında qanlı vuruşma baş verdi. Amansız döyüşdən sonra Beyləqan zəbt edildi və əhaliyə qanlı divan tutuldu. Monqollar nəinki qocaları və uşaqlar, hətta ana bətnində olan körpələri də öldürdülər. Beyləqanın monqollar tərəfindən dağıdılmasına və yandırılmasına dair ilk mənbələrin verdiyi məlumatları şəhərdə aparılmış arxeoloji qazıntılar da sübut edir. Güclü qarətdən sonra Beyləqana od vurub yandıran monqol sərkərdələri Cəbə və Subutay Gəncəyə üz tutdular. Gəncəlilər şəhərin müdafiəsinə əvvəlcədən hazırlaşmışdılar. Bunu görən monqollar şəhər əhalisindən xərac alıb Gürcüstana getdilər və oradan qayıdıb Şirvanasoxuldular. Şirvanşah qalalardan birinə sığınmalı oldu. Şamaxı əhalisi düşmənə qəti müqavimət göstərməyi qərara aldı. Monqollar mühasirə nərdivanlarından istifadə etdilər, lakin şəhərə girə bilmədilər. Onlar meyitlərdən qalaqlar düzəltdilər və bu qalaqlar üzərinə çıxıb şəhərə od yağdırmağa başladılar. Lakin bu üsul da şəhərin mərd müdafiəçilərini qorxutmadı. Onlar qəhrəmancasına ölməyi düşmənə əsir düşməkdən üstün tutdular. Ərəb tarixçisi İbn əl-Əsir şamaxılılar haqqında yazırdı ki, əhali "qılınca sarılmaq lazımdır, bizə ölümdən qurtuluş yoxdur, döyüşmək və şərəflə ölmək hər şeydən yaxşıdır" deyərək düşmənə ciddi müqavimət göstərirdi. Mübarizə üç gün davam etdi. Sayca üstün olan monqollar şəhəri ələ keçirə bildilər.İbn əl-Əsirin ifadəsi ilə desək, "şəhərdə əhalinin kökü kəsildi". Monqollar 1222-ci ildə Şamaxıdan şimala doğru yönəldilər. Dərbənddən keçməyin çətinliyini anlayaraq hiyləyə əl atdılar və danışıqlar üçün şirvanşaha xəbər göndərdilər. Şirvanşah təklifi qəbul etdi və 10 nəfərlik elçi heyəti göndərdi. Monqollar elçilərdən birini öldürdülər, digərlərini isə məcbur etdilər ki, onları gizli yollarla Dərbənddən şimala keçirsinlər. Beləliklə monqollar 1222-ci ildə Azərbaycan ərazisini tərk etdilər.və Monqolustana qayıydılar.

Monqolların Azərbaycana ilk yürüşlərinin nəticələri

Monqolların Azərbaycana ilk yürüşləri kəşfiyyat xarakteri daşıyırdı. Lakin bu yürüşlər Azərbaycanda siyasi pərakəndəliyin hökm sürdüyünü bir daha sübut etdi. Düşmənə qarşı yekdilliklə mübarizə aparılmaması monqolların qələbəsini təmin etdi. Monqolların ilk yürüşləri Azərbaycanın ictimai-iqtisadi , siyasi və mədəni həyatına böyük zərbə vurdu. Monqolların keçdikləri ərazidə mədəniyyət abidələri, ticarət yolları dağıdıldı, kənd təsərrüfatı talan edildi, əkin yerləri tapdalandı, yanğınlar törədildi, mal-qara sürülüb aparıldı. İqtisadi vəsiyasi qudrətini itirmiş Atabəylər dövləti ölkədə vəziyyəti nizama salmaq iqtidarında deyildi. Azərbaycanda yaranmış ağır vəziyyət yeni istilaçıların həmlələri üçün imkan yaratdı. 1223-cü ildə qıpçaq dəstələri Şimali Qafqaz çöllərindən keçərək Dərbəndə gəldilər və buradan Azərbaycana soxuldular. Şirvanda qarətçilik edən qıpçaqlar Arrana gəlib Qəbələ və Gəncəyə tərəf irəlilədilər. Qəbələ şəhəri qıpçaqların yürüşündən böyük zərər çəkdi. Qıpçaqlar Gəncə hakimi ilə danışıqlar apardılar, onun nüfuz dairəsində olan ərazidə yaşamalarına razılıq istədilər və buna nail oldular. Lakin tezliklə qıpçaqlar Gəncədə yerli əhaliyə əziyyət verməyə başladılar, onların əmlakını talayıb özlərini qul etdilər. Qıpçaqlaraqarşı Arran, Şirvan, Gürcüstan və Dağıstan əhalisi arasında ittifaq yarandı və nəticədə qıpçaq dəstələri məğlub edildilər. Lakin Azərbaycanın ağır vəziyyətindən istifadə edən gürcü feodalları 1225-ci ildə Gəncəyə hücum etdilər, Gəncə qarət edildi. Mənbə. vikipedia saytı
568 Views